Xəbərlər / Digər Xəbərlər
16 fevral 2018
3 254


Təhsil Nazirliyi: "İmtahanların sayı azaldılır"

 

Orta təhsil müəssisələrində 2014-2018-ci tədris ili üçün summativ qiymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsində məqsəd şagirdlərin dərs və imtahan yükünü azaltmaqdır.

Bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, aparılan təhlillərə əsasən, şagirdlər kifayət qədər çox imtahan verirlər: "Şagirdlərin tez -tez psixoloji gərginlik yaşaması düzgün deyil. Birinci sinifdə təhsil alan şagirdlər məktəbə gəlib çatmamış onları imtahan edirik. Bunu nəzərə alaraq, summativ qiymətləndirmənin sayının əsaslı şəkildə azaltmağa çalışırıq. Yeni layihə hazırlanarkən beynəlxalq təcrübə öyrənilib. Bu cür dəyişikliklər təhsilin keyfiyyətinə fayda verəcək”.
E.Əmrullayev qeyd edib ki , q iymətləndirmə ilə bağlı dəyişikliklərin edilməsi bəzi mübahisəli məqamların da həllinə imkan verəcək.

O əlavə edib ki, v alideynlər eyni gündə bir neçə summativin keçirilməsindən narazı qalırdılar. Bu məsələnin həlli üçün yeni sənəd layihəsində gün ərzində keçiriləcək summativlərin maksimum sayı müəyyən edilib: "Hesab edirik ki, gün ərzində 3-dən çox summativ qiymətləndirmə olmamalıdır. Eyni zamanda, başqa mübahisəli məsələlərdən biri summativlərin müddəti ilə bağlı idi. Bəzi müəllimlər summativləri 30, bəziləri isə 45 dəqiqə müddətində edirdi. İndi isə kiçik summativ qiymətləndirilmənin (KSQ) keçirilmə müddətinin 45 dəqiqə olması təklif olunub”.

E.Əmrullayev bildirib ki, digər mübahisəli məqamlardan biri şagirdlərin yekun qiymətinin müəyyən edilməsi ilə bağlıdır: ” "Indi ş agirdlər həm 3 və 4, həm də 3 və 5 qiyməti alanda, yəni hər iki halda ona yekunda ortalama 4 qiyməti verilirdi. Yeni layihədə summativlərdə şagirdlərin biliyinin balla qiymətləndirilməsi və yekun nəticənin də bala əsasən müəyyən edilməsi təklif edilir. Yəni yarımillik qiymət hesablandıqda KSQ-lərin qiymətləri deyil, toplanan ballar toplanacaq. Balla hesablama həm mübahisə yaratmayacaq, həm də şagirdlərdə oxumağa həvəs yaradacaq. Onlar hər dəfə ballarını yüksəltməklə qiymətlərini yüksəltmiş olacaqlar. Yeni layihə biliyin ölçülməsi baxımından qiymətlərin daha düzgün müəyyən edilməsinə yardım edəcək ".

E.Əmrullayev deyib ki , yeni layihədə ş agirdlər üçün bal şkalası da aşağı salınıb:” Misal olaraq, şagird 3 qiyməti almaq üçün 40 bal toplamalı idisə, indi onu 30 bala salmışıq. Layihədə hər kəsin istədiyi kimi imtahan keçirməmək üçün imtahan suallarının sayı və mahiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirilib”.

E.Əmrullayev m əktəbdaxili qiymətləndirmə ilə bağlı ilkin sənədin 2009-2010-cu illərdə hazırlandığını da söyləyib.

O əlavə edib ki, hazırda layihə aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Dövlət İmtahan Mərkəzi artıq layihəyə rəyini təqdim edərək onu dəstəklədiyini bildirib.

Qeyd edək ki, Təhsil Nazirliyinin hazırladığı yeni layihədə 2018-2019-cu tədris ilindən orta məktəblərdə summativ qiymətləndirmələrin sayının azaldılması, 1-ci siniflərdə summativ qiymətləndirilmənin ümumiyyətlə ləğv edilməsi, bəzi siniflərdə isə Böyük Summativ Qiymətləndirmənin keçirilməməsi təklif edilir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

"...ŞAGİRDLƏRİN DƏRS VƏ İMTAHAN YÜKÜ AZALACAQ" - NAZİRLİK

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalıdır- AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Təhsil Nazirliyindən summativ qiymətləndirmə barədə AÇIQLAMA

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Məktəblərdə summativlər ləğv olunur: Yazı işləri də azalacaq

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

Təhsil sisteminin “qorxulu yuxusu”, məktəblərdə paylanan “dadlı konfetlər”... -Həftənin icmalı LAYİHƏ

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Şagirdlərin qiymətləndirliməsində dəyişikliklər olunacaq

Azərbaycanda bu şagirdlərin sayı artdı

Azərbaycanda bu şagirdlərin sayı artdı

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Azərbaycanda məktəbli qızların oxu bacarığı oğlanlardan yaxşıdır

Bəzi məktəblərə muxtariyyət veriləcək

Bəzi məktəblərə muxtariyyət veriləcək

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Azərbaycanda kurikuluma yeni standartlar gətirilir

Azərbaycanda kurikuluma yeni standartlar gətirilir

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

Nazirlik: Valideynlərin tədris müddətinin azaldılması ilə bağlı istəyi əsassızdır

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"

"Təhsil müddətinin azaldılmasından çox artırılmasının böyük faydası var"