Xəbərlər / Orta ixtisas
17 mart 2018
2 824


Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

 

"Biz hələ də sinif otaqlarını odun peçi ilə qızdırırıq. Odunla kifayət qədər təmin olunsaq da, bu, təhlükəsizdir. Hamısı 1963-cü ildən qalma qapı-pəncərələrdir. Sınanları da özümüz düzəltdiririk”.

Bu sözləri Azedu.az-a açıqlamasında Ağsu şəhər 5 saylı tam orta məktəbin direktoru Qarayev Elman deyib. Onun sözlərinə görə, məktəb 1963-cü ildən bəri bir dəfə də olsun əsaslı təmir olunmayıb. E.Qarayev qeyd edib ki, deputatın çıxışı ilə bağlı hələki heç bir cavab gəlməyib:

"Deputat Tahir Kərimli bu məktəbin əsaslı təmirə getməsi və şagird kontingenti baxımından sinif otaqlarının çoxaldılması üçün məsələ qaldırıb. Lakin bu çıxışla bağlı, şəxsən, heç bir xəbər almamışam”.

Xatırladaq ki, ötən gün Tahir Kərimli deputat seçildiyi 87 saylı Ağsu - İsmayıllı seçki dairəsi ərazisi üzrə problemlərdən danışarkən Ağsu şəhər 5 saylı tam orta məktəbdəki problemlərdən söz açıb:

"Ağsuda elə kənd məktəbləri var ki, orada təhsil almaq üçün əlverişli şərait yoxdur, hətta bəzi məktəblərdə ilanlar görünür. Rayonun 5 nömrəli məktəbindəki vəziyyət orada təhsil almağı mümkünsüz edir.

Direktor E.Qarayev deyib ki, məktəbin internat dövründəki yataq korpusunda məcburi köçkünlər məskunlaşıblar. Onun sözlərinə görə, məktəbdə sinif otaqları çatışmamasının bir səbəbi də budur:

"Bu məktəb 1963-cü ildən 2009-cu ilə qədər internat məktəbi olub. 2009-cu ildən etibarən isə 5 saylı tam orta məktəb adını alaraq ümumtəhsil məktəbləri statusu verilib. Elə həmin ildə mən bu məktəbə direktor təyin olunmuşam. 260 yerlik məktəbin, yaranan ildən bəri keçdiyi inkişaf yolu, keyfiyyətləri nəzərə alaraq deyə bilərik ki,  şagird sayı artaraq 550 nəfəri keçib. Ona görə, hazırda məktəbdə sıxlıqdır. Tələbat yüksək olduğu üçün müraciət edən valideynləri məcbur geri qaytarırıq. Şəraitimiz yoxdur, yerimiz məhduddur və istilik, təhlükəsizlik cəhətdən əlverişli deyil”.

Direktor nazirlik tərəfindən məktəbin əsaslı təmirə getməsinin vacibliyi barədə məktub gəlsə də, hələ də heç bir nəticə olmadığından narazılığını bildirib:

"Məktəbin fotoları aiddiyatı üzrə bütün nazirliklərə, qurumlara göndərilib. 2011-ci ildə Şamaxıda təhsil nazirinin qəbulunda olarkən narazılığımızla bağlı yazılı şəkildə meraciət etdim. Məktəbə cavab da gəldi ki, bu məktəb əsaslı təmirə getməlidir. Bütün bunlara baxmayaraq hələ də heç bir nəticə yoxdur.

Rayonda yerimiz - yurdumuz köhnə də olsa ən öndə gedən məktəblərdənik. Keçən il 2 buraxılış sinfindən 15 nəfər ali məktəbə qəbul olunub. Bizim məktəb 2009-cu ildən bəri ali məktəbə qəbulda rayonda liderdir. Əsaslı təmirə gedən məktəblərdə isə, 3-4 buraxılış sinfi olmasına baxmayaraq, universitetə qəbul aşağı səviyyədədir”.Aztehsil.com
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Kişi müəllimlərin sayı artırılsın...” - Deputatdan çağırış

“Kişi müəllimlərin sayı artırılsın...” - Deputatdan çağırış

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb

Vandam kənd tam orta məktəbinin satılması ilə bağlı şaiələr yayılıb

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Prezident Gəncədəki orta məktəbdə oldu

Prezident Gəncədəki orta məktəbdə oldu

Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi-FOTO

Azərbaycanda məktəbi su basdı - şagirdlər evə göndərildi-FOTO

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Qəzalı vəziyyətdəki kənd məktəbləri modul tipli məktəblərlə əvəzlənir

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur

Azərbaycanın ən bərbad məktəbi -  Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

Azərbaycanın ən bərbad məktəbi - Uyğunlaşdırılmış tövlədən REPORTAJ- FOTOLAR - VİDEO

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Bakıda Lisey direktoru işdən çıxarılıb

Bakıda Lisey direktoru işdən çıxarılıb

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Məktəb direktorundan xəbərdarlıq: Mən məsuliyyət daşımıram

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Bakı məktəblərinə təyin olunan direktorların adları AÇIQLANDI- SİYAHI

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi