Xəbərlər / Kurikulum / İnnovasiyalar / Müəllim
12 iyun 2018
7 384


İnteraktiv təlimdə iş üsulları- ƏQLİ HÜCUM

İnteraktiv təlimdə iş üsulları- ƏQLİ HÜCUM

 


"Əqli hücum” – şagirdlərin fəallığının həvəsləndirilməsi və ide­yaların sürətli generasiyası üsuludur.
Bu üsuldan konkret problemin həlli, ya da yeni mövzunun öy­rə­­nilməsi zamanı suala cavab axtarmaq üçün istifadə oluna bilər.



Tətbiq etmə qaydası. 

"Əqli hücum”un hansı problem üzrə aparılacağını qə­rar­laş­dı­rın. Onu müxtəlif cavabları ola biləcək sual şəklində formalaş­dır­ı­n. 

Şagirdlərdən öz ideyalarını bildirməyi xahiş edin. 

Bütün ideyaları elə yazın ki, hamı görə bilsin. Bunlar ayrı-ay­­rı sözlərdən, yaxud qısa ifadələrdən ibarət ola bilər. 

Şagirdlərə izah edin ki, onlar bir-birinin ideyalarını şərh edə, ya da artıq səslənmiş ideyaları təkrarlaya bilməzlər. 

Şagirdləri fəallığa həvəsləndirin, lakin onları ideyalarını bil­dir­­məyə məcbur etməyin. 

İdeyaları yazarkən onları qiymətləndirməkdən çəkinin. 

Öz ideyalarınızı yalnız sinifin fəallığını yüksəltmək zərurəti mey­­dana çıxdıqda bildirin. 

Əgər hər hansı cümlə aydın deyilsə, müəllifindən onu izah et­­məyi xahiş edin, ya da öz izahınızı verin və şagirdlərin onunla razı olub-olmadığını yoxlayın. 

Hər yeni təklifi yazın. Çox vaxt bunların ən qeyri-adi, göz­lə­nil­­məzi və ağılsızı ən faydalı və maraqlı olur. 

İdeyalar tükənəndə "əqli hücum”u dayandırın, bütün tək­lif­lə­ri nəzərdən keçirin və şagirdlərdən xahiş edin ki, onların şərhini ver­­sinlər. 

Bütün ideyaları şərh etdikdən sonra müəllim şagirdlərin iş­ti­ra­kı ilə bunları mühümlüyünə görə sıralayır ki, qoyulmuş sualın, ya­xud problemin həllinə kömək edən ideyaları seçmək mümkün ol­su­n. 
 

İnteraktiv təlimdə iş üsulları- ƏQLİ HÜCUM

 


Məqalə Göndər








Загрузка...