Xəbərlər / Yazarlar
02 yanvar 2018
2 087


2017-ci il necə keçdi? - Yazarlar danışdı

2017-ci il necə keçdi? - Yazarlar danışdı

Şair və yazarlarımız geridə qoyduğumuz 2017-ci ili dəyərləndirdilər.

 

Yazar Günel Eyvazlı 2017-ci ildən razıdır:


"2017-ci ilə "İlin gənc yazıçısı" adını almağımla başladım. "Ədəbiyyat qəzeti"ndə silsilə yazılarım bu il də davam etdi. Sonra TV verlişlər, antologiyalar, dərgilər, qəzetlərdə müsahibələrim, yeni şeirlərim, beynəlxalq müstəvidə tərcümə edilmiş poeziya nümunələrim yayımlandı. Bir sözlə, olduqca uğurlu il olaraq yaddaşımda qaldı. Sevdim 2017-ci ili. 


Əslində nələrisə planlaşdırmamışdım. Məgər həyatımızı planla qururuq? Əsla. Həyatda uğura nail olmaq üçün 3 əsas şərt var. 1-ci çalışmaq, 2-ci yenə çalışmaq, 3-cü yalnız çalışmaqBir də ən əsası böyük məqsədləri olmalıdır insanların. Heç nə məqsədinə doğru gedən şəxsi yolundan azdıra bilməz. Dayandıra bilməz. Heç kimə görə, heç nəyə görə dayanmaq olmaz. Həyat hərəkətdir, xoşbəxtlik daxilində əzizlədiyin atmosferdir. Düşüncələrin pozitiv olduqca yaşayacaqsan. İşıq saçacaqsan günəş kimi. 2018-ci il hamımız üçün düşərli olsun. Gözləntilərimiz özümüzdəndir. Uğur, xoşbəxtlik, sevinc, səadət, bərəkət, məhəbbət bizimlə olsun. Yaxşı insanlar olsun əhatəmizdə".

 
Yazar Şəhla Aslan da bütün problemlərə baxmayaraq ili uğurlu hesab edir:

"2017-ci ilə nəzər saldıqda ən çox diqqətimi səbretmə qabiliyyətimi kəşf etməyim çəkir. Keçən illərdən qalma və gələcək illərim üçün saxladığım bütün səbr ehtiyatımı bu il xərclədim. Verilən bütün vədlərə, baş verən bütün hadisələrə səbrlə yanaşdım. Səbr kasamdakı bütün ehtiyatım tükəndi demək olar ki. 2018- ci il həyatıma qədəm qoyan kimi təcili səbretmə qabiliyyətimi gəlişdirməliyəm ki, ilin sonuna qədər təmkinimi qoruyub saxlaya bilim...Zarafat bir yana, 2017-ci il həm də əlamətdar hadisələrlə yadda qaldı. Gəzdik, yeni nəsnələr kəşf etdik, çalışdıq, itirdik, əsası yeni dostlar qazandıq...İl uğurlu oldumu sualına gəldikdə, ilin hansısa 3-5 gününün uğuru ilin adına yazılırsa, bəli, uğurlu oldu!".
 
Gənc şair Emin Akif ili bir o qədər də məhsuldar hesab etmədyini söylədi:

"Tənbəlliyim ucbatından bir o qədər də məhsuldar sayılmıram. Bu il boyu cəmi 8 şeir yazmışam. O şeirləri də yaradıcılığımın hələ ki ən yaxşı şeirləri hesab edirəm. Bu il mətbuatda müxtəlif saytlarla əməkdaşlığa başladım. İlə "Ədalət" qəzetində fəaliyyətə başlamaqla yekun vurdum. Bu ildən qismən razıyam və mənə görə qismən uğurlu il oldu. İt ili mənim ilimdir, dünya ədəbiyyatına çıxmağı düşünürəm".
 
Şair Emin Piri 2017-ci ili nəinki öz şəxsi həyatı, ədəbiyyatımız üçün də uğurlu hesab edir:

"Öz şəxsi həyatım və yaradıcılığım baxımdan götürsəm uğurlu sayardım. Amma 2018-ci ildən gözləntilərim daha çoxdu. Daha doğrusu əsas planlarımı 2018-ə hesablamışam. Əgər ədəbiyyatımız baxımdan da götürsək yeni poeziya nümunələri və kitabları baxımdan 2017-ni uğurlu adlandıra bilərik".
 
Gənc şair Ulucay Akif hesab edir ki, hər yeni il ötən ildən daha yaxşı olur:

"Hər yeni il bütün problemlərə, pis hadisələrə baxmayaraq özündən öncəki ildən daha yaxşı olur. Çünki bir yaş daha böyük olur, bir yaş daha təcrübəli. Ümid edirəm yeni il bizə daha gözəl təcrübələr, daha gözəl günlər yaşadar. Ölkəmiz və insanlarımız buna layiqdir! Hər kəsin yeni ilini təbrik edirəm!".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Nəyə görə uğurlu insanların məsləhəti dinlənilmir?

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

"Samsung"da gözlənilməz istefa- ŞİRKƏT BAŞÇISIZ QALDI

"Samsung"da gözlənilməz istefa- ŞİRKƏT BAŞÇISIZ QALDI

Uğurlu insanlar getdikləri istiqamətdə aydın təsəvvürə malikdirlər

Uğurlu insanlar getdikləri istiqamətdə aydın təsəvvürə malikdirlər

"Bu il 10000-dən artıq vakansiya olacaq..müəllim olmaq istəyənlərə şad xəbər

"Bu il 10000-dən artıq vakansiya olacaq..müəllim olmaq istəyənlərə şad xəbər

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir

2018-ci ilin ən gözlənilən smartfonları məlum oldu

2018-ci ilin ən gözlənilən smartfonları məlum oldu

"Mən özümü fədakar müəllim hesab etmirəm."

"Mən özümü fədakar müəllim hesab etmirəm."

Təhsil naziri təyinatı niyə gecikir?

Təhsil naziri təyinatı niyə gecikir?

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Keçən tədris ilində MİQ-dən bir oğlan “uşağımız” “dünyaya gəldi”...

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

Təhsildə islahatları “kim” və “niyə” bəyənmir?

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-nun tələbələrindən Koreya dili üzrə beynəlxalq müsabiqədə uğurlu nəticə...

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

HAMI GÖZLƏYİR... - YENİ TƏHSİL NAZİRİ XANIM OLACAQ

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Valideynlərin tədris prosesinə uğurla cəlb edilmə həddi nədir?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

Qərb Universitetinin Karyera Mərkəzi tələbələrə uğurlu karyera qurmaqda kömək edir

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...