Xəbərlər / Orta ixtisas
27 fevral 2018
5 019


Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

 

Övladına dərslərini həll etməkdə köməklik göstərən valideyn kitabda gördüklərindən sözün həqiqi mənasında şoka düşüb. Bu barədə GoldNews.Az-a Asif Tağı adlı valideyn özü məlumat verib. Bildirib ki, bu gün uşağına dərslərini hazırlamaqda köməklik göstərərkən 13-cü çalışma onun diqqətini cəlb edib.

"Diqqətlə baxsanız, siz də görərsiniz ki, 1-ci sinif şagirdinin beyninə Ermənistanın bayrağını yeritməyə çalışırlar".

Məsələyə münasibət öyrənmək üçün təhsil üzrə ekspert Kamran Əsədovla əlaqə saxladıq. Ekspert qeyd etdi ki, bu bayraq Ermənistanın yox, qondarma Dağlıq Qarabağ respublikasının bayrağıdır. Onun sözlərinə görə, belə problemlər yaranmasının başlıca səbəbi dərslik çapına nəzarətin olmamasıdır
 

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

 

"Azərbaycanda senzura ləğv olunduqdan sonra hər kəs pul qarşılığında istədiyi vəsaiti, dərsliyi, kitabı çap etməyə başladı. Əvvəllər sadə bir məqalə belə müəyyən edilmiş komissiya tərəfindən yoxlanıldıqdan sonra çap olunurdu. Burada onun milli dəyərlərimizə, adət-ənənələrimizə uyğun olub-olmadığı, əsasən də oxucu kütləsinə psixoloji təsir göstərməyəcəyi təqdirdə həmin vəsaitlər çap olunurdu. Lakin hazırda hər kəs kompüterin qarşısında oturaraq, beyninə gələn məhsulu yazıb, pulunu verir və nəşr etdirir. Bu da onu göstərir ki, mütləq şəkildə Dövlət İmtahan Mərkəzi yanında "Dərslik" komitəsi yaradılmalı, dərsliklər, elmi kitablar, vəsaitlər, jurnallar çap olunanda, pillələr, fənlər üzrə burada fəaliyyət göstərən komissiyalar və onların rəyi alındıqdan sonra vəsaitlər nəşr olunmalıdır. Bu zaman biz də məsuliyyətin kimdə olduğunu biləcəyik. Buna görə də xüsusi şəxslər kitab buraxmaq hüququna malik olmalıdır. Hal-hazırda hər kəs kitab buraxır.  Nəticədə də dərsliklərdə rast gəldiyimiz bu cür problemlər olduqda insanlar elə fikirləşir ki, erməni lobbisi gör necə güclüdür ki, bizim dərsliklərimizə belə qarışa bilir. Əslində isə bunlar kiminsə təcrübəsizliyindən və diqqətsizliyindən ortaya çıxır. Müəllifin fikrindən nə isə yayına bilər, amma nəşriyyatın korrektoru, redaktoru diqqətli olmalıdır. Əfsuslar olsun ki, bizim nəşriyyatlar hazırda pulunu verən hər kəsin kitabını nəşr edirlər. Amma bu, belə olmalı deyil".
 

Azərbaycan təhsilində növbəti biabırçılıq - 1-ci sinif dərsliyində qondarma DQR-in bayrağı yerləşdirilib - FOTOFAKT

 

Kamran Əsədov qeyd etdi ki, adətən bu tip dərsliklərdə nə müəllifin, nə nəşriyyatın, nə də redaktorun adı olmur. Buna görə də ölkədə "Dərslik" komitəsi, qurumu yaradılmasa, biz daha ciddi fəsadlarla qarşılaşa bilərik: 

"Qeyd etdiyiniz dərslik barədə onu deyə bilərəm ki, bu, alternativ dərslik deyil. Bu, sadəcə sərbəst iş üçün nəşr olunmuş kitabçadır. İstənilən halda, bütün bunlara Təhsil Nazirliyi cavabdeh olmalıdır. Təhsil haqqında qanunda göstərildiyi kimi, ölkədə təhsil siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir, amma bunun forması qanunda göstərilməyib. Ölkədə təhsilin bütün pillələri ilə bağlı yeniliklərin hamısı həmin qurumla bağlıdır. Buna görə də mütləq şəkildə ölkədə bütün vəsaitlərin nəşrində Təhsil Nazirliyinin rəyi olmalıdır".

Daha sonra ekspert bizə orta məktəblərdə tədris edilən 1-ci sinif riyaziyyat kitabının 110-cu səhifəsinin fotosunu təqdim etdi. Məlum oldu ki, qalmaqallı kitabla dərslikdəki səhifələr tamamilə fərqlilik təşkil edir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

DEPUTATDAN ETİRAZ: "DƏRSLİYİ PARTA ARXASINDAN YENİCƏ DURANLAR YAZMAMALIDIR"

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Təhsilimizdə QƏRİBƏ OLAY: 2018-ci ildə çap olunmuş DƏRSLİKLƏR SATIŞDA - FOTOFAKT

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Qalmaqallı dərsliyin müəllifi: Bəzi tarixi faktları çatdıra bilmirik

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Azərbaycanda tədris olunan bu dərsliklərdə biabırçı səhvlər aşkarlanıb – MÜƏLLİMLƏR ÜSYANDA, NAZİRLİK SUSUR

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

Nazirlikdən dərslikdəki “erməni xəritəsi” ilə bağlı - AÇIQLAMA

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Dərslik və müəllim üçün metodik vəsaitlərin layihələrinə dair ictimai rəyin öyrənilməsi

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

Partiya sədri: “Mikayıl Cabbarov istefaya göndərilməlidir”

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

"Qiymətləndirmədə iştirak edən ekspertlərin kimliyi gizli saxlanılmalıdır" -RƏY

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Qalmaqallı dərsliyin digər müəllifləri də DANIŞDILAR- Səhvə yol verilib

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

Qalmaqallı dərsliyin müəllifləri nazirliyə çağırıldı

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

Dövlət İmtahan Mərkəzindən qalmaqallı dərsliklə bağlı- AÇIQLAMA

7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv

7 müəllim yığışıb bir dərslik yazıb, o da ki səhv

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Dərslikdə ciddi səhv: Azərbaycan “Böyük Ermənistan”ın içində – FOTO

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

10-cu sinif tarix dərsliyi plagiatdırmı? - Müəllifdən cavab

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

Qalmaqallı tarix kitabının müəllifi: "Bundan sonra dərslik yazmayacam" - MÜSAHİBƏ

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

İbtidai siniflər üçün ehtiyat dərsliklər hazırlanacaq

Dərsliklər düzələcəkmi?

Dərsliklər düzələcəkmi?