Xəbərlər
06 dekabr 2017
5 298


Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

Yeni təhsil naziri Məleykə Abbaszadə olacaq?

Prezident İlham Əliyev Mikayıl Cabbarovun təhsil naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Məlumata görə, prezidentin digər sərəncamı ilə o, vergilər naziri təyin olunub. Bununla da, Təhsil Nazirliyində rəhbərlik vəzifəsi üçün yer hələlik boş qalıb.


Məlum sərəncamdan sonra ölkə mətbuatında və sosial şəbəkələrdə yeni təhsil nazirinin kim olacağı barədə müxtəlif fikirlər səsləndirilir.

 

Səsləndirilən fikirlər arasında təhsil naziri postuna ən ideal namizəd kimi Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin adı çəkilir. Bir çox təhsil üzrə ekspertlər də məhz Məleykə Abbaszadənin yeni təhsil nazirinə ən ideal namizəd olduğunu bildirirlər.

 

Qeyd edək ki, Məleykə Abbaszadə cəmiyyətdə kifayət qədər hörmətə sahibdir. O, ölkə təhsilinin inkişafında roluna görə böyük rəğbət qazanıb.

 

Məleykə Abbaszadə 2000-ci ilin oktyabr ayından isə TQDK-nın sədri vəzifəsinə təyin olunandan sonra ölkə təhsilinin inkişafında böyük rol oynayıb. Məhz onun sayəsində həmin illərdə ölkə təhsilindəki çatışmazlıqlar cəmiyyətə açıq şəkildə bildirilib. Orta məktəblərdə tədris planlarının düzgün idarə edilməməsi, şagirdlərin ali məktəblərə daxil olmaq üçün verdikləri imtahan və göstərdikləri nəticələr açıq şəkildə Məleykə Abbaszadə tərəfindən cəmiyyətə çatdırılıb. Onun təşəbbüsü ilə ölkə təhsilində yeni layihələr hazırlanıb.

 

M.Abbaszadənin rəhbərliyi altında tələbə qəbulu prosesi açıq sosio-texniki sistem kimi fəaliyyət göstərməyə başlayıb. Sistemin açıqlığı imtahan materiallarının hazırlanması və ekspertizasından başlayaraq imtahan prosesinin idarə olunmasınadək bütün mərhələlərdə təmin olunub. Belə ki, M.Abbaszadənin rəhbərliyi və bilavasitə iştirakı ilə 1994-cü ildə Komissiyada fənlər üzrə daimi fəaliyyət göstərən, bütün pedaqoji ictimaiyyətə açıq olan elmi-metodiki seminarlar təşkil edilib. Sonrakı il Komissiyada bütün fənlər üzrə ekspert şuraları və testlər bankı yaradılıb.

 

Tələbə qəbulunun elmi-statistik təhlilinin aparılması və araşdırmanın nəticələrinin nəşr edilib ictimaiyyətə çatdırılması, imtahanların nəticələrinin hər il ayrı-ayrı bölgələrdə keçirilən konfranslarda pedaqoji kollektivlərlə birlikdə müzakirə edilməsi ənənə şəklini alıb. TQDK-nın nəzdində abituriyentlərə kömək məqsədilə hazırlıq kursları təşkil edilib.

 

Azərbbaycanda İKT-ni tələbə qəbulu kimi kütləvi prosesin idarə olunmasına tətbiq edən ilk təşkilat olan TQDK-da M.Abbaszadənin təşəbbüsü ilə xüsusi proqram-aparat vasitələrindən ibarət, insan faktorunu mümkün qədər aradan qaldırmağa imkan verən qapalı texnoloji dövrələr yaradılıb. Bütün daxili proseslər avtomatlaşdırılıb. Məhz onun sayəsində təhsildəki rüşvət və qanun pozuntuları aradan qaldırılıb.


M.Abbaszadənin rəhbərliyi altında bu gün ən kütləvi tirajla dərc olunan nəşrlərdən biri – "Abituriyent” jurnalı yaradılıb. Əhalinin rahatlığını təmin etmək məqsədilə M.Abbaszadənin təşəbbüsü ilə Azərbaycanın 5 bölgəsində TQDK-nın regional mərkəzləri açılıb. Qəbul imtahanlarının Bakı və Naxçıvanla bərabər Sumqayıt və Gəncə də şəhərlərində keçirilməsinə başlanılıb. Bununla da, bölgələrdəki insanların Bakıya gəlməsi və artıq əziyyət çəkməsinin qarşısı alınıb.

 

Bütün deyilənləri nəzərə alaraq, bu gün boş qalan təhsil naziri postuna ən ideal namizədin məhz M.Abbaszadə olacağını düşünmək ən doğru variant olar.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin vətəndaşlarla görüş tarixi bəlli oldu

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Məleykə Abbaszadə: "Dövlət qulluğuna qəbul prosesi sadələşməlidir"

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Yeni təhsil naziri kim ola bilər? - Misir Mərdanov ehtimaldan DANIŞDI

Məleykə Abbaszadə rəisi işdən çıxardı

Məleykə Abbaszadə rəisi işdən çıxardı

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə: "Təəssüf ki, ictimai Şuraya üzv olmaq üçün valideynlər bizə müraciət etmədi"

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Məleykə Abbaszadədən sərt açıqlama: "Məni siyasi müstəviyə çəkirlər"

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Məleykə Abbaszadə vakant iş yerlərinin boş qalmasının səbəblərini açıqlayıb

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

Məleykə Abbaszadə Dünya Bankının təhsil missiyasının üzvlərini qəbul edib

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Qəbul imtahanında yeni modelə keçidin səbəbləri

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Məleykə Abbaszadə iyunun 8-də Daşkəsən rayonunda vətəndaşları qəbul edib

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Jurnalistlər Məleykə Abbaszadə ilə razılaşmadılar

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Məleykə Abbaszadə: Bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula əl atırlar

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

Qəbul imtahanında maksimum 400 bal olacaq- YENİ MODEL AÇIQLANDI

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

“İmtahan-imtahan” oyunundan imtina etməliyik

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Nazirliyi Məleykə Abbaszadənin açıqlamasını təkzib etdi: "Test imtahanları ləğv edilmir"

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Təhsil Naziri bu şəxs təyin edilə bilər

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Buraxılış imtahanı bir, qəbul imtahanı bir neçə dəfə keçiriləcək - YENİ MODEL

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA