Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor özbaşınalığı davam edir -"Burada mənəm... "
Sumqayıt təhsil müəssisələrində qanunsuz əməllərin tüğyan etməsi səngimək bilmir. Dəfələrlə mətbuatda sözügedən məsələ ilə bağlı problemlər işıqlandırılsa da görünən odur ki, heç bir nəticə yoxdur.
Aztəhsil.com-un redaksiyasına daxil olan məlumata görə, bu dəfə Təhsil Şöbəsinin 9 nömrəli tam orta məktəbə direktor əvəzi təyin etdiyi Həqiqət Abdullayeva tez bir zamanda Sumqayıt təhsil müəssisəsində rüşvət burulğanı yaradıb.
Təhsil nazirliyi tərəfindən təsdiqlənməyən və təhsil şöbəsi tərəfindən həvalə olunan postun sahibi korrupsiya əməllərini davam etdirməkdədir.
İddialara görə, direktor əvəzi Həqiqət Abdullayeva 9 nömrəli orta məktəbdə daşı daş üstündə qoymur, şagirdləri qazanc mənbəyi, məktəbi isə qazanc yeri kimi görür.
Onu da qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə, summativlərin qiymətləndirilməsinə də yaxşıca "əl gəzdirib".
Hər-halda aztəhsil.com-a daxil olan məlumatlardan belə məlum olur.
Yaranan mənzərə qarşısında məktəbin pedaqoji kollektivi və şagirdlər də haqlı olaraq direktordan gileylənməkdədirlər.
Maraqlısı isə odur ki, məktəbdə tüğyan edən özbaşınalıq pedaqoji kollektiv və şagirdlərə "qanuni” olaraq qələmə verilir.
Digər bir məsələ isə, sözügedən direktor tərəfindən tədris ilinin bu çağında dərs cədvəlinin dəyişdirilməsi ilə bağlıdır. Bu isə nə pedaqoji kollektiv, nə də şagirdlər tərəfindən birmənalı qarşılanmır.
Bir sözlə, məktəbdəki mövcud problemlər saymaqla bitmək bilmir - Məktəbə yeni pərdələrin alınması, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, xəstə müəllimlərin dərsini tədris etməsi və s.
Sözügedən məsələnin dəfələrlə mətbuatda işıqlandırılmasından da iddiaların həqiqətə uyğun olub-olmadığını anlamaq heç də çətin deyil.
Xanım direktor adıçəkilən məktəbdə qurduğu qazanc "biznesi" ilə açıq-aşkar söyləyir ki, burada mənəm, Bağdadda da kor xəlifə.
Xatırladaq ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Aztəhsil.com
Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO
Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA
Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT - "Müəllimlərin öz hesabına hazırladığı sinfi sökür"
Yenicə təyin olunmuş direktor müzakirələrə səbəb oldu – Əslində onun...-FOTO
Masallı RTŞ-nin yarıtmaz fəaliyyəti- Tariyel Əkbərov...
Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI
Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi
“Direktor bizi əxlaqsız söyüşlərlə təhqir edib” - Daha bir məktəbdə qalmaqal
Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi
Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu
Sumqayıtda məktəb direktoru jurnalistə: "Qələt edib mənə zəng vurursan"
Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA
Cəlilabadda təyinat: İmtahandan kəsildi, yenə direktor oldu
Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur
Bakıda məktəb rəhbəri jurnalisti hədələdi: “Sənin başın bədəninə ağırlıq edir!” - SƏS YAZISI
Bir məktəbin iki direktoru - Nazir üçün müşkülə çevrilən balaca post
Sumqayıtda bu məktəbin direktoru işdən azad olundu - FOTO
Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi
Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO
Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı
Cəlilabadda məktəbə 2 nəfər direktorluq edir?
Şamaxıda 2-ci sinif şagirdinin zorlanması və xəstəxanada ölməsi xəbərinə DİREKTORDAN REAKSİYA
ATV-nin “Yoxlama”sı ilə qalmaqal yaşayan direktor vəfat etdi
Masallı Təhsil Şöbəsində nə baş verir?- Məktəb direktoru qanunsuz əməllərdə...