Xəbərlər
05 iyul 2016
4 377


“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

 


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 16, 21, 25, 30 iyun tarixlərində orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. 
 
İmtahanlarda 104 min 476 nəfər IX sinif şagirdi, 84 min 589 nəfər XI sinif şagirdi iştirak edib.  Ümumi orta təhsil bazasında (9 illik) imtahan verən şagirdlərin Azərbaycan dili fənnindən 20 min 911 nəfər, 11-ci siniflər üzrə keçirilmiş buraxılış imtahanlarında isə Azərbaycan dili fənnindən 15 min 486 nəfər "2" (iki) qiyməti alıblar. 

Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu il IX siniflər üzrə imtahanlarda 104476 nəfər məzun iştirak edib. Məzunların 70 min 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.
 
XI siniflər üzrə imtahanlarda isə 84589 nəfər məzun iştirak edib. Bu məzunların 54704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötən ilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb.
 
Nazirlikdən bildirilib ki, IX sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib.
 
Açıqlanan statistikaları  Azərbaycan Milli Elmlər Akademiyasının Tarix üzrə fəlsəfə doktoru Kamran Əsədovun şərh edib.
 
Kamran Əsədovun sözlərinə görə, 9 il və ya 11 il orta məktəbdə təhsil alan şagirdin öz ana dilindən "2” qiymət alması sadəcə biabırçılıqdır: "Nəzərə alsaq ki, imtahanda 30 test tapşırığı təqdim olunub, şagirdlər azı 3 qiymət almaq üçün 7 test tapşırığına doğru cavab verməlidir. 7 suala cavab verə bilməyən şagird 9 və ya 11 il orta məktəbdə nə edib? Burada bir neçə məsələni xüsusi qeyd etmək lazımdır. 
 
İstər 9 illik bazada şəhadətnamə, istərsə 11 illik bazadan attestat almaq üçün keçirilən mərkəzləşdirilmiş imtahanda şagirdlərə təqdim olunan test tapşırıqlarının modeli və ağırlıq dərəcəsi qəbul imtahanlarındakılardan fərqli olaraq sadə və asan suallardır. Yəni həmən mərkəzləşdirilmiş imtahanda müsbət qiymət almaq üçün xüsusi hazırlıq və biliyə ehtiyac yoxdur. Azərbaycan dilində danışa, düşünə və yaza bilən istənilən şəxs bu suallara cavab verə bilər”.
 
Kamran Əsədov deyir ki, nəticələri acınacaqlı edən digər hal ondan ibarətdir ki, bu imtahanda iştirak edənlərin böyük əksəriyyəti həm də ali məktəblərə qəbul olmaq üçün sənəd vermiş abituriyentlərdir: "Deməli, onlar daha hazırlıqlıdır. Yəni onlar dərinləşmiş formada Azərbaycan dilini oxuyublar. Amma nəticəyə baxanda bu görsənmir. 
 
35 min şagird adi bir statistik göstərici kimi dəyərləndirilməməldir. Burda ciddi problemlər var. Nəzərə alsaq ki, bu şagirdlərin hamısı orta məktəbdə müsbət qiymət alıb və imtahana buraxılıblar. Deməli, orta məktəblərdə şagirdin biliyinin qiymətləndirilməsi obyektiv və şəffaf şəkildə aparılmayıb”.
 
Fəlsəfə doktorunun sözlərinə görə, tədris ili ərzində şagirdlərin bu və ya digər fənlərdən keçdiyi dərslər üzrə böyük summativ və kiçik summativ qiymətləndirilməsi aparılıb: "Əlavə olaraq, hər bölmənin sonunda şagird keçdiyi dərsləri təkrarlayıb. Son illər ərzində Təhsil Nazirliyi elektron xidmətlər sayəsində onlayn qaydaya şagirdlər üçün sınaq imtahanı keçirir. Niyə bu yüksək şərait işinə biganə yanaşan hansısa müəllim və məktəb rəhbərliyi tərəfindən məhv edilir? 
 
Təhsil Nazirliyi tərəfindən son illər ərzində Azərbaycan məktəblərində təhsilin inkişafı üçün çox böyük addımlar atır. Lakin araşdırma zamanı məlum olur ki, görülən işlər nəticəyə o qədər də ciddi təsir etmir. Fikrimcə, nəticələri zəif olan məktəblər üzrə Təhsil Nazirliyi ciddi tədbirlər görməlidir”.
İlhamə ƏBÜLFƏT
teleqraf.com
 
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Nazirlikdən açıqlama - "Buraxılış imtahanlarının nəticələri ötən il ilə müqayisədə yaxşılaşıb "

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

İş  yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

İş yerini dəyişmək istəyən 2107 müəllimdən yalnız 345 nəfəri növbəti mərhələyə keçə bilib

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TƏKLİF - BSQ-lər Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmalıdır

TƏKLİF - BSQ-lər Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada aparılmalıdır

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Bizim almanlardan fərqimiz nədir? Alman xalqını formalaşdıran təhsil sistemi

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Müəllimlərin İŞƏ QƏBULU müsabiqəsi başladı

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?