Xəbərlər / Orta ixtisas
12 mart 2018
2 797


O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

 

"Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq aparılır və daim nəzarətdə saxlanılır”.
 
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir:
 
"Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslərlə bağlanan birbaşa müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir. Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə bağlanmış müvafiq müqavilə çərçivəsində iaşə xidməti göstərən müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Təhsil müəssisələrində iaşə xidməti "Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na, həmçinin Nazirlər Kabinetinin "Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına və "Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır. Təhsil müəssisələrində iaşə xidmətinin təşkilinə nəzarət edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və digər müvafiq dövlət qurumlarının əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir, nəticələr təhlil olunur və ehtiyac olduğu halda zəruri tədbirlər görülür. Məktəbdə satışı qadağan olunmuş hər hansı məhsulun bufetdə olmamasına ciddi nəzarət olunur. Odur ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir. Bu məsələdə müvafiq qaydaların tələbləri əsas götürülməklə, məktəbyaşlı uşaqların qidalanma təhlükəsizliyi və məktəbə olan inamın möhkəmləndirilməsi əsas amil kimi diqqət mərkəzindədir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər. Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsulların siyahısı əlavə edilir”.(publika.az)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Ali təhsil müəssisələrinə qoyulan minimum normalar LƏĞV EDİLİR

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədi ilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

DİQQƏT: Bakının orta məktəblərində valideynlərdən pul tələb edilir? - Rəsmi AÇIQLAMA

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

“Təhsildə keyfiyyət ili” çərçivəsindəki tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

Məktəblərə yaxın obyektlərdə qəlyan çəkilməsinə QADAĞA təklifi

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

qızıl və ya gümüş medal ilə təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestat

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

Bəzi məktəblərdə şagirdlərə isti yeməklər veriləcək

Bəzi məktəblərdə şagirdlərə isti yeməklər veriləcək

Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI

Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Universitetlərimizin təhlükəsizliyi necə qorunur?...

Ümumi təhsil müəssisələrinin  maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Ümumi təhsil müəssisələrinin maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 )  verdi

Nazirlər Kabineti Məktəb direktorları və direktor müavinlərinin vəzifə maaşları haqqında ƏMR ( 270 ) verdi

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib

Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Müəllimlər üçün mentor xidməti təşkil edilib

Müəllimlər üçün mentor xidməti təşkil edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

Valideynlərini itirən gənclər işlə təmin edilib

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI