Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib
Bakı Ali Neft Məktəbi (BANM) 2017-ci ilin ən yaxşı ali təhsil müəssisəsi seçilib.
Aztəhsil.com xəbər verir ki, BANM-dən verilən məlumata görə, bu, sosial şəbəkələr tərəfindən Azərbaycanda fəaliyyət göstərən universitetlərlə bağlı aparılan araşdırmaya, tələbələr arasında keçirilən sorğulara əsasən müəyyən edilib.
Araşdırma zamanı bu ali məktəbin maddi texniki baza və sosial infrastruktur nöqteyi-nəzərindən bütün universitetlərdən öndə olduğu müəyyən edilib. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarının nəticələrinə görə, ən yüksək keçid balı (679 bal) məhz BANM-də qeydə alınıb.
Ali məktəbdə proseslərin avtomatlaşdırılması mühəndisliyi, neft-qaz mühəndisliyi və kimya mühəndisliyi ixtisasları üzrə ilk turdan 100 faiz qəbul həyata keçirilib. BANM-in ölkəmizin ən yüksək keçid balına malik proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında qəbul imtahanının nəticələrinə görə, minimum bal 685 olub.
DİM-in açıqlamasına əsasən, bu ixtisas ölkədə "İlin ixtisası” adını qazanıb.
Builki nəticələrə görə, birinci qrup üzrə imtahan verən abituriyentlərdən 7-si 700 bal toplayıb və onların hamısı BANM-i seçib.
Birinci qrup üzrə Prezident təqaüdçülərinin sayına görə rekord göstərici məhz bu ali məktəbdə qeydə alınıb. Belə ki, bu il BANM-ə qəbul olunanların 24-ü Prezident təqaüdçüsüdür.
Cari il BANM-in ilk məzunlarının 94 faizi artıq işlə təmin edilib. Qalan 6 faiz isə ABŞ-ın və Avropa ölkələrinın, eləcə Azərbaycanın aparıcı universitetlərində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirirlər.
İlin rekordu və ilin ixtisası
Rektor Prezident təqaüdçüləri ilə görüşüb
Bu universitet 700 bal toplayan tələbələrin sayına görə liderdir
BANM magistr səviyyəsinə ödənişsiz əsaslarla qəbul elan edib
BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər
Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir
BANM-in tələbələri Səngəçal terminalında olublar
BANM-də Gənclər Fondunun növbəti layihəsi ilə bağlı tədbir keçirilib
İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz
BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub
BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb
Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?
Məzunlar: “Bakı Ali Neft Məktəbi həyatımızda yeni səhifə açdı”
BANM-in müəllimi: “Ali Məktəbin məzunları hazır kadrlardır”
Bakı Ali Neft Məktəbi beynəlxalq foruma hazırlaşır
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
Bakı Ali Neft Məktəbi IADC ilə əməkdaşlığa başlayır
BANM Heydər Əliyevin xatirəsini yad etdi
BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək
Fərqlənmə attestatı, 700 bal, Prezident təqaüdü...
700 bal toplamış tələbə: "Özümə verdiyim suallar məni bir ünvana istiqamətləndirdi"
BANM-də EBSCO-nun növbəti təlimi keçirilib
Son illər ali məktəblərə qəbul olanların sayında artım var