Xəbərlər / Pedoqojitəcrübə / Psixoloq / Valideyn / Müəllim
28 noyabr 2017
4 542


Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Məktəb şəraitində təlim və tərbiyənin təşkilinin əsas vasitəçisi şagirlərin müəllimlərlə və həmyaşıdları ilə ünsiyyətidir. Əgər bu ünsiyyət düzgün təşkili olunmazsa, təlim-tərbiyə işi də səmərəli həyata keçmir.

 

Müəllim-şagird şəxsiyyətlərarası münasibətləri, eynilə də şagird-şagird şəxsiyyətlərarası münasibətləri məhz, ünsiyyət vasitəsilə həyata keçir. Məhz belə ünsiyyət prosesində şagirlərin təlim-tərbiyəsi və şəxsiyyətinin inkişafı prosesi həyata keçirilir.


Aparılan psixoloji tədqiqatlar sübut edir ki, məktəbdə müəllim-şagird, şagird-şagird qarşılıqlı münasibətləri nə qədər yaxşı olsa, şagirdlərin məktəb adaptasiyası da bir qədər asan olur.


Uşağın məktəbə daxil olması onun həyatında ciddi dəyişikliklər əmələ gəlməklə yanaşı onun cəmiyyətdəki sosial mövqeyinin, öz yaşıdları və yaşlılar ilə ünsiyyət formaları və qarşılıqlı münasibəttlərinin də dəyişməsini tələb edir. Şagird özünün təlim fəaliyyəti üçün müəllim, məktəb və valideynləri qarşısında məsuliyyət daşıyır.


Müəllimlə şagird arasında tamamilə yeni tipli qarşılıqlı münasibət formaları özünü büruzə verir. Belə ki, müəllim sadəcə olaraq uşağın ona rəğbət bəslədiyi və ya nifrət etdiyi yaşlı olmayıb, həm də, uşağa bir sıra ictimai tələblər verən konkret, canlı şəxsiyyət kimi çıxış edir.Təlim prosesində müəllimlə şagirdlər arasında yaranan qarşılıqlı münasibətlər uşaq baxçasındakı qarşılıqlı münasibətlərdən öz kefiyyət və məzmununa görə çox fərqlənir.


Birinci sinif şagirdlərinin məktəb təliminə qabaqcadan nə dərəcədə hazırlanması onların məktəbə uyğunlaşmasında həlledici rol oynayır və bu yuxarı siniflərdə də özünü göstərir.


Məktəbə yeni gələn şagirdlər orada bir sıra çətinliklərlə rastlaşırlar. Bu baxımdan onların məktəb təliminə qabaqcadan hazırlanması xüsusi əhəmiyyət kəsb edir. Aparılmış bir sıra psixaloji tədqiqatlar şagirdlərin məktəb təliminə asan uyğunlaşmasına şərait yaradan amilləri ayırmağa imkan verir.

 

Bu amillər sırasında uşağın uşaq baxçasına getməsini, ailənin bütöv olmasını, valideylərin təhsil səviyyəsinin yüksək olmasını, ailədə düzgün tərbiyə metodlarından istifadə olunmasını, ailədə münaqişəli şəraitin olmamasını, bağçada tərbiyəçilərin uşağa müsbət münasibət bəsləməsini, uşağın uşaq baxçasındakı qrupda əlverişli sosial statusa malik olmasını, yaşlılarla ünsiyyəti düzgün qurmaq bacarıqlarının olmasını, özünüqiymətləndirməsinin adekvat olmasını və s. sadalamaq olar.


Uşağın yeni məktəb şəraitinə asanlıqla uyğunlaşması üçün onun fiziki cəhətdən sağlam olması çox zəruridir, lakin onun psixoloji cəhətdən də, sağlam olması faktını nəzərdən çıxarmaq olmaz.


Uşaq məktəbə yeni gələndə onun cəmiyyətdəki sosial mövqeyi dəyişir yəni, o yeni sosial mövqeyə qədəm qoyur. Bu mövqe məktəbli mövqeyi adlanır. O, məktəbdə ictimai cəhətdən faydalı olan təlim fəaliyyəti ilə məşğul olur. Əvvəlki, məktəbəqədər yaş dövründə əsas məşğuliyyət növü kimi ayrılan oyun fəaliyyəti artıq, yeni fəaliyyət növü olan təlim fəaliyyəti əvəz olunmalıdır. Bu baxımdan uşaq təlim fəaliyyəti ilə məşğul olmağa hazır olmalıdır.


Bəs, məktəb psixoloji hazırlıq özündə hansı komponentləri birləşdirir?

 

Bu gün, uşağın məktəb təliminə psixoloji hazırlığını təmin edən 3 əsas komponent ayrılır ki, bunlar da intellektual şəxsi və iradi hazırlıqlardır. Uşağın məktəb təliminə psixoloji cəhətdən müvəffəqiyyətlə hazırlanmasında bu üç komponentin üçü də zəruridir. Bunlardan hər hansı birinin müvəffəqiyyətlə təmin olunmaması birinci sinif şagirdlərinin məktəb dezataptasiyasına səbəb ola bilər.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəbə hazırlığın təşkili Qaydaları

Məktəbə hazırlığın təşkili Qaydaları

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Şagirdin məktəbə hazırlığı qarşısında irəli sürülən tələblər

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Müəllim və psixoloqların  şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Müəllim və psixoloqların şagirdlərin həyata baxışlarının formalaşmasında rolu

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Kiçik məktəblilərin psixoloji xüsusiyyətləri

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Valideynlərin məktəb həyatına cəlb edilməsinin əhəmiyyəti

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Məktəb Psixoloqunun əmək funksiyası

Məktəb Psixoloqunun əmək funksiyası

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyin iclasları necə təşkil olunmalıdır ?

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Orta ümumtəhsil məktəbində İDARƏRTMƏNİN QURULUŞU

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

Sinifdə valideyn iclasları necə təşkil olunmalıdır ?

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

PSİXOLOQUN (TƏHSİL SİSTEMİNDƏ) Əmək funksiyası

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Təlim  motivləri

Təlim motivləri