Terminologiya Komissiyası: “Yeni sözlərlə bağlı təkliflər var”
Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilindəki qarşılığının müəyyənləşdirilərək, təsdiqlənməsi bir müddət əvvəl müzakirə obyektinə çevrilmişdi.
Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı bunlar idi: "Zaryadka” - "yükləmə”, "adapter” – "yükləyici”, "embarqo” - "qadağa”, "evakuasiya” - "köçürülmə”, "proqnoz” – "öncəgörmə”, "konsensus” – "yekdillik”, "kserokopiya” – "üzçıxarma”, "like” - "bəyənmə”, "mesaj” – "ismarıc”, "maus” – "bələdçi”…
Alınma sözlərin azərbaycanca bəzi qarşılığı ictimaiyyət tərəfindən narazılıqla qarşılandığından komissiya yeni sözlərlə bağlı təklifin tövsiyə xarakteri daşıdığını, bununla bağlı təkliflər qəbul etməyə hazır olduğunu bildirmişdi.
Hazırda yeni sözlərlə bağlı işlər nə yerdədir? Komissiyaya yeni sözlər daxil olurmu?
Aztəhsil.com xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova modern.az-a açıqlamasında hər gün yeni sözlərin daxil olduğunu bildirib.
"Yeni sözlərlə bağlı müzakirələr gedir, hər gün yeni sözlər qəbul olunur. Ümumiyyətlə, demək olar ki, bütün sahələr üzrə sözlər daxil olur. Proses davam edir. Hələ ki, təkliflər irəli sürülür. Bütün ziyalılar bu işə qoşulub. Onların fikir və təklifləri nəzərə alınır. Güman ki, bu işlər 2018-ci ildə başa çatacaq”.
“Adapter” və “zaryadka”nın Azərbaycan dilində qarşılığı müəyyənləşdi
“Hər hansı sözü əvəzləyib işlətmək üçün hoqqabazlıq etmək düzgün deyil”- Musa Yaqub
Yad sözlərə düşmən münasibət bəsləməyin!- EKSPERT
Sayalı Sadıqova: “Mouse”a “bələdçi” deməyi informatika mütəxəssisləri təklif edib”
Terminologiya Komissiyasının təklif etdiyi sözlərə - ETİRAZ
Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF
AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib
Yeni orfoqrafiya lüğətinin tərtib olunması prinsiplərini Nazirlər Kabineti təsdiqləyəcək
Yeni orfoqrafiya lüğətinin istifadə vaxtı məlum oldu
"Problemlərin aradan qaldırılması üçün mükəmməl Orfoepiya lüğətinə ehtiyac var"- MÜTƏXƏSSİS
Dil qaydasını pozanlar cərimələnəcək - Qanun hazırlanır
"Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü" nəşr olundu
Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır
Terminologiya Komissiyası bir çox terminin qarşılığını müəyyən etdi - SİYAHI
Orta məktəb dərsliyindəki vulqarizm: "İtil burdan küçük"
Tələbə qəbulu planını Nazirlər Kabineti müəyyən edəcək
Yeni orfoqrafiya lüğətinin hazırlanması istiqamətində iş aparılır
Dilçi alimdən tənqidçiyə “dullama” - CAVABI
"Ləhcədə, alınma sözlərdən minimum istifadə etməliyik" Nuşirəvan Məhərrəmli
Dövlət Dil Komissiyası hansı işləri görəcək? - Qurumun üzvləri DANIŞDILAR
AMEA-da yeni TƏYİNATLAR
Falçılar həyatımızla bağlı bəzi məqamları necə düz deyə bilir? – MARAQLI FAKTLAR
Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"
Dildə lüzumsuz yerə alınmaların işlədilməsinə yol vermək olmaz- EKSPERT