Xəbərlər / Müəllim
02 fevral 2018
4 707


Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

 

Adil Qeybulla: "İctimai iaşə müəssisələrində çalışanlar da məcburi müayinədən keçməlidir”

Nazirlər Kabineti "Məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi Qaydası”nı təsdiq edib. Yeni qaydalara əsasən təhsilverənlərin sağlamlıq vəziyyətinin müəyyən edilməsi, xəstəliklərin, o cümlədən peşə xəstəliklərinin erkən aşkarlanması və qarşısının alınması, infeksion və parazitar xəstəliklərin yayılmasının qarşısının alınması məqsədi ilə tibbi müayinələr keçirilməlidir.

Tibbi yoxlanışdan keçməkdən imtina edən şəxslər işə buraxılmayacaq. Həmçinin müayinədən keçmiş namizədlərdən vərəm, sifilis, süzənək, qurda yoluxma, kəskin və xroniki bağırsaq infeksiyaları, kəskin virus infeksiyaları, kəskin bakterial infeksiyalar, ruhi xəstəliklər, narkoloji xəstəliklər və ağıreşitmə halları aşkarlanan şəxslər işə götürülməyəcək. Müayinədən keçəcək şəxslərin siyahısı işə götürən şəxslər tərəfindən hər il dekabrın 1-dən gec olmayaraq hazırlanmalıdır və 3 gün ərzində həmin şəxslərə göndəriş verilməlidir.  Təhsilverənlər 15 gün müddətinə müayinədən keçib nəticəni işəgötürən şəxsə təqdim etməlidirlər.

Qeyd edək ki, müəllimlərin tibbi müayinədən keçməsi sovet dövründə də vardı. Bir sıra təhsil ekspertləri müəllimlərin ildə bir dəfə deyil, həm işə götürülərkən, həm də sonrakı dövrlərdə tibbi müayinədən keçməsinin vacib olduğunu bildirirlər. Yalnız müəllimlər deyil, eyni zamanda yeyinti məhsulları, qida sənayesində, fabriklərdə, hotellərdə çalışanlar, bir sözlə, əhali ilə daha çox ünsiyyətdə olan insanlar da tez-tez tibbi müayinədən keçməli və çalışdıqları müəssisəyə sağlıq durumlarında hansısa problemin olmadığına dair həkim arayışı təqdim etməlidirlər. Ancaq təəssüflər olsun ki, buna hazırda elə də əhəmiyyət verilmir və kifayət qədər yoluxucu xəstəlik daşıyıcısı olan insanlar var ki, bu sahələrdə çalışırlar.

Təsadüfi deyil ki, bu günlərdə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bir çox iaşə obyektlərində, restoranlarda, uşaq müəssisələrində açıq formalı vərəm xəstələrinin işlədiyini və onlara nəzarət edilmədiyini bildirərək həyəcan siqnalı çalıb: "Sovet dövründə müəyyən obliqat qrupu var idi, həmin qrupa daxil olanlar mütəmadi müayinələrdən keçirilirdi, bu işə xüsusi nəzarət edilirdi. Lakin bu gün bu, unudulub. Vərəm xəstələrinə nəzarət itib”.
 

 

Oxşar mövzu Milli Məclisin Səhiyyə komitəsinin iclasında da gündəmə gəlib. Komitənin iclasında Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova son bir neçə ildə vərəmə yoluxan uşaqların sayında artım olduğunu deyib. H.Qədirova vərəmli xəstələrin qeydiyyatdan kənarda qalmasında həm həkimləri, həm də xəstələrin ailələrini günahlandırıb. Həkimin sözlərinə görə, vərəm xəstələrinin müalicəsinin kor-koranə aparılması sonradan daha ciddi fəsadlar yaradır. Əgər ictimai iaşə obyektlərində, uşaq müəssisələrində açıq formalı vərəm xəstələri çalışırsa, vərəmə yoluxan uşaqların sayında gün keçdikcə artım olmasına təəccüblənməməliyik.
 

Bu müəllimlər məcburi tibbi müayinədən keçəcək - QƏRAR

 

Tibb elmləri doktoru, professor Adil Qeybulla yalnız bağça müəllimlərinin deyil, uşaqla təmasda olan bütün müəllimlərin mütəmadi olaraq tibbi müayinədən keçməsinin vacib olduğunu bildirdi: "Nəinki uşaqlarla təmasda olanlar, ümumiyyətlə, bütün ictimai iaşə müəssisələrində çalışan, insanların kütləvi toplaşdığı yerlərlə təmasda olan şəxslərin hər biri məcburi olaraq tibbi müayinədən keçməlidir. Sovet dövründə də bu belə idi. İctimai iaşə obyektlərində, uşaq bağçasında, məktəbdə çalışan şəxslər tibbi müayinədən keçir, sağlamlıq haqqında arayış alırdılar. Yalnız bu arayış təqdim edildikdən sonra bu şəxslərə çalışmağa icazə verilirdi”.

A.Qeybulla müəllimlərin sağlıq durumlarını yoxlayan və onlara sağlamlıq haqqında arayış verən həkimin, tibb müəssisəsinin buna görə məsuliyyət daşıdığını dedi: "Hansısa şəxsə sağlamlıq haqqında verilən arayışın altında konkret olaraq həkimin imzası, tibb müəssisəsinin möhürü olur. Əgər kiməsə saxta arayış verilərsə, buna görə həmin tibb müəssisəsi də, həkim də məsuliyyət daşıyır”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq -DİQQƏT!

Bu xəstəliyi olan müəllimlər işdən çıxarılacaq -DİQQƏT!

Bağça və körpələr evlərinin işçiləri ildə bir dəfə...

Bağça və körpələr evlərinin işçiləri ildə bir dəfə...

İl ərzində 90 faizdən çox uşaq müayinələrə cəlb olunub

İl ərzində 90 faizdən çox uşaq müayinələrə cəlb olunub

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı şəhid övladlarına üstünlük veriləcək

Bu xəstələrin müalicəsi ilə bağlı -YENİ QƏRAR

Bu xəstələrin müalicəsi ilə bağlı -YENİ QƏRAR

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

İlham Əliyev məktəbəqədər təhsil barədə fərman verdi

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycanda bu xəstələr üçün dövlət proqramı hazırlanacaq

Azərbaycanda bu xəstələr üçün dövlət proqramı hazırlanacaq

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Körpələr evi və uşaq bağçalarına qəbul qaydası AÇIQLANDI

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Məktəbəqədər təhsil müəssisələrində uşaqların sosial müdafiəsinə dair tədbirlər müəyyənləşib

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Bakıda uşaqlar “koksaki” virusuna tutulub? - VALİDEYNLƏR NARAHATDIR

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

“Dəlilik kağızı” olan müəllim - Bu “kağız” kimlərə verilir, onlar harda işləyə bilərlər...

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Azərbaycanda uşaq bağçalarına qəbulda tətbiq olunacaq güzəştlər məlum olub

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Soyuq havalarda uşaqları xəstəliklərdən necə qoruyaq? – PEDİATR TÖVSİYƏSİ

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Azərbaycanda tibbi dərslik PROBLEMİ – tələbələr etiraz etdi

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...