Məmur olmaq istəyənlər üçün müsahibə elan edildi
Dövlət İmtahan Mərkəzi tərəfindən 15 dekabr 2017-ci il tarixindən 8 dövlət orqanında 33 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
Aztəhsil.com xəbər verir ki, ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının (İqtisadiyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Energetika Nazirliyi və Dövlət Statistika Komitəsi) mərkəzi aparatında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.
"Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini 2017-ci il 15 dekabrdan 2018-ci il 4 yanvar saat 18:00-dək Dövlət İmtahan Mərkəzinə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.
Ümumi müsahibəyə dair ətraflı məlumat Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) verilib.
Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib
Dövlət İmtahan Mərkəzi tərəfindən vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilmişdir
Dövlət qulluğuna qəbul olunmaq üçün müsabiqə elan olundu – 1500 vakant yer
Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibəyə 73 nəfərin namizədliyi qeydə alınıb
DİM-in sədr müavini: “Dövlət orqanlarında vakant vəzifələrin sayı mindən çoxdur”
Ali təhsili olmayanların dövlət qulluğu ilə bağlı müsahibə komissiyasının üzvü olması qadağan edilib
DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB
“Dövlət qulluğu” jurnalının 1‑ci nömrəsi satışa çıxarıldı
Dövlət qulluğu üzrə ən çox boş iş yeri olan nazirliyin adı BƏLLİ OLDU
Dövlət qulluqçularına xidməti vəsiqənin verilmə qaydası müəyyənləşib
Dövlət qulluğunda işləmək istəyənlərə YENİ XƏBƏR
Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək
"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"
DİM-in sədr müavini: "Vakant yerlərin gizlədilməsinə görə monitorinq aparılır"
Dövlət qulluğu müsabiqəsinin imtahanına qeydiyyat sona çatır
Məktəblərdəki vakant vəzifələrə təyinatlar olacaq
Dövlət qulluğu haqqında qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb
DİM: Dövlət orqanlarının publik hüquqi şəxsə çevrilməsi ilə işçilər dövlət qulluqçusu statusunu itirirlər (FOTO)
Bu vəzifələrə qəbul testlə aparılmayacaq
Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir
DİM vakant vəzifələri müsabiqəyə təqdim etməyən dövlət orqanlarının adını açıqlayıb
DİM məlumat yaydı - qeydiyyat başa çatır
Dövlət qulluğu ilə bağlı yeni şərtlər və qaydalar Nazirlər Kabinetinə təqdim edilib
Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün test imtahanı keçirildi