Xəbərlər
19 avqust 2018
1 973


Siyasi ekspertdən qınaq..."Niyə 14 ildə Qarabağ Dövlət Universiteti yaradılmayıb?"

 


 
Şuşada ermənilərin yaratdığı "Şuşa texnoloji universitet”inin tələbələri avqustun 6-dan təcrübə keçmək üçün Livana yollanması barədə Moderator.az-da gedən xəbər (moderator.az/news/236788.html) daha bir mövzunu aktuallaşdırıb. 

Belə ki, ölkə rəhbəri İlham Əliyev 2004-cü ilin fevralında prezident kimi ilk səfərini Bərdə rayonuna edəndə millət vəkili Zahid Orucun təklifi və xahişi əsasında rayonda Qarabağ Dövlət Universiteti yaradılması barədə elə ordaca müvafiq qurumlara tapşırıq verib.

Aradan 15 il keçir. Ermənilər Şuşada ikinci universitet açmağa hazırlaşır. Bizsə hələ də "Lazım"ın gəlməsini gözləyirik.

Qarabağ Dövlət Universitetinin açılmasının vacib addım olduğunu bildirən millət vəkili Fazil Mustafa Moderator.az -a açıqlamasında deyib ki, açılacaq universitet öncədən ən səviyyəli təhsil ocağı kimi düşünülməsə, burada Qarabağ adını istifadə edib hörmətdən salmağa da dəyməz. (Həmin yazı bu linkdə--- moderator.az/news/236881.html)

Qarabağı almağın müşkül olduğunu hamı qəbul edir, bəs Qarabağ Dövlət Universitetini yaratmaq da bu qədər müşküldürmü? Olmazmı belə bir ali təhsil ocağı yaradılaraq yüksək məvaciblə xaricdən nüfuzlu alimlər dəvət edilib bu yolla Qarabağ adını daha bir platformada dünya elmi ictimaiyyətininn beyninə yeridək?

Aztehsil.com xəbər verir ki, tanınmış politoloq Cümşüd Nuriyev Moderator.az əməkdaşının bu sualına aşağıdakı cavabı verib:

"İdeya çox gözəldir, lakin anlaşılmayan odur ki, bu 14 il müddətində Təhsil Nazirliyi Cənab Prezidentin tapşırığını niyə icra etməyib? Təəssüf ki, ölkəmizdə təhsilin vəziyyəti çox acınacaqlıdır. İldən-ilə təhsilin səviyyəsi aşağı düşür. Bölgələrdə universitetlərin açılması çox vacibdir, həm şəhərin siyasi və ictimai yükü azalar, həm də urbanizasiya problemi tədricən həllini tapar. Xaricdən müəllim dəvət etməyə ehtiyac yoxdur, çünki bizdə kifayət qədər peşəkar pedaqoqlar var. Lakin həmin savadlı müəllimlər təhsil alverçiləri tərəfindən sıradışı ediliblər. Təhsili korrupsiyadan qurtarmaq üşün alverçiləri oradan uzaqlaşdırmaq lazımdır. Təhsil təkcə korrupsiyalaşmayıb. həm də mafiyalaşıb. Bəzi rektorların dəllal qrupu bütün təhsili biznesə çevirib və bu biznesdə nazirliyin iştirak payı da az deyil.                                          
Əgər Qarabağ Dövlət Universiteti də əvvəlkilər kimi olcaqsa heç açılmasın. Biz bir millət kimi bütün dəyərlərimizə biganə yanaşmağa başlamışıq. Əgər belə davam etsə, biz milli faciə ilə üz-üzə qalmaq məcburiyyətində olacağıq".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

“Qarabağ universitetinin yaranmasına Elçibəyin müşaviri mane oldu”

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qarabağ Dövlət Universiteti açmaq lazımdır – Kamran Əsədov

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Təxribat, yoxsa şou yaratmaq meyli?

Təxribat, yoxsa şou yaratmaq meyli?

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADA Universiteti  və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

ADA Universiteti və BAMF “Qarabağ” layihəsi həyata keçirəcək

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...

“İdrak” liseyində Azərbaycan, rus və ingilis dillərində Qarabağ dərsləri...

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

“Türk dünyasının vahid universitetinin yaradılması son dərəcə zəruridir”

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

Uşaqlara erməni havası oynadan məktəb direktoru üzr istədi - VİDEO

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb

Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili

"Gələcəyin prezidentinə dərs deyirəm" - Millət vəkili

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Millət vəkilindən çağırış: Gənclər onlarla mübarizə aparsın

Bu nüfuzlu universitet azərbaycanlı tələbələri qəbul etməyə hazırdı

Bu nüfuzlu universitet azərbaycanlı tələbələri qəbul etməyə hazırdı

Şagirdlər çətin vəziyyətə düşdü - İşğal altındakı torpaqlarımız: Qarabağ, Xocasən...

Şagirdlər çətin vəziyyətə düşdü - İşğal altındakı torpaqlarımız: Qarabağ, Xocasən...

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.