Xəbərlər / Müəllim / Abituriyent
01 dekabr 2017
2 463


Abituriyent necə uğur qazanar?

Uğur əldə etmək üçün sistemli və planlı olmaq lazımdır. Sistemli və planlı hazırlaşmağın ən yaxşı yolu, bir hazırlıq proqramına sahib olmaqdır. Tərtib etdiyiniz çalışma proqramının sizi qələbəyə aparması üçün əvvəlcə uğursuzluğa səbəb olan amilləri aradan qaldırmalısınız.


Bu mənfi amillər bunlardır.


• İlkin hazırlıq etməmək.

 

• Mövzunu tam qavramamaq.

 

• Dərsə qulaq asmamaq.

 

• Qeyd aparmamaq.

 

• Bilik bazasının azlığı.

 

• Mövzuları təkrar etməmək.

 

• Böyük adamlar heç bir işi yarımçıq qoymurlar.

 

İlkin hazırlıq 

 

Dərsdə müəlliminizin danışacağı dərslə bağlı əvvəlcədən qısa məlumat toplayın. Beləliklə dərs başa salınarkən mövzuya yad qalmaz, ümumi məlumatlardan xəbərdar olarsınız. Məsələn, fikirlər, adlar, ya da qaydalar qabağınıza çıxdığı zaman onları daha asan başa düşərsiniz. Bu davranış dərsi dərsdən sonra da xatırlamağınıza kömək edəcək. Dərsdə danışılacaq mövzu ilə əlaqəli ilkin oxuma edərək, izah edilməsini istədiyiniz sualların nələr ola biləcəyini düşünün və bu suallarınızı mütləq cavablayın. Beləliklə məlumatları asanlıqla öyrənər, biliklərinizin qalıcı olmasına zəmin yaradarsınız. Nəticədə məktəbdə və ya kursda keçiləcək mövzunu əvvəlcədən gözdən keçirmək, qavramanızı asanlaşdıracaq, öyrəndiklərinizin daimi olmasını təmin edəcək.


Dərsi dinləmək 


Öyrənməyə təsir edən ən vacib amillərdən biri də dərsi diqqətlə dinləməkdir. Məsələn, dərs başa salınarkən başqa işlərlə məşğul olaraq, dərsə qulaq asmamaq öyrənməli olduğunuz məlumatların daha sonra bundan da artıq vaxt sərf edərək öyrənməyinizə səbəb ola bilər. Bu səbəblə də eşitmək və dinləmək arasındakı fərqi yaxşı qavrayıb, sizə danışılanları sadəcə eşitməklə kifayətlənməməlisiniz. Dərsə qulaq asarkən mövzular arasındakı oxşar və fərqli tərəfləri düşünüb, fikir bildirərək öyrəndiklərinizi daha qalıcı hala sala bilərsiniz. Müəlliminizin dərsdə keçdiyi mövzunu, dərsin sonunda xatırlamırsınızsa, deməli müəllimin dediklərini eşitmiş, ancaq qulaq asmamışsınız. Bildiyini kiməsə danışmaq və ya bu haqda nəsə soruşmaq biliyi möhkəmləndirir.


Qeyd aparmaq 


Nizamlı olaraq qeyd aparmaq dərsdə öyrəndiklərinizi öz başa düşəcəyiniz şəkildə yadda saxlamağınıza kömək edər. Dərsdə edilən qeydlər məlumatların qalıcı hala gəlməsində böyük rol oynayır. Qeyd etmək, dərsə qulaq asmaq dərsin keyfiyyətini artırır. Eyni zamanda oxuyarkən qeydlər aparmaq da bilikləri qalıcı hala gətirir. Dərsdə edilən qeydlər, dərsin vacib qismlərinin müəyyənləşdirilməsində şagirdə kömək edir. Müəllimlər adətən dərsdə üstünlük verdikləri mövzuları daha sıx təkrar edirlər və imtahanda da məhz bu suallardan daha çox çıxır.


Təkrar


Öyrənmədə təkrar vacibdir. Öyrəndiklərinizi həmişə təkrar edin.Həmçinin həftəlik və aylıq təkrarlar edin. Beləliklə nələri nə qədər tez unutduğunuzu daha rahat görə bilərsiniz.Bu səbəblə sistemli bir təkrar proqramı hazırlayın. 

Nəticə olaraq, öyrəndiyiniz məlumatların unudulmaması üçün təkrar etməlisiniz. Unudulan məlumatı yenidən öyrənmək əvəzinə, təkrar edərək unutmamaq daha asandır və daha az vaxtınızı alar.


Məlumat bazasının azlığı 


Məlumatınızın yetərsiz olmağı, bilik səviyyəsindən bəlli olur. Bilik səviyyəniz aşağıdırsa, deməli, məlumat əksikliyi var və bu mütləq aradan qaldırılmalıdır. İlk olaraq, məlumatınızın kifayət qədər olmadığı dərsləri və dərsin mövzularını müəyyənləşdirməlisiniz. Bu mövzuları həftənin müəyyən günlərinə bölüşdürərək oxumalısınız. Nəticədə isə sınaq imtahanlarınızın balı düzələcəkdir. Əsas olan təkcə oxumaq deyil, nizamlı və faydalı oxumaqdır. Nəyi, necə hazırlaşmalı olduğunuzu bilirsinizsə, yükünüz bir az azalmış olar.

