AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, Şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.
Universitet rəhbərliyi, müəllimlər, tələbələr və AzTU-nun məzunu olmuş Şəhid Elşad Əliyevin anası Flora Əliyeva əvvəlcə Çingiz Qurbanovun təhsil aldığı "Xüsusi texnika və texnologiya” fakültəsində Milli Qəhrəmanın xatirəsinə ehtiram olaraq yaradılan foto-stentlə tanış olublar.
Daha sonra tədbir AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib.
Çingiz Qurbanovun tələbəlik illərini yada salan müəllimlər, onun vətənpərvər, ictimai aktiv gənc olduğunu vurğulayıblar.
Qeyd edək ki, Ç. Qurbanov 2016-cı ildə AzTU-nun "Xüsusi texnika və texnologiya” fakültəsini bitirib. Elə həmin il hərbi xidmətə başlayan Ç. Qurbanov Azərbaycan-Ermənistan Dövlət sərhəddində düşmənin kəşviyyat-təxribat qrupunun qarşısını alarkən qəhrəmancasına həlak olub.
Məkirli düşmən Şəhidin nəşini verməkdən boyun qaçırsa da, Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin səyi nəticəsində Ç. Qurbanovun nəşi Azərbaycana gətirilib və ona ölümündən sonra Milli Qəhrəman adı verilib.
Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu
Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb
Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı
Şabranda Milli Qəhrəman Samir Zülfüqarovun anım günü qeyd olunub
Magistr olmaq istəyənlərə ödənişsiz hazırlıq kursları təşkil edilib
İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb
AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb
AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib
"Gənclərin vətənpərvər ruhda tərbiyəsi gələcəyimizin zəmanətidir" adlı layihəyə start verdi
Şəhid Ağaəli Əliyevin doğum günü qeyd edilib
2 saylı tam orta məktəbdə “Şəhidlər ölməz” adlı anım tədbiri keçirilib.
Bu gün şəhid Mübariz İbrahimov və Fərid Əhmədovun dəfn olunduğu gündür
Universitet müəllimlərinin əməkhaqları artırılacaq
Qaradağ rayonunda 302 saylı məktəbdə ŞƏHİD Əhməd Zeynallının anım günü qeyd olundu.
Texniki Universitetdə əmək haqqı artırıldı
BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi
ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib
Şabranda Mübariz İbrahimovun doğum günü qeyd olunub
100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb
ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
BSU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib
Ağstafada 2 saylı tam orta məktəbdə “Xocalı adlı şəhidim” adlı anım tədbiri keçirilib
ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib