Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 27 yanvar 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcəkdir.
İmtahan kompüter vasitəsilə aparılacaqdır. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).
İmtahana qeydiyyat 10-24 yanvar tarixlərində aparılıb və bu müddət ərzində 56 namizəd qeydiyyatdan keçmişdir.
İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
· şəxsiyyəti təsdiq edən sənədin əsli;
· "İmtahana buraxılış vərəqəsi";
Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq setifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahanın nəticələri - AÇIQLANDI
Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub
Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb
Dövlət qulluğunda bu vəzifələrə imtahana qeydiyyat başlayır
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır
Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək
DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ!
Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU
DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib
Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU
Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçirilir
DİM bu vakansiya üzrə imtahan keçirəcək
Rəhbər vəzifədə işləmək istəyənlərin - NƏZƏRİNƏ
Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçiriləcək
“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı
İyulun 5-i rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
Dövlət qulluğuna qəbulun nəticələri açıqlanıb - 990 nəfər...
Bu gün rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilir
Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!
Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR
Dövlət qulluğuna qəbulda SON GÜN