Xəbərlər / Müəllim
29 iyul 2018
4 091


MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

 

 
 
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
16 may 2014-cü il tarixli,600 nömrəli əmri ilə təsdiq edilmişdir.

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI1.
 
Ümumi müddəalar

1.1. Müəllimlərin etik davranış qaydaları (bundan sonra - Qaydalar) təhsilin
bütün səviyyələrində peşə fəaliyyəti zamanı təhsilverənlərin ümumi
davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini
tənzimləyən normalar məcmusundan ibarətdir.
1.2. Bu Qaydalar "Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digər
qanunvericilik aktlarına və "Təhsil prosesi iştirakçılarının etik standartlar
modeli”nə uyğun hazırlanmışdır.
1.3. Bu Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun
tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin
xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir.
1.4. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil
edilir.
1.5. Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar
durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə
etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında
valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə,
təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına,
təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının
qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan
ibarətdir.

2. Etik davranış prinsipləri və onlara uyğun tələblər

Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli
və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.
Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan
Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə,
insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur.
Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə
fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün
hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.
Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində
peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının
keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar
fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil
sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və
möhkəmləndirməlidir.
Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və
digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə
əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,
çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil
müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.
Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə
davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və
onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı,
təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman
səliqəli olmalıdır.
Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı,
irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,
əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər
iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin
mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol
verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və
səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə
fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.
Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın
cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı
olaraq əməl etməlidir.
İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim
adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını
pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın
bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV
nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına
kömək göstərməlidir.
Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin,
habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların
konfidensiallığını təmin etməlidir.

3. Müəllim şəxsiyyəti

3.1. Müəllimin peşə fəaliyyəti qanunvericiliklə müəyyən olunmuş vəzifələrinin
yerinə yetirilməsi və hüquqlarının təmin olunması ilə əlaqədar fəaliyyətdir.
3.2. Müəllim təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak
edir, təhsil proqramlarının təhsilalanlar tərəfindən mənimsənilməsini təmin
edir.
3.3. Müəllim təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırır, onları
vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda tərbiyə edir, müstəqil
həyata və əmək fəaliyyətinə hazırlayır.
3.4. Müəllim əlavə təhsil və özünütəhsil yolu ilə ixtisasını, elmi-pedaqoji və
peşəkarlıq səviyyəsini daim artırır, təhsilin nəticə və göstəriciləri üzrə
araşdırma və təhlillər aparır, keyfiyyətin yüksəldilməsi və nailiyyətlərin əldə
edilməsi üçün təkliflərlə çıxış edir.
3.5. Müəllim yenilikçidir, innovasiya və yeni tədris texnologiyalarını mənimsəyir
və öz təcrübəsində tətbiq edir.
3.6. Müəllim ona həvalə edilmiş işin keyfiyyətinə və nəticələrinə görə və hər bir
təhsilalanın intellektual, emosional, mənəvi inkişafı üçün məsuliyyət daşıyır.
3.7. Müəllim gənc nəslə milli və bəşəri dəyərləri aşılamaqla təhsilalanların
mədəni inikişafı prosesində birbaşa iştirak edir.
3.8. Müəllim təhsilalanlara keyfiyyətli təhsil verməklə peşəsinə olan ictimai
etimad və hörməti doğruldur.
3.9. Müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu
yüksək tutur, ziyalılıq nümunəsi göstərir.
3.10. Müəllim şəxsi nümunəsi ilə təhsilalanlara Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının
tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və umumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissi aşılayır.
3.11. Müəllim təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşır, əsassız
mühakimələrə yol vermir, obyektivlik və qərəzsizlik nümayiş etdirir.
3.12. Müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və
vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir.
3.13. Müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə
həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə
görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.
3.14. Müəllim təhsil müəssisəsinin əmlakından səliqəli və səmərəli istifadə edir,
onu qoruyur. Müəllim təhsil müəssisəsinə məxsus əmlakdan (sinif otağı,
tədris resursları, telefon, kompyuter, mebel və s.) şəxsi maraqları üçün
istifadə etmir.
3.15. Müəllim icra və əmək intizamına riayət edir, iş vaxtında kənar işlərlə
məşğul olmur, üzürsüz səbəbdən işdən yayınmır.
3.16. Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət
edir.

