Xəbərlər / Maraqlı
09 sentyabr 2018
15 106


Canavarlar haqqında bilmədiyimiz faktlar

Canavarlar haqqında bilmədiyimiz faktlar

 

 
Canavarlar haqqında maraqlı faktlar çoxdur. Onlardan bəzilərini təqdim edirik. Məsələn, bu heyvanlar hava şəraitindən asılı olaraq, səsləri 9 kilometr məsafədən eşidə bilir.  

Ac canavar bir oturuma 10 kiloqram əti təkbaşına yeyir. Onlar 13 kilometr dayanmadan üzə bilər. Qarğalar adətən canavarlar yaşayan yerə yaxın ərazidə məskunlaşır. Qədim asteklər canavar ciyərindən ruhi xəstəliklərin müalicəsində istifadə ediblər. Canavar, adı Qırmızı kitaba salınaraq, nəsli qorunan ilk heyvan olub. Onlar hərəkətə daha çox reaksiya verir, nəinki səsə.

 Canavarlar sürü şəklində yaşayır. Əgər iki canavar sürüsü eyni ərazidə toqquşarsa, hamısı bir-birini parçalayar. Canavar dişləməsi 300 kiloqram ağırlıq gücünə malikdir. Canavarlar əhliləşməyən yeganə yırtıcı heyvandır.
 

Canavarlar haqqında bilmədiyimiz faktlar

 


Ailə şəklində yaşayan canavarlar öz aralarında bir-birinə sadiq olur. Belə ki, canavar partnyoru öldükdən sonra onu başqası ilə əvəz edir. Dişi canavar yatarkən erkək onu qoruyur. Hər bir canavar sürüsündə dominant cütlük olur ki, digərləri onlardan nümunə götürür. Küləklə dalğalanan parça gördükdə canavarlar qorxur. Onlar olduqca dözümlü heyvandır və buna görə də 10 gün ac qalan canavarın aktivliyi dəyişmir. Canavar balaları daha çox yay fəslində doğulur və onların 500 qram çəkisi olur. Yetkin canavar 100 kiloqram ola bilər.

Almaniya canavar sürülərinin qorunması ilə məşğul olan ilk ölkədir. Canavarlar dayanmadan yüksək sürətlə 20 dəqiqə qaça bilir. Onların iybilmə qabiliyyəti insandan 100 dəfə güclüdür. Canavarlar 100 milyon ildən çoxdur ki, Yer kürəsinin sakinidir.
 

Canavarlar haqqında bilmədiyimiz faktlar

 


 
Məqalə Göndər








Загрузка...