Xəbərlər / Bakalavr
25 mart 2018
5 538


Tələbələri ən az xərcə salan ölkələr

 

Xaricdə təhsil dedikdə ağlımıza  ilk olaraq Amerika və İngiltərə gəlir. Amma bu ölkələrdə oxumaq üçün müəyyən qədər maddi ehtiyata  sahib olmaq lazımdır. Təəssüf ki, bir çoxlarımız Avropada çox az xərclə təhsil ala biləcəyimiz ölkələrin varlığından xəbərsizik.

AzEDU.az həmin  ölkələrin bəzi qısa siyahısını təqdim edir:

Fransa xüsusilə mühəndislik və sosial elmlər üzrə ixtisaslaşmış universitetləri ilə məşhurdur. Fransa beynəlxalq reytinq göstəricisi olan ”THE”-nin  dünyanın ən yaxşı ali məktəbləri  siyahısında 5 universitetlə təmsil olunub. Ölkədə bir vaxtlar ingilis dilində olan proqramlar azlıq təşkil etsə də, son illər onlara maraq artmaqdadır. Tələbələr bakalavr pilləsindən öncə fransızca hazırlıq məktəblərinə gedə bilərlər. Bu məktəblərin əksəriyyəti ödənişlidir.

Skandinaviya ölkələri yüksək keyfiyyətli yaşam normaları və təhsili ilə öndədirlər. Norveçdə bakalavr və magistr təhsili tamamilə pulsuzdur. Amma təhsil  üçün müraciət etməzdən əvvəl Norveç dili biliyinizi inkişaf etdirməlisiniz. Çünki, təhsil proqramların çoxu yerli  dildədir. Magistr və doktorantura pilləsində isə tədris tam ingiliscədir.

Finlandiya keyfiyyətli təhsili ilə bütün dünyanın diqqətini çəkir. Ölkənin ən məşhur universitetləri isə Helsinki, Aalto, Oulu və Tamperedir. Təəssüf ki, yeni qəbul edilən qərara əsasən ölkədəki universitetlər bakalavr və magistratura proqramları üçün 5 -20 min avro təhsilhaqqı tələb edir.

Stokholm kimi şəhəri, güclü iqtisadiyyatı və azad atmosferi nəzərə alaraq İsveçdəki təhsil imkanlarına mütləq nəzər salmaq lazımdır. Bura  Karolinska İnstitutu, Uppsala, Lund və Stokholm Universitetləri ilə məşhurdur. Ölkə universitetləri texnologiya və mühəndislik sahəsində gördükləri innovativ işləri ilə xüsusi diqqət çəkirlər. İsveç Skandinaviyada ən çox ingilisdilli proqramlara malik olan ölkədir. Proqramların xərci adətən, illik 5 -15 min avro arasında dəyişir. Dünyanın ən yaxşı tələbə şəhərləri siyahısında Stokholm 47, Gothenburg isə 53-cüyerdədir. İsveçdə yaşam xərcləri çox yüksəkdir.

Avstriya Innsbruck, Vyana Texniki Universitetləri ilə məşhurdur. Burada çox aşağı məbləğlə təhsil almaq mümkündür. İllik 2 min avro ilə ən yaxşı ali təhsil ocaqlarından birində təhsilinizi davam etdirə bilərsiz. Paytaxt Vyana, "Dünyanın Ən Yaxşı Tələbə Şəhərləri” siyahısında 16-cı yerdədir.

İtaliya dövlət universitetləri başda incəsənət və moda olmaqla bir sıra ixtisaslar üzrə münasib qiymətlərlə təhsil almaq şansı verir. Roma və Neapol kimi mühüm şəhərlərdə magistr proqramlarının xərci illik 850 -1000 avro arasında dəyişir. Başda Scuola Normala Superiore di Murdara, Scuola Superiore Santanna və Bolonya Universiteti olmaqla  ölkənin digər ali təhsil müəssisələrində də müxtəlif təqaüd imkanları mövcuddur.

İspaniya Erasmus proqramı vasitəsilə tələbələrin ən çox müraciət etdiyi ölkədir. İspan dilinin dünya miqyaslı dil olması, ölkə əhalisinin yüksək yaşam tərzi və baxımlı şəhərləri  ölkəni xeyli məşhurlaşdırıb. İspaniyada magistr və ali təhsil proqramları pulsuz olmasa da, xeyli münasibdir. Dövlət universitetlərində illik təhsil haqqı orta hesabla 1000 dollardır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Bu ölkədə tələbələrin həftədə 20 saat işləmək imkanları var

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Dünyanın ən yaxşı 5 universitetində bu ixtisasları pulsuz oxuya bilərsiniz-

Dünyanın ən yaxşı 5 universitetində bu ixtisasları pulsuz oxuya bilərsiniz-

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti Riqa Stokholm İqtisad Məktəbi ilə əməkdaşlıq edəcək

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Universitet seçimində tərəddüd edənlər üçün

Universitet seçimində tərəddüd edənlər üçün

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... -EKSPERTLƏR

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

Xaricdə dövlət universitetlərinin təhsilhaqqı aşağı salınır, Azərbaycanda isə qaldırılır

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

SABAH xaricdə təhsil sərgisi keçiriləcək

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Nə qədər ki bilik yox, diplom əsas götürüləcək...

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər