9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər
Bu gün Bakı şəhəri üzrə eksternat imtahanları başa çatıb.
Aztəhsil.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən şəxslər iştirak edib.
Paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunan imtahana 99 nəfər qatılıb. Eksternlər hərəsində 10 sual olmaqla 2 gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fənndən də (Azərbaycan dili) sınaqdan keçiblər.
Məqbul qiymət almış şəxslərin siyahısı yanvarın 8-də baku.edu.gov.az saytında yerləşdiriləcək.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Əvvəlki illərdə orta məktəbləri bitirib sənəd ala bilməyənlər üçün imtahan keçirilib
Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb
Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb
İmtahan nəticələri bu tarixdə açıqlanacaq
Eksternat imtahanlarının nəticələri mayın 23-dək açıqlanacaq
IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb
Əvvəlki illərdə məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək
Tam orta təhsilini başa vura bilməyən şagirdlərə ŞAD XƏBƏR
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb
DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi
Sabah 5-ci qruplara və kolleclərə qəbul imtahanaı keçiriləcək
Buraxılış imtahanlarında iştirak edə bilməyən şagirdlər əlavə imtahan verib
DİM iyulun 5-i 26709 nəfərlik imtahan keçirəcək
Qəbul imtahanında yeniliklər- AÇIQLANDI
9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb
Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI
Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib
DİM imtahanda iştirak edə bilməyənlərə şans verdi - Yenidən imtahan keçiriləcək - AÇIQLAMA
Formal təhsilin təşkili qaydaları
Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları
Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...
İmtahandan kəsilənlər bu gün yenidən imtahan verir