Xəbərlər
18 avqust 2018
2 229


"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

 

Bu il üçün dünyanın ən yaxşı universitetlərinin reytinqi – "Academic Ranking of World Universities 2018” açıqlanıb. ABŞ-ın Harvard Universiteti dünyanın ən yaxşı ali məktəbi adını qazanıb. Reytinqdə ikinci Stenford Universiteti, 3-cü yerdə isə Böyük Britaniyanın Kembric Universiteti göstərilib. İlk beşlikdə növbəti yerləri ABŞ ali təhsil müəssisələri tutur. Dünyanın ən yaxşı 500 ali məktəbi siyahısında Türkiyə 1, Rusiya 4 və İran isə 2 universitetlə təmsil olunur. Azərbaycan universitetləri siyahıya daxil edilməyib.
Bəs, görəsən, ali məktəblərimiz beynəlxalq reytinqlərdə niyə uğur qazana bilmirlər?
Təhsil-eksperti Nadir İsrafilovun sözlərinə görə, beynəlxalq səviyyəli reytinq cədvəllərində Azərbaycan ali məktəblərinin adı qeyd olunsa da, aşağı pillələrdə qərarlaşır:
 "Təbii ki, ilk 100-lük arasında universitetlərimizdən hansınınsa adını görmək imkansızdır. Biz hələ ki, universitetlərimizin yuxarı pillələrdə qərarlaşmasını tələb edə bilmərik. Buna əsasımız da yoxdur. Yuxarı pillələrdə yer alan universitetlərin tarixinə baxsaq, görərik ki, əksəriyyətinin yaranma vaxtı 10-cu əsrə təsadüf edir. Ən cavan universitetlərdən biri Harvarddır. Onun da yaranma tarixi 17-ci əsrə gedib çıxır. Artıq onlarda sistem oturub.
Bizim universitetlər isə yenidir. Düzdür, bu bizim reytinqdə sonuncu sıralarda gəlməyimizə, yaxud da heç yer almamağımıza əsas vermir. Amma hər halda bu da bir səbəb sayıla bilər. Eyni zamanda, bu məsələdə təhsilimizin səviyyəsi də istər-istəməz öz sözünü deyir”.
Ekspertin sözlərinə görə, universitetlərin göstəricilərinin aşağı olması həm də ölkəmizdə universitet, institut, peşə liseyləri kimi anlayışların biri-birindən fərqləndirilməməsindədir:
"İnstitut” latın sözüdür və mənası konkret müəssisə, ixtisas üzrə mütəxəssis hazırlayan yüksək peşə müəssisəsi deməkdir. Universitet sözü isə toplu, məcmu mənasını verir.
Bizdə "Pedaqoji İnstitut” var. Mənası konkret müəllim ixtisası üzrə mütəxəssis hazırlayan təhsil müəssisəsi deməkdir. Ancaq biz bunu çevirib universitet etmişik. Fikir versək görərik ki, sovet dövründəki "Pedaqoji institut”la indiki universitetin hazırladığı kadrların bilik və bacarıqları çox fərqlidir. Dünyaca məşhur Massaçusets Texnologiya İnstitutu hamıya məlumdur. Hər il reytinq cədvəlində ilk 5-likdə adına rast gəlirik.
Ancaq onlar heç vaxt özlərini universitet adlandırmır. Konkret texnologiya üzrə mütəxəssis hazırladıqlarını, institut olduqlarını daim vurğulayırlar. Digər bir tərəfdən onların güclü olmasının səbəbi kampus şəklində fəaliyyət göstərmələridir. Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

"Əks halda Azərbaycanın heç bir universitetinin adını nəinki dünyanın ən güclü 10, heç 50 universiteti arasında da görmək indiki nəsilə müyəssər olmayacaq"

"Əks halda Azərbaycanın heç bir universitetinin adını nəinki dünyanın ən güclü 10, heç 50 universiteti arasında da görmək indiki nəsilə müyəssər olmayacaq"

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Ən çox Nobel alan universitetlər - SİYAHI

Ən çox Nobel alan universitetlər - SİYAHI

Dünyanın ən yaxşı 5 universitetində bu ixtisasları pulsuz oxuya bilərsiniz-

Dünyanın ən yaxşı 5 universitetində bu ixtisasları pulsuz oxuya bilərsiniz-

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi

“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

2017-ci ilin ən yaxşı universiteti hansıdır... - Təhsil mütəxəssislərindən maraqlı CAVABLAR

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

“Xaricdə təhsil proqramı bərpa olunmalıdır”- Etibar Əliyev

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

UNEC uniRank dünya universitetlərinin reytinqində birinci olub

Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz

Attestasiyanın keçirilməsi təhsilimizin inkişafına ciddi təsir göstərə bilməz

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

“I qrupda aşağı bal toplayanların bəziləri universiteti qırmızı diplomla bitirir” - MARAQLI GÖSTƏRİCİ

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

Təhsilini yarıda ataraq milyarder olan iş adamları - SİYAHI

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

"Saxta diplom-təhsilimizə vurulan ləkə"

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Meksikada 12 yaşlı uşağın tələbə olmasına təhsil ekspertinin rəyi—"Belə halların təhsilin inkişafına təsiri ola bilməz”

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə