Xəbərlər
09 yanvar 2018
3 152


Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Bu il Sumqayıt şəhərindəki orta məktəblərdə "Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində yaradılan "Sağlam təhsil” siniflərinin sayı artırılıb.


Sumqayıt şəhər Təhsil Şöbəsindən bildirilib ki, "Sağlam təhsil-sağlam millət" layihəsi Sumqayıt şəhərində ilk dəfə 2014-cü ildə 31 nömrəli tam orta məktəbdə həyata keçirilib.

 

Layihənin tətbiqinə həmin il 2 sinifdə 48 şagirdlə başlanılıb və hər il 2 sinif artırılaraq hazırda 8 sinifə çatdırılıb. Ötən tədris ilində "Sağlam təhsil-sağlam millət" layihəsi üzrə 6 sinifdə 144 şagird təhsil alırdısa, hazırda layihə çərçivəsində 8 sinifdə 192 şagird təhsil alır.


Qeyd edək ki, hazırda Bakı və Sumqayıt şəhərlərində yerləşən 38 orta təhsil müəssisəsində 168 "Sağlam təhsil” sinfi fəaliyyət göstərir və 3748 şagird bu layihədə iştirak edir.


Məlumat üçün bildirək ki, "Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstü çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarından fərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maillilik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.

 

Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan vəzifələrin icrasına nail olunmasında şagirdlərin psixi-fiziki və mənəvi sağlamlıq vəziyyəti müstəsna əhəmiyyət daşıyır. Müvafiq sənədə əsasən Təhsil Nazirliyi tərəfindən təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrup yaradılıb. Təhsil Nazirliyi bu istiqamətdə Səhiyyə Nazirliyi və Milli Təhsil Texnologiyaları Mərkəzi qeyri-hökumət təşkilatı ilə birgə "Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində əhəmiyyətli işlər həyata keçirib.  

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

Sumqayıtda nəhayət ki, psixoloqlar da.... - FOTOLAR

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək - BAKIDA

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

“Məktəb bağları” layihəsi Zaqatalada davam etdirilib

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

“eTwinning Plus” layihəsi çərçivəsində seminar

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

"Yay məktəbi" Bakıda 18 ümumtəhsil məktəbini əhatə edəcək

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Təhsil Nazirliyində “eTwinning Plus” layihəsi çərçivəsində təltifetmə mərasimi keçirilib

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Orta məktəblərin idman dərslərində monitorinq aparılacaq

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

Yay məktəbində 400-dən artıq şagird iştirak edəcək

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Azərbaycanda peşə təhsilinə maraq artır

Azərbaycanda peşə təhsilinə maraq artır

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı