Uşaq bağçalarında aşpazlar ixtisara salınır?
"Uşaq bağçalarında mənşəyi bəlli olmayan ətlərdən qida üçün istifadə edilməsi ilə bağlı bizə də məlumat daxil olmuşdu. Biz bu faktı araşdırdıq. Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrində mütləq mütəmadi olaraq monitorinqlər aparılmalıdır. Bu monitorinqlər də yalnız icra hakimiyyəti orqanları tərəfindən yox, valideynlərin özləri və ya valideyn komitələri tərəfindən də aparılmalıdır. Yoxsa bununla araşdırmalar müsbət nəticə verməyəcək".
Aztəhsil.com xəbər verir ki, bunu APA TV-yə müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Onun sözlərinə görə, hər bir rayonda azyaşlıların sayına görə uşaq bağçaları olmalıdır:
"Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır. Çünki uşaq qidası ən yüksək keyfiyyətə cavab verməlidir. Hesab edirəm ki, uşaq bağçaları təkcə icra hakimiyyətinə verilməli deyil. İcra hakimiyyəti onun maliyyə tərəfinə baxa bilir. Bu, Təhsil və Səhiyyə nazirlikləri, eləcə də bir çox qurumların işidir. Əgər sadaladığım qurumların da iştirakı ilə monitorinq aparılsa, sözügedən nöqsanları aradan qaldırmaq olar".
Bir sıra uşaq bağçalarında aşpazların ixtisara salınacağı və uşaqların hazır yeməklərlə təmin olunacağı ilə bağlı yayılan söz-söhbətlərə gəlincə, komitə sədri bunun həqiqətə uyğun olmadığını dilə gətirib:
"Mən hesab edirəm ki, bu düzgün fikir deyil. Uşaqların qidaları isti-isti verilməli, keyfiyyətli olmalıdır. Mütləq yeməklər uşaq bağçalarında hazırlanmalı və mətbəxdə təmizliyə ciddi riayət olunmalıdır. Əgər hazır yeməklərlə uşaqlar təmin ediləcəksə, ona kim nəzarət edəcək? Əgər mətbəxə müəssisə rəhbərliyi nəzarət edə bilmirsə, hazır gətirilmiş yeməklərə kim nəzarət edəcək? Bu absurddur".
Deputat bildirib ki, bu məsələyə məsuliyyətlə yanaşılmalıdır.
AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?
Şaxta baba ləğv olundu – Məktəbdə yalnız Qar qıza icazə verilir
Bəzi məktəblərdə şagirdlərə isti yeməklər veriləcək
İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək
Hazır uşaq qidalarından necə istifadə edilməlidir? - VALİDEYNLƏRƏ TÖVSİYƏ
Ölkədə təhsildən yayınan və yenidən təhsilə cəlb edilən uşaqların SAYI açıqlandı
Uşaq bağçaları necə olmalıdır? - Dünya ölkələri ilə müqayisəli təhlil
Təhsildən kənarda qalan uşaqlar - SƏBƏB İSƏ...
"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"
“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”
Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir
Uşaq bağçaları ilə bağlı yenilik
Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib
Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri
Komitə yuxarı sinif şagirdləri arasında daha çox qeydə alınan bu haldan narahatdır
Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA
Bakının orta məktəblərində bit yayıldı - Valideynlər həyəcanda
Bəzi uşaq bağçalarında tibb işçisi yoxdur - VİDEO
Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!
Bağçalarda zəhərlənmə halları nədən yaranır?
"Məktəbəqədər təhsil müəssisələrinə qəbul Qaydası” təsdiqlənib
Özəl bağçalarda ödənişin məbləği orta gəlirli ailələr üçün yüksəkdir
Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA
Uşaq evlərindəki kimsəsiz uşaqların sayı -RƏSMİ RƏQƏM AÇIQLANDI