Xəbərlər / Müəllim
28 sentyabr 2018
2 637


Nazir şagirdlərin dərsləri ilə maraqlandı

 

 
Sentyabrın 28-də Gəncədə səfərdə olan təhsil naziri Ceyhun Bayramov şəhər 4 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində V-VI siniflərdə keçirilən dərslərlə tanış olub.

Moderator.az-a daxil olan məlumata görə, layihənin rəhbəri Fəxri Qurbanov təhsil nazirinə yeni tədris ilinə hazırlıq çərçivəsində Gəncə şəhərindəki 6 məktəbdə bu istiqamətdə görülmuş işlər barədə məlumat verib. Bildirilib ki, cari tədris ilində Gəncə şəhərində 76 sinif üzrə 2200 şagirdə 24 informatika müəllimi tərəfindən yeni məzmun üzrə dərs keçirilir. Sözügedən müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində təşkil edilən ixtisasartırma təlimlərinə cəlb olunublar. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 21 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 300 ədəd noutbuk, proyektor, elektron lövhə və yüksəksürətli internet bağlantısı ilə təmin olunub.

Təhsil naziri Ceyhun Bayramov "Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Nazir qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.

Ötən tədris ilində icra olunan layihələr, həyata keçirilən islahatlar və əldə olunan uğurlu nəticələr barədə geniş məlumat verən Ceyhun Bayramov daha sonra layihənin tətbiq edildiyi siniflərdə olub, dərs prosesinin gedişini izləyib, müəllim və şagirdlərlə söhbət edib.

2017-2018-ci tədris ilində layihə Bakı şəhərində 45 məktəb üzrə 6500 şagirdi əhatə edib. Cari tədris ilində isə Bakı və Gəncə şəhərləri üzrə 71 məktəb və 26 000 şagird bu layihəyə cəlb olunub.

 

 

 


Nazir şagirdlərin dərsləri ilə maraqlandı

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə qoşulan məktəblərin sayı 40-a çatdırılacaq

Bakının 8 məktəbində YENİLİK

Bakının 8 məktəbində YENİLİK

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

V sinif şagirdlərinə İT sistemləri öyrədilir – 45 məktəbdə möhtəşəm layihə

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

Bu layihə davam etdiriləcək - Təhsil nazirindən ƏMR

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

İnformatika fənninin tədrisi üzrə pilot layihəyə başlanılıb

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Bakıdakı məktəblərdə təhsil alacaq şagirdlərin sayı açıqlandı

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

ADPU-da “Məktəblinin dostu” layihəsinin iştirakçılarına sertifikatlar verilib

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Ceyhun Bayramov  yeni direktor təyin etdi - FOTO

Ceyhun Bayramov yeni direktor təyin etdi - FOTO

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Azərbaycanda oxu bacarığı nə durumdadır? - STATİSTİKA

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub

Yeni Peşə Tədris Mərkəzinin təməli qoyulub