Xəbərlər / Pedoqojitəcrübə / Müəllim
28 noyabr 2017
15 450


İbtidai siniflərdə oxu vərdişlərinin yaradılması - SİNİFDƏNXARİC OXU şagirdlərə nə verir ?

Sinifdənxaric oxunun təşkili üzrə aparılan işlər ibtidai siniflərdə oxu təliminin mühüm sahələrindəndir. 


Bu işin səmərəli təşkili isə şagirdlərin intellektual və emosional inkişafına, həmçinin müxtəlif fənlər üzrə biliklərin dərindən və şüurlu mənimsənilməsinə güclü təsir göstərir.


Sinifdənxaric oxunun məqsədi I-IV sinif şagirdlərinin oxu və yazı vərdişlərinin təkmilləşdirilməsini təmin etməklə, təbiət və ictimai həyat haqqında onların dərsliklərdən aldıqları bilikləri genişləndirmək, təfəkkürünü bədii obrazlarla zənginləşdirmək, nitqini, fantaziyasını inkişaf etdirmək, vətənə, xalqa, ana dilinə, elmə və s. məhəbbət hissləri tərbiyə etmək, humanist hisslər aşılamaq, onlarda kitabla müstəqil işləmək və ona böyük həvəs yaratmaqdır. 


Bu məqsədə müvafiq olaraq, sinifdənxaric oxunun qarşısında müəyyən vəzifələr durur:


- şagirdlərdə uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərinin tərbiyə olunması; 

 

- şagirdlərin oxu vərdişlərinin təkmilləşdirilməsi; 

 

- oxunan materialın məzmunundan tərbiyəvi ideyanın çıxarılması;

 

- vətənimiz, onun qüdrəti, xalqımızın qəhrəman keçmişi, bu günü və gələcəyi, yaratdığı xarüqələr, doğma təbiətimizin zənginliyi və s. əlaqədar şagirdlərin təsəvvürlərinin zənginləşdirilməsi;

 

- respublikamızın sülh siyasəti, kiçik və etnik qrupların həmrəyliyi, dostluq ideyalarının şagirdlərə çatdırılması və onlara milli mənlik şüurunun aşılanması; 

 

- şagirdlərə kommunist ideologiyasının çürüklüyünün dərk etdirilməsi, onların türk dünyası, islam dəyərləri, milli-adət ənənələr ruhunda tərbiyə olunması; 

 

- şagirdlərə ana dilinin dərindən mənimsədilməsi; onun gözəlliyinin, böyük qüdrətinin dərk etdirilməsi, onlardan zövq almaq qabiliyyətinin formalaşdırılması, nitq və təfəkkürlərinin inkişaf etdirilməsi;

 

- uşaqlarda əməyə, əmək adamlarına, müxtəlif sənət və peşə- lərə rəğbət hissinin aşılanması və s. 

 

Məktəb təcrübəsi göstərır ki, bu vəzifələri müvəffəqiyyətlə həll etmək üçün müəyyən pedaqoji tələblər gözlənilməlidir:

 

1) sinifdənxaric oxu üçün materiallar seçilərkən şagirdlərin yaş və bilik səviyyəsinin nəzərə alınması; 

 

2) sinifdənxaric oxunun müntəzəm, mütəşəkkil və sistemlə aparılması; 

 

3) sinifdənxaric oxunun qiraət dərslərində əldə edilən biliklərlə əlaqələndirilməsi; 

 

4) şagirdlərə təqdim olunan materialların həyatımızın, məişətimizin müxtəlif sahələrini əhatə etməsi;

 

5) şagirdlərə verilən sual və tapşırıqların əsərin əsas məğzini üzə çıxarmağa xidmət etməsi; 

 

6) il boyu şagirdlərə tövsiyə olunan əsərlərin rəngarəngliyinin təmin olunması;

 

7) tövsiyə olunan əsərdə yazıçının məqsədinin, əsərin məzmununun müəyyənləşdirilməsi və tərbiyəvi ideyanın çıxarılması; 

 

8) əsərin məzmununun müasir həyatla, şagirdlərin müşahidələri və şəxsi təcrübələri ilə əlaqələndirilməsi. 

 

9) əsərin müzakirəsində şagirdlərin yaradıcı fəallığının, fantaziyasının, rabitəli nitqinin tədricən inkişaf etdirilməsi; 

 

10) əsərin məzmununa şagirdlərdə emosional münasibət bildirmək bacarıqlarının aşılanması və s. 

 

İnformasiyalar axının təssəvürəgəlməz dərəcədə artdığı indiki şəraitdə gənc nəslin təlim-tərbiyə sahəsindəki tələbatını sinifdə yalnız oxu dərslərinin keçirilməsi ilə ödəmək mümkün deyil. Ona görə də bu tələbatı ödəmək məqsədi ilə sinifdənxaric məşğələlərdə ibtidai sinif şagirdlərinə proqramın tələblərinə uyğun bədii (nağıl, hekayə, şeir və s.) və elmi-kütləvi (tarix, coğrafiya, təbiətşünaslıq və s.) əsərləri, qəzet və jurnal məqalələri oxunub müzakirə etdirilməli, təlim-tərbiyə əhəmiyyəti olan nəticələr çıxarılmalıdır.

 

Sinifdənxaric oxu ilə əlaqədar müəllimlərimizi həmişə belə bir məsələ düşündürür. 


Görəsən, bir sinifdənxaric oxu üçün hər dəfə neçə əsərin müzakirəsini tapşırmaq olar?

 

Əlbəttə, bu məsələ müəllimdən bir qədər dərin düşünmək, götür-qoy etmək tələb edir. Müəllim şagirdlərin bu sahədəki təcrübəsini və ümumi inkişafını, onlara tövsiyə etdiyi əsərin həcmini diqqət mərkəzində saxlamalıdır.


Əgər müəllimin məqsədi tutaq ki, IV sinifdə sinifdənxaric oxu məşğələsində müəyyən bir kitabın müzakirəsini keçirməkdirsə, o zaman sinfə yalnız bir kitab verə bilər. 


Yaxud, I-IV siniflərdə I və II yarımilin sonunda sinifdənxaric oxu materiallarının xatırlanmasına həsr olunmuş toplanış keçiriləcəksə, bu zaman müəllim şagirdlərə 8-10 kitabın təkrar oxusunu tövsiyə edə bilər. Qalan bütün hallarda sinifdənxaric oxu üçün şagirdlərə 2-3 kitabın oxusu tap- şırılmalıdır. 


Həmin kitabları əvvəlcədən müəllim özü oxumalı, onların məzmunu, ideyası ilə əlaqədar sual və tapşırıqlar hazırlanmalıdır. Müzakirə prosesində hər dəfə şagirdlərin diqqətini tərbiyəvi nəticənin çıxarılmasına yönəltməlidir. 


Əvvəlcədən sinfə verilən sual və tapşırıqlar şagirdlərin oxuya məsuliyyətini artırır, hər kəs sual və tapşırıqlara müstəqil cavablar axtarır, araşdırır, obrazların fəaliyyətini qiymətləndirir, yazıçının məqsədini başa düşür. Həmçinin bu sual və tapşırıqlar şagirdlərin bilik səviyyəsini müəllimə diqtə edir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Yeni materialların verilməsində müəllim fəaliyyətinin öyrənilməsi

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ

Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Məktəbdə təşkilatçı müavinin işinin məzmunu (tezislər )

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Sinifdənxaric tədbirlər...Sinif rəhbəri ilə şagirdlər arasında əməkdaşlığı prinsipləri...

Fiziki tərbiyə

Fiziki tərbiyə

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərinin işinin məzmunu və əsas istiqamətləri

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Şagirdlərdə məntiqi təfəkkürün inkişaf etdirilməsi

Təhsil Nazirliyi müsabiqə elan edir

Təhsil Nazirliyi müsabiqə elan edir

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Pedaqoji İdarəetmədə təhlil..

Pedaqoji İdarəetmədə təhlil..

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

TƏLİM PROSESİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNƏ RƏHBƏRLİK

Məktəbdaxili idarəetmənin  pedaqoji təhlilin  əsas növləri

Məktəbdaxili idarəetmənin pedaqoji təhlilin əsas növləri

Məktəbdaxili nəzarətin demokratik əsasları

Məktəbdaxili nəzarətin demokratik əsasları

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Bakı şəhəri  84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

Bakı şəhəri 84 №-li nömrəli tam orta məktəbdə mütaliə vərdişlərinin inkişafı ilə bağlı sistemli iş aparılır

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

ÜMUMİ PEDAQOJİ İİƏ RƏHBƏRLİK VƏ NƏZARƏT

SİNİF TƏŞKİLAT SAATI  VƏ  ONUN TƏŞKİLİ YOLLARI

SİNİF TƏŞKİLAT SAATI VƏ ONUN TƏŞKİLİ YOLLARI

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Ümumtəhsil məktəbinin valideyn komitəsi haqqında Əsasnamə

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi

Orta məktəblərdə Fənn aylıqlarının Əsasnaməsi