Xəbərlər / Valideyn / Müəllim
30 sentyabr 2018
2 429


Uşaqlarda ozünə inamı neca formalaşdıraq?

Uşaqlarda ozünə inamı neca formalaşdıraq?

 

Hər bir insan doğuıduğu andan etibarən ətraf mühitə uyğunlaşma, ailə tərbiyəsi, cəmiyyətin birbaşa və ya dolayı təsirlər və s. faktorlar əsasında formalaşır ,daima sosial-mədəni dəyişiliklərə uğrayır. Buna görədə qeyd edilmiş təsirlərin hər bir insana müxtəlif dərəcədə istiqamətverici xüsusiyyətə malikdir. İndi bütün bu təsirlərə ətraflı baxaq.

 Bütün dünyada yaşayan canlılar kimi insanda doğulduqda heç bir məlumatı olmur. El arasında belə bir məsəldə varki "Ağ kağız kimi” olur. Lakin insana verilən şüur digər canlılardan fərqli olaraq ətraf mühitdə baş verən prosesləri insan beynində inikası, onun analizi və özünə uyğunlaşdırma kimi xüsusiyyətlər qazanır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır.

Deməli hər bir insan dünyaya heçnədən fərqi olmayan fərd formasında gəlirlər , zaman keçdikcə ailədə, cəmiyyətdə və ətraf mühitin təsirləri nəticəsində müəyyən xüsusiyyətlərə malik şəxsiyyətə çevrilirlər. Buna görədə uşağın həyatında hər bir şeyin dəyərli olduğunu və  "Ağ kağız”da qeyd olunduğunu unutmamalasınız. Aşağıdakı məsləhətlər uşaqlardakı özünə inamı artırmaq , içinə qapanmaq və depressiv xüsusiyyətlərin formalaşmasının qarşını almaqda kömək edir.

1.Uşaqlar hər nə soruşsada hətta bir neçə dəfə də təkrarlasa çalışın cavabsız qoymayın. Cavabsız hallar müəyyən müddət davam etdikdə beyindəki analiz mərkəzi daha sizin onun sualları üçün maraqsız gəldiyini müəyyən etmiş olar. Bu zaman suallarına cavab axtarmaq üçün sizdən başqasın axtarar. Buda çox zaman öz suallarını düzgün cavablamayan lakin ona isti münasibət göstərən mənfi dairəyə düşmək ehtimalını yüksəldir.

2.Uşaqlar nə qədərdə fərd olsada onu bir şəxsiyyət kimi qəbul edin. Onun fikrinin önəmli olduğunu hiss etdirin. Adicə evə hər hansi bir əşya aldıqda, biryerə getdikdə, geyim və s. uşaqdan fikir almağı unutmayın. Və imkan verin ki, seçimini əsaslandırsın.

3.Çox zaman uşaqlarda inadkarlıq olurki, bununda ən gözəl yolu canlandırma-izahı ilə mümkündür. Canlandırma-izah uşağa misal çəkərək hekayə və ya misal formasında beynində canlandırlmasıdır.

4.Uşaqları utancaq böyütməyin! Bu ən böyük səhvdir. Uşağa lap kiçik yaşlarından hər şeyi yaç kriteriyasına uyğun olaraq izah etməyə çalışın. Ayıbdır fikri ilə hec vaxt uşağa yaxınlaşmayın! Fikirlərini açıq ifadə etdikdə heç zaman sərt reaksiya göstərməyin. Bu onun gələckdə bir problemi olduqda və ya deyiləsi lazımbir halın sizinlə bölüşmə, məsləhət alma ehtimalını kəskin azaldır. Uşaq hər hansı məsələni 100 dəfə soruşsa da 100 dəfədə cavablamağa çalışın.

5.Müəyyən yaş müddətindən sonra uşağa məsuliyyəti aşılamağa çalışın. Bu yaş dövrü təqribi olaraq 5-6 yaşdan başlayır. Uşaqlara(yaşları nəzərə alınmaqla) özünü şəxsiyyət kimi tanıması üçün bacara biləcəyinə əmin olduğun müəyyən sadə işlər tapşırın. Müqabilində mükafat olaraq kitab, akssesuar və ya informativ oyuncaqlar verin. Əslində burada kitab – elmi qazanmağı, akssesuar- yaradıcılıq qabiliyyətinin yüksəldilməsi, oyuncaq- gələcək iş  həyatlarını əks etdirən psixoloji vasitədir.Çalışmaq lazmdır ki, uşağın qabiliyətlərinə əsasən yuxarıda qeyd olunanları düzgün seçmək lazımdır.Uşaq sizdən qaçmaması üçün sizn üçün mənasız təsir bağışlayan adicə "qığıldama” da olsa beləona diqqət çəkdiyini hiss etdirin. Nəvaziş göstərin. Dost olmağa çalışın. Unutmayın valideyni özünə dost qəbul edən hər bir kəs iş və ailə həyatında uğurlu gələcəyə malik olur.

