Xəbərlər / Hekayələr
20 iyul 2016
5 034


Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

 

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

 

Daha asan ölüm.

Son zamanki dövrün ən aktual məsələlərindən biridir intihar.Sözün düzü,əvvəllər də intihar edən və ya etməyə cəhd edən insanları çox görmüşük. Nələr intihara səbəb ola bilər: Sevdiyindən ayrılmaq, kasıbçılıq, zorlama faktları və s. Bu sadaladıqlarımı artırmaq da olar. Həyatından bezən insan istənilən səbəbdən bu yola əl ata bilər. Bu psixoloji pozğunluğun göstəricisidir. İnsan öz canına qıya bilirsə, demək, psixikasında yolunda getməyən hallar baş verir.

Bəs özünəqəsdin hansı yolları var? Özünü yandırma (bu günün dəbi), damarları kəsmə, eyvandan atma, özünü asma və s. Bu gün yaşadığımız həyatda problemsiz insan tapmaq olmaz. Varlının böyük, kasıbın daha böyük problemləri var.

Hər zaman "Alah özünə qəsd edən insanları sevmir. O insanların yeri cəhənnəmdir” deyə beynimizə yeridiblər. O biri dünyada nələr baş verdiyini bilmirik. Hələ ki, bu dünyadan danışaq. Məlum ki, intihara cəhd edən insan cəhənnəmi bu dünyada yaşayıb.

Bir anlıq düşünək , özümüzü öldürdük. Demək , biz ölümümüzdən sonra bu dünyada nələr baş verəcəyini düşünmürük. Belə məlum olur ki, intihar edən şəxs daha çox özünü sevir.

Fikrimin əvvəlində özünü yandırma faktının daha çox dəb olduğunu bildirdim. Həmişə məni bir sual düşündürüb: ”Niyə canına qıyan insan daha asan yolu seçmir? Məsələn, dərman içmək. Bu daha asandır (psixikası pozulmuş insanlara ideya vermiş olmayım..)Yoxsa onlar "Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?” düşüncəsiylə addım atırlar?

Bir gün bir tanışım Mikayıl Müşviqin ölümündən danışanda "Mən əgər bilsəydim ki, məni öldürəcəklər, ölümümə səbəb olan şeiri yazmazdım. Axı mənim arxada qoyduğum insanlar var” demişdi. Tanışımın dediyi o cümlədən sonra mən bir müddət intihar haqda düşündüm. Demək, intiharı iki hissəyə bölmək olar . Özünü intihar etmək və hansısa addımı atdıqdan sonra səni öldürəcəklərini bilə-bilə bu addımı atmaq. Zənnimcə, bu da intihar sayılır.

Rəhmətlik nənəm deyərdi: ”Allahdan az ağrı, asan ölüm istəyirəm”. Tez , ya gec Allah özü verən canı özü də alsa yaxşıdı. Həyat acılarıyla gözəldi. Yaşamaqdan doymağı bacarana qədər yaşayaq.

ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Poeziya dillənir:

Ölümdən çox qorxuram mən,
Kaş ki insan olmayaydım,
Ot olaydım, daş olaydım,
Günah ilə dolmayaydım.
(Qərib)

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun: