Xəbərlər / Valideyn
24 fevral 2018
3 345


“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

 

İlhamə Abdullayeva: "Elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur”


2018-2019-cu dərs ili üçün Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda, Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək.

Dünən, yəni fevralın 22-də, saat 10.00-da Bakıda start götürən prosesin ilk günü sistemdə gərginlik yaşanıb və "mektebeqebul.edu.az” saytına girişdə məhdudiyyətlər yaranıb. Bu və digər məsələrlə bağlı "Azərbaycan müəllimi” qəzetinin suallarını Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva cavablandırıb.

- Elektron qeydiyyat sistemi açıldığı ilk gündən problemlər yaşandı. Bu nə ilə əlaqədardır və gözlənilirdimi?

- Paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideynin eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə I sinfə uşaqların elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə olundu. Amma valideynlərin nəzərinə çatdırmaq istəyirəm ki, uşaqların I sinfə elektron qeydiyyatı prosesi Bakı şəhərində fevralın 22-dən sentyabrın 15-nə qədər olan müddətdə davam edəcək. Qarşıda kifayət qədər müddət olduğu üçün valideynlərin narahatlıq keçirməsinə heç bir səbəb yoxdur.

- Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarda qeydiyyat müddəti nə vaxta qədərdir?

- Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara ərizələrin qeydiyyatı fevralın 22-dən mayın 31-dək aparılır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli Klassik Gimnaziya və 287 nömrəli "Zəkalar” liseyinə 2018-2019-cu dərs ili üçün I sinfə, ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Qeyd olunan ümumi təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilir. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə uşaqlarını qeyd olunmuş ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçirə bilərlər. Həmin uşaqlar üçün müsabiqə iyun ayı ərzində keçiriləcək.

- Ötən il lisey və gimnaziyaların mikroərazisində yaşayanların uşaqlarının qəbulunda problemlər yaşandı. Lisey və gimnaziyalarda həmin uşaqların müsabiqəyə qatılması üçün əlavə tələblər qoyulduğuna dair faktlar ortaya çıxdı. Bu il belə faktların təkrarlanmaması üçün hansısa tədbirlər nəzərdə tutulub?

- Valideyn qeydiyyatı düzgün həyata keçiribsə, sistem avtomatik olaraq onu qeydə alır. Yaxud İşçi Qrup 3 gün ərzində həmin valideynin müraciətinə baxaraq onun xeyrinə qərar verir. Burada əsas məsələ valideynin səhv etməməsidir. Tutaq ki, hər hansı lisey və ya gimnaziyanın xidməti ərazisində yaşayan valideyn "müsabiqəyə yazıl” düyməsini seçibsə, bu onun özünün yaratdığı problemdir. Yaxud ola bilər ki, valideyn yaşayış yerinin məktəbin xidməti ərazisində olduğunu düşünə bilər, halbuki onun ünvanının həmin xidməti əraziyə düşməməsi mümkündür.

- Xidməti ərazilər necə müəyyən olunur?

- Məktəblərin xidməti ərazilərini sadəcə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyi müəyyən etmir. Bu, icra hakimiyyətlərinin nümayəndələri ilə birgə həyata keçirilir. Valideynin yaşayış yeri müəyyən olunmuş xidməti ərazidə yerləşirsə, buna baxmayaraq, yenə də onun övladının müsabiqəyə cəlb edilməsi cəhdləri olursa, rahat şəkildə BŞTİ-yə və Təhsil Nazirliyinə müraciət edə bilər. Onun hüququ tanınacaqdır. Burada heç bir narahatçılıq yoxdur.

- Məktəbəhazırlıq qruplarında komplektləşdirilmiş siniflərin I sinifdə də eyni müəllimə həvalə olunması nəzərdə tutulub...

- Bu addımı məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq atmışıq. 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunub.

- Bəs, valideyn məktəbəhazırlıq qrupunda oxuyan övladı üçün yenidən həmin məktəbə I sinfə qəbul üzrə sorğu yerləşdirməlidirmi?

- Buna gərək qalmayacaq. Çünki  məktəbəhazırlıq qrupunda təhsil alan uşaq üçün sistem tərəfindən təhsil aldığı məktəb və müəllim avtomatik seçilir.

- Valideyn övladının təhsilini həmin məktəbdə, həmin sinifdə davam etdirməsini istəmirsə, sistemin avtomatik seçimi ona qarşı haqsızlıq deyilmi?

- Burada da problem yoxdur. Müəllim sistemin seçimi ilə razıdırsa, şəxsi kabinetdən ərizəni çap edib, digər müvafiq sənədlərlə birgə məktəbə təqdim edir. Razı deyilsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

- Elektron sistemdən istifadə ilə bağlı çoxsaylı narahatlıqlar var. Bu narahatlıqlardan biri də sistemin ödənişli olmasıyla bağlıdır.

- Elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur. İstifadəçi əlaqə vasitəsi olaraq mobil telefon nömrəsini və ya elektron poçt ünvanı qeyd edir. Uşağın valideyni və ya qanuni nümayəndəsi elektron sistemdə məktəbi seçib sorğu yerləşdirir.

- Məlumdur ki, məktəblərin hamısında şagird qəbulu eyni səviyyədə olmur. I sinfə qəbul üzrə müraciətlərin çox olduğu məktəblərdə şagird qəbulu zamanı hansı prioritetlər nəzərə alınır?

- Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı valideynləri və ya qanuni nümayəndələri məktəbin müəyyən edilmiş mikroərazisində yaşayanlara, valideynləri və ya qanuni nümayəndələri həmin məktəbdə işləyənlərə, bacı və qardaşları həmin məktəbdə oxuyanlara üstünlük verilir.

- Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirməlidir?

- Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirəcəklər. Həmin tədris ocaqlarında açılan I siniflərdə yer olarsa, ərazi prinsipi tətbiq olunan məktəblərin mikroərazisində kirayədə yaşayanlar da övladlarının qeydiyyatını apara biləcək. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edim ki, kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

- Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

- Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Yeni məktəbi ancaq sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etdikdən sonra seçə bilər.

- Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır?

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.

- 6 yaşı tamam olmayan uşaqların qeydiyyatı ilə bağlı nə yenilik var?

- 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara fevralın 22-dən mayın 31-dək, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək aparılır.

- 6 yaşı tamam olmayan uşaqlar elektron qeydiyyatdan keçirildikdən sonra onların məktəbə qəbulu üçün nə tələb olunur?

- Bu məqsədlə Müsabiqə Komissiyası fəaliyyət göstərir. Həmin Komissiya "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində müsahibə keçirir. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul üzrə müsabiqədə iştirak edib uğur qazananlar və dövlət ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar I sinfə müsabiqədənkənar qəbul oluna bilər. Müsabiqə Komissiyasında müsahibədən keçməzsə, valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Apelyasiya komissiyalarına  iyul-avqust ayları ərzində müraciət edə bilərlər.

- Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

- Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar. Onların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra yaşayış yerindən arayış, 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) həftənin II və IV günləri Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

- Bakı şəhərində sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

- Sağlamlıq imkanları məhdud uşaqların I sinfə qəbulu üçün valideyndən onun və uşağının şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti; tibbi arayış; 2 (iki) ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;  yaşayış yerindən arayış tələb olunur. Həmin sənədlərlə birlikdə həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

- I sinfə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək lazımdır?

- Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət edə bilərlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (012) 599-12-22 nömrəli telefonu (daxili: 6076; 6124), eləcə də [email protected]  elektron poçt ünvanı hər kəsin xidmətindədir. Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə - 146) də zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Ruhiyyə DAŞSALAHLI
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

Bu il Bakıda I sinfə 50 mindən çox uşağın qəbulu gözlənilir

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

I sinfə qəbulla bağlı valideynlərə müraciət edildi - Sistemdə ləngimələr ola bilər

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Hansı şəhərlərdə birinci sinfə qəbul onlayn aparılacaq?

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: SABAHDAN 1-Cİ SİNFƏ QƏBUL BAŞLAYIR - BU ŞƏHƏRDƏ

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

1-ci sinfə qəbul: yeni qaydalar barədə 5 suala cavab

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Xüsusi istedada malik uşaqların I sinfə qəbulu üzrə müsabiqə başa çatıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Bakıda birinci sinfə gedəcək uşaqlarla bağlı yeni statistika açıqlanıb

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Lisey və gimnaziyalara 3359 sorğu yerləşdirilib

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

Yeni tədris ilində 6 yaşı tamam olmayan uşaqların I sinfə qəbul qaydası açıqlandı

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

6 yaşı tamam olmayan 6810 uşaq elektron qeydiyyatdan keçib

Valideynlərə XƏBƏRDARLIQ - “Əgər övladlarınız...”

Valideynlərə XƏBƏRDARLIQ - “Əgər övladlarınız...”

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakıda birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakı məktəblərinə 50 minədək uşaq qəbul olunub

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına 6579 uşağın elektron qeydiyyatı aparılıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

Bakıda məktəbəhazırlıq qruplarına qəbul üçün 7997 ərizə qeydə alınıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

I sinfə qəbulun ilk mərhələsi yekunlaşıb