6.Həyat yoldaşınızla mübahisə yaşadıqda uşaqlara yansıtmayın. Səs yüksəkliyi uşaqlarda travmalara gətirə çıxara bilərki buda gələcəkdə içinə qapanıqlığa gətirib çıxarır.

7.Ətraf mühiti, insanları sevməsi üçün uşaqlarla birlikdə heyvanları yemledin. Ətrafdakı uşaqlar nəvaziş göstərin və öz uşağınızın əlindəki oyuncaq və ya qidanı bölüşməsini izah edin. Buda gələckdə yardımsevərlik xüsuyyətinin ilkin təməl atılma mərhələsidir deyə bilərik!

8.Sürpriz etməyi sevdirin uşaqlarınıza. Ata, ana ,nənə, baba və s. Ad günləri və ya baxça ,sinif yoldaşının ad günü və s. Kimi anlarda onlara sürpriz eləməyi, hədiyyə seçiminə apramağa çalışın. Bu gələcəkdə uşaqlarınız ailəsinə,ətraf mühitinə göstərəcəyi qayğının ilkin təməl atma mərhələsidir deyə bilərik. Sıx sıx bun etdikəd gələcəkdə gözəl "yararlı insan binası” inşa etməyə nail olarsınız. El arasında layiqli övlad böyütmək deyirlər.

9.Otağında bir böyük rənglənməsi üçün lövhə qoyun. İzah edinki əlindəki rəngli qələmlərlə ancaq buraya nə istəsə yazsın,çəksin. Lövhə geniş olmalıdır. Hər gün çəkdiklərini mütamadi olaraq foro apartla və ya telefonla çəkməyi unutmayın. Bunu xüsusən gece uşağı yatırdıqda edin. Əgəs psixoloji təhsiliniz varsa özünüz analiz etməyə çalışın. Çətinlik çəkdikdə mütəxəssis uşaq psixoloqu ilə məsləhətləşin.
10.Uşağlara etdikəri ilk hərəkətə görə heç vaxt sərt hərəkət etməyin. İzah edin nəvazişlə. Əgər təkrara olunsa cəza tədbirləri görə bilərsiniz. Lakin cəzanın özü şəxsiyyətini alçaltmaq yox məşğulluğun artırılması istiqamətində olmalıdır. Məsələn : 4-5 ədəd rəsm verin çəksin.Müxtəlif rənglərdə məcbur edin. Hərf, söz və ya rəqəmləri təkrar təkrar yazmağı cəza tədbiri olaraq verin.


Uşaqlarda ozünə inamı neca formalaşdıraq?

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Övladınız niyə özünə qapalıdır? -PSİXOLOQ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Uşaqlarınızı məsuliyyətdən azad etməyin - VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Tətil üçün plan qurun amma təhsili unutmayın

Tətil üçün plan qurun amma təhsili unutmayın

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Unutmayın! DANIŞIQ MƏDƏNİYYƏTİ

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

“Bağça yaşlı uşaqlara yalnız həll edə biləcəkləri tapşırıqları verin” – Mütəxəssis MƏSLƏHƏTLƏRİ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşaqlarda davranış pozğunluğu - inadkarlıq

Uşaqlarda davranış pozğunluğu - inadkarlıq

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Ailədaxili tərbiyə necə olmalı, valideynlər daha çox hansı nüanslara diqqət yetirməlidir?

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Valideyn münasibətləri və uşaqlar üzərindəki təsiri...

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Uşaq ikən aldığımız travmalar şəxsiyyətimizə necə təsir edir? - PSİXOLOQ rəyi

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşağı necə tərbiyə etməli?

Uşağı necə tərbiyə etməli?

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Heç vaxt özünüz haqqında pis danışmayın 15 PSİXOLOJİ MƏSLƏHƏT

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşaq dərs oxumaq istəmirsə, belə edin - VALİDEYNLƏRƏ TÖVSİYƏ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Uşağa “yox” deməyi bacarın! - HƏR ŞEY OLMAZ

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"

Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"