4. Münasibətlər

4.1. Təhsilalanlarla münasibət
4.1.1. Müəllim təhsilalanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan
ünsiyyət tərzi seçməlidir.
4.1.2. Müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı
və müsbət xarakter daşımalıdır.
4.1.3. Müəllim təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı
bacarmalıdır.
4.1.4. Müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və
inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və
strategiyalarından istifadə etməlidir.
4.1.5. Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları
zərərli vərdişlərdən çəkindirməlidir.
4.1.6. Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının
qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda
özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir.
Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız
olaraq artırılmasına yol verməməlidir.
4.1.7. Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı
haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini
aradan qaldırmağa çalışmalıdır.
4.1.8. Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici
sözlər işlətməməlidir.
4.1.9. Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və
ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.
4.1.10. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim
təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini
qorumalıdır.
4.1.11. Təhsilalanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən suiistifadəyə
yol verməməlidir.
4.1.12. Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan
hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.
4.1.13.Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara
göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul
tələb etməməlidir.
4.2. Kollektivlə münasibət
4.2.1. Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə
əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil
müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və
digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq
edilməsi yolverilməzdir.
4.2.2. Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır.
4.2.3. Müəllim pedaqoji münasibətlərdə əsassız münaqişə və mübahisələrə yol
verməməlidir. Münaqişə yarandıqda isə onun konstruktiv həllinə
çalışmalıdır.
4.2.4. Müəllim ümumi vəzifələrin icrasına və əməkdaşlığa mane olacaq rəqabətə
yol verməməlidir.
4.2.5. Müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların
səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə
çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır.
4.2.6. Müəllim öz fəaliyyəti ilə işlədiyi kollektivin nüfuzunun artmasına
çalışmalıdır.
4.3. Rəhbərliklə münasibət
4.3.1. Müəllim vəzifəyə təyin edilərkən və işlədiyi müddətdə rəhbərlik onu etik
davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının
qarşısının alınması ilə bağlı normativ hüquqi aktlarla tanış etməlidir.
4.3.2. Müəllim səlahiyyətləri daxilində rəhbərliyin qanuna uyğun yazılı əmrlərini,
sərəncamlarını və ya şifahi tapşırıqlarını yerinə yetirməyə borcludur.
4.3.3. Müəllim təhsil müəssisəsinin rəhbərliyi tərəfindən ona verilən əmrin və
tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə,
o, həmin əmri və ya tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Bu barədə
yazılı əsaslandırmanı birbaşa rəhbərliyə və ya yuxarı orqana təqdim etməlidir.
4.3.4. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə
yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
4.3.5. Təhsil müəssisəsinin rəhbərliyi kollektivin etik davranış qaydalarına əməl
etməsinə birbaşa məsuliyyət daşıyır.
4.3.6. Rəhbərliyin müəllimlərlə münasibəti qarşılıqlı hörmət əsasında
qurulmalıdır.
4.3.7. Rəhbərlik tərəfindən müəllim əməyinin qiymətləndirilməsi həqiqi
xidmətlərinə görə olmalı, qərəzsiz və ədalətli formada həyata keçirilməlidir.
4.3.8. Rəhbərliyin müəllimdən peşə vəzifələrinin icrasına aid olmayan və ya şəxsi
həyatı haqqında məlumatlar tələb etməsi və yayması yolverilməzdir.
4.3.9. Müəllim rəhbərliyə öz həmkarları barədə bilərəkdən yalan və ya təhrif
olunmuş məlumatlar verməməli, məlumatı verməzdən əvvəl bütün
imkanlardan istifadə edərək onun düzgün olub-olmamasını müəyyən
etməlidir.
4.3.10. Təhsil müəssisəsinin rəhbərliyi tərəfindən müəllim əməyinin keyfiyyətinə
və onun karyerasına təsir edəcək məlumatların gizlədilməsi və ya ona təhrif
olunmuş məlumatların verilməsi yolverilməzdir.
4.3.11. Rəhbərlik təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən
münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı,
yaranmış münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam
yaratmalıdır.
4.4. Valideyn və qanuni nümayəndələrlə münasibət
4.4.1.Müəllim valideyn və qanuni nümayəndələrin hüquqlarını bilməli, mütəmadi
olaraq onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar
arasında yaranan münaqişələrin həllində yardımçı olmalıdır.
4.4.2.Müəllim tərəfindən valideynlərin qanunazidd hərəkətlərə sövq edilməsi
yolverilməzdir.
4.4.3.Müəllim valideyn və digər qanuni nümayəndələrlə hörmətlə və nəzakətlə
davranmalıdır.
4.4.4. Valideyn və qanuni nümayəndələrlə münasibətlər təhsilalanlarla
münasibətlərə və onların nailiyyətlərinin qiymətləndirilməsinə təsir
göstərməməlidir.
4.4.5. Valideyn və qanuni nümayəndələr tərəfindən könüllü və qanuni yollarla
təhsil müəsissəsinə edilmiş yardım, müəllim - təhsilalan münasibətlərinə və
nailiyyətlərin qiymətləndirilməsinə təsir göstərməməlidir.
4.5. Müəllim və cəmiyyət
4.5.1. Müəllim milli-mənəvi dəyərlərin, mədəni irsin qoruyucusu missiyasını
daşımaqla bərabər cəmiyyətin fəal üzvü olmalıdır.
4.5.2. Müəllim hər zaman cəmiyyətə fayda verməyə çalışmalıdır. Yalnız peşə
fəaliyyətini həyata keçirərkən deyil, bütün hallarda münaqişələrə və yersiz
mübahisələrə yol verməməli, problemlərin həllinə, münaqişələrin qarşısını
almağa çalışmalıdır.
4.5.3. Müəllim vətəndaşlıq borcunu dərk etməli və yerinə yetirməli, cəmiyyət
üzvləri ilə münasibətlər qurarkən öz şəxsiyyətini qorumalı və mənfi təsir
altına düşməməlidir.

5. Müəllim andı

5.1. And Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və
sədaqət münasibətlərini təsdiq edir.
5.2. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: "Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan
təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyətli təhsil xidməti
göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir
formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və
digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma,
müəllim adını və şərəfini uca tutacağıma and içirəm.”
5.3. Andiçmə təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı
altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata
keçirilir.
5.4. Andiçmə bir dəfə olur. Andın imzalanmış mətni müəllimin şəxsi işində
saxlanılır.
6. Etik davranış qaydalarına riayət olunmasının təmin edilməsi
6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur.
6.2. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbərlik
tərəfindən müntəzəm təhlil edilir və bu Qaydalarla müəyyən edilmiş
tədbirlər görülür.
6.3. Təhsil müəssisəsinin rəhbərliyi:
6.3.1. yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməlidir.
6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və
onun təhlilini aparmalıdır;
6.3.3. öz davranışı ilə Qaydalara əməl olunmasında nümunə göstərməlidir.
6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara
zidd olan hərəkətlərə sövq etməməlidir.
6.3.5. Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir.
6.3.6. pedaqoji kollektivə Qaydaları izah etməli və müraciət edən hər bir müəllimə
müvafiq tövsiyələr verməlidir.
6.3.7. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini
təşkil etməli və qayda pozmuş müəllimlərin qanunvericiliyə uyğun intizam
məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir.
6.3.8. Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə
kollektivi və ictimaiyyəti məlumatlandırmalıdır.
6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil
müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.

 

MÜƏLLİMLƏRİN   ETİK   DAVRANIŞ  QAYDALARI

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Münasibətlər- Etik Davranış Qaydaları

Münasibətlər- Etik Davranış Qaydaları

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

. MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI - 16 may 2014-cü il tarixli,600 nömrəli əmr

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim şəxsiyyəti -Etik Davranış Qaydalarından ...

Müəllim Andı

Müəllim Andı

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin  və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

İş axtaran müəllimlərin NƏZƏRİNƏ! - ADU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib - SİYAHI

İş axtaran müəllimlərin NƏZƏRİNƏ! - ADU bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdib - SİYAHI

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllimlər oxuyaq ! Dinimizə görə Müəllimin üzərinə düşən vəzifələr

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

Ümumi təhsil müəssisəsinin kitabxanasının Nümunəvi Əsasnaməsi

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müasir dövrdə müəllim-valideyn münasibəti

Müəllim və valideynlərin müraciətləri dinləniləcək -DİQQƏT

Müəllim və valideynlərin müraciətləri dinləniləcək -DİQQƏT