Xəbərlər / Direktor
19 iyul 2018
5 336


300 direktora töhmət verildi - 30-u işdən çıxarıldı

 

 
 
"Təsəvvür edin ki, bu il ərzində Bakı şəhərində yerləşən 317 orta ümumtəhsil məktəbdən 300-nün direktoruna töhmət verilib.  sənədləşdirmə işlərini düzgün aparmayıblar”. 
 
AzTehsil.com xəbər verir ki, bunu İnterpress.az-a açıqlamasında təhsil üzrə eskpert Kamran Əsədov deyib. O bildirib ki, həmin direktorların töhmət almasına səbəb isə sənədləşdirmə işlərini düzgün həyata keçirə bilmədikləri olub: "Onlar sənədləşdirmə işlərini bacarmırlar. Onlar şəffaf yolla direktor təyin olunublar, amma bu təyinat keyfiyyətli deyil. Ona görə də, direktorların təyinatı zamanı əsas keyfiyyət önə çıxarılmalıdır. Şəffaflığı o qədər də önəmli deyil. Hesab edirəm ki, bu şəffaflıq daha böyük təhlükələrə gətirib çıxara bilər”.
 
Ekspert ötən il orta məktəblərə təyin olunan onlarla direktorun daha sonra öz ərizələri ilə işdən çıxdığını vurğulayıb: "Təkcə 2017-ci ildə 236 direktor təyinatı olub. Onlar arasında 30-a yaxın direktor iki aydan sonra öz ərizələri ilə işdən çıxıb və yaxud da çıxarılıb”.
 
K.Əsədov pedoqoji fəaliyyəti olmayan ali təhsilli bacarıqlı başqa ixtisas sahiblərinin direktor olması məsələsinə də toxunub. Onun sözlərinə görə, direktor olmaq istəyənlərin sırf pedoqoji fəaliyyətinin olması önəmli deyil: "Ali təhsilli şəxs istər baytar olsun, istərsə də həkim olsun, əsas odur ki, onda menecerlik bacarığı olmalıdır. Çünki burada söhbət onun dərs aparmasından getmir, müəssisəni idarə etməsindən gedir. Ona görə də, direktorluq biliklər əsasında deyil, bacarıqlar əsasında müəyyən edilməlidir. Ona görə də direktorların idarəçilik bacarıqları olmalı və onlar məktəbə pul gətirməli və pul qazandırmalıdır. Təəssüf ki, direktorların məktəbə pul qazandırmasını deyəndə onların rüşvət alması kimi başa düşülür. Xeyir, bu, belə deyil. Bu gün ümumtəhsil məktəbləri dövlətdən maliyyələşir. Hesab edirəm ki, dövlət məktəblərə ayırdığı maliyyəni dayandırmalıdır. Direktorlar da yaxşı idarəçidirlərsə, məktəbə pul qazandırmalıdır. Necə olur ki, özəl təhsil müəssisələri qazanc əldə edə bilir, amma bizim bu direktorlar kreslolarında oturub rahat şəkildə aylıq qazanclarını alırlar. Nə keyfiyyət var, nə də kəmiyyət”.
 
"Ona görə də hesab edirəm ki, direktor olmaq üçün sırf müəllimlik ixtisasına sahib olmağa ehtiyyac yoxdur. Əsas idarəetmə bacarığına və menecerlik fəaliyyətinə önəm verilməlidir ki, müəssisəyə qazanc gətirilsin” deyə, K.Əsədov əlavə edib.

 

300  direktora  töhmət verildi - 30-u işdən çıxarıldı

 



Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

Ölkədə orta məktəblərə direktorların qəbulu şəffaf şəkildə aparılır - Təhsil Nazirliyi

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

"Digər məmurlar dərs dediyi halda niyə təhsil işçiləri dərs deməsinlər?"

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

”2 “qiymət  alan şagirdlərin əsas günahkarı kimdir?”

”2 “qiymət alan şagirdlərin əsas günahkarı kimdir?”

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

İcra orqanları Təhsil Nazirliyinin kadr siyasətinə müdaxilə edir - Nazirlik niyə susru?

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Cəlilabad təhsilindən növbəti ŞİKAYƏT - Rüşvətlə vəzifəyə təyin olunan direktor öz qoyduğu “sərmayəni” necə çıxardır? - AÇIQ MƏKTUB

Məşhur məktəbə yeni direktor təyin olundu

Məşhur məktəbə yeni direktor təyin olundu

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)