 

Test üsulu 


Sınaq imtahanında hələ istədiyiniz balı toplamamısınızsa, bunun bir çox səbəbləri olmalıdır:


• Mövzulara hakim deyilsiniz.

 

• Məlumat sahibi olduğunuz mövzular arasında əlaqə qura bilmirsiniz.

 

• Oxuduqlarınızı xatırlamırsınız.

 

• Keçilən mövzularla əlaqəli kifayət qədər test eləmirsiniz.

 

• İmtahanda vaxtdan səmərəli istifadə etmirsiniz.


İmtahanda ən böyük rəqibiniz vaxtdır. Vaxtınızı səmərəli istifadə etməyin ən effektli yolu bildiyin testdən başlamaqdır. Ümumi bir prinsip olaraq, bildiyin testdən başlamaq hər şagirdin imtahanın başında olan həyəcanını aradan qaldırır. 


Sual həll etmə bacarığınızı artırmaq öz əlinizdədir Hazırlaşmağınıza baxmayaraq umduğunuz qədər sual yaza bilmirsinizsə, çox səhv edirsinizsə, səhv etmə səbəblərinizi araşdırmalısınız.

 

İmtahanda sualların həll edilməməsinin başlıca səbəbi:


• Həll etmək üçün lazımi məlumata sahib olmamaq.

 

• Lazımi məlumatlara sahib olmağınıza baxmayaraq, bunları xatırlamamaq.

 

• Məlumatın necə istifadə ediləcəyini bilməmək.

 

Əgər əsas probleminiz kifayət qədər bazaya sahib olmamağınızdırsa, vəzifəniz imtahana qədər lazımi məlumatları toplamaqdır. Bu isə ancaq proqramlı hazırlaşmaqla mümkündür.

 

Əgər əsas probleminiz bildiklərinizi imtahanda xatırlamamaqdırsa, təkrar vərdişinizi gözdən keçirməlisiniz. Rejimli təkrarlar etmədiyiniz üçün bildiklərinizi unutmuş ola bilərsiniz.

 

Əgər əsas probleminiz məlumatları xatırlamağınıza baxmayaraq bunları suallarda tətbiq edə bilməməkdirsə, oxumaq vərdişinizi gözdən keçirməlisiniz. Məlumatları başa düşmədən əzbərləmiş ola bilərsiniz. Əksiklərinizi yalnız çoxlu sual həll edib, öyrəndiklərinizi istifadə edə bilmə gücünüzu inkişaf etdirərək aradan qaldıra bilərsiniz. Bu da evdə təkrar etməyin nə qədər vacib olduğunu göstərir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İmtahanda həyəcanlanırsınız? - Elə isə...

İmtahanda həyəcanlanırsınız? - Elə isə...

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə

Fasilitasiya qaydaları

Fasilitasiya qaydaları

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Müəllimlər OXUYUN !!! Fəal dərs zamanı buraxılan SƏHVLƏR

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

Uşağınızın sizi dinləməsi üçün 25 üsul - Adı ilə müraciət edin!

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

İslamda  Müəllimin  sinifdə  üzərinə  düşən  vəzifələr....

İslamda Müəllimin sinifdə üzərinə düşən vəzifələr....

]Fikrin təhrik edilməsi qaydaları:

]Fikrin təhrik edilməsi qaydaları:

Məlumatla təmin etmə qaydaları ,  Təşkilati dəstəkləmənin qaydaları

Məlumatla təmin etmə qaydaları , Təşkilati dəstəkləmənin qaydaları

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

HƏYATI QAYDAYA SALAN 12 FAYDALI VƏRDİŞ

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

İsti suyun bu faydalarını bilmirsiniz - Min bir dərdin dərmanı

Sevimli işinizi necə tapmalı?

Sevimli işinizi necə tapmalı?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Unutmayın, sabah yeni bir gündür. Hər nə olursa olsun, həyatın dadını çıxarın!

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Motivasiya mərhələsi hansı hissələrdən ibarətdir ? Motivasiyanın yaradılması yolları

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Gənclərin bilməli olduğu 20 məlumat - VACİBDİR

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

Dərsin idarə olunması - TƏLİM VƏRDİŞLƏRİ

İldə 200 kitab oxumaq elə də çətin deyil

İldə 200 kitab oxumaq elə də çətin deyil

Bu kimi detallara əhəmiyyət verməmək, Bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir

Bu kimi detallara əhəmiyyət verməmək, Bu kimi acınacaqlı halların yenidən təkrar-təkrar baş verəcəyini qaçılmaz edir

Təlimin mərhələləri-  Bilik, bacarıq və vərdişlərin formalaşması

Təlimin mərhələləri- Bilik, bacarıq və vərdişlərin formalaşması

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşağı gec dil açan VALİDEYNLƏRİN DİQQƏTİNƏ

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət