Xəbərlər
17 noyabr 2017
3 000


MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Mərkəzi Elmi Kitabxananın təşkilati dəstəyi ilə AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) VII Qurultayı keçirilib.


Qurultay Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb.


Tədbirdə AHİ-nin sədri vəzifəsini icra edən, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov çıxış edərək tədbirin gündəliyi haqqında iştirakçılara məlumat verib.

 

Bildirib ki, qurultayın məqsədi AHİ-nin 2012-2017-ci illərdəki fəaliyyətinə dair hesabatının dinlənilməsi, qurumun rəhbər orqanlarının yeni tərkiblərinin seçilməsi, həmçinin digər təşkilati məsələlərin müzakirəsidir.


Daha sonra AHİ-nin katibliyi, redaksiya heyəti, mandat komissiyası və hesablayıcı komissiyasının tərkibləri müəyyən olunub.


AHİ-nin Mandat Komissiyasının sədri İlkin Əlimuradov çıxış edərək aparılan yoxlamaların nəticələrini təqdim edib. Hesabat üzvlər tərəfindən təsdiq olunub.


Tədbirdə H.Qurbanov qurumun beş illik fəaliyyətinə dair hesabatı tədqim edib. Natiq ötən müddətdə AHİ tərəfindən üzvlərin sosial-iqtisadi maraqlarının təmin edilməsi istiqamətində bir sıra işlər həyata keçirildiyini bildirib. H.Qurbanov sosial vəziyyəti aşağı olan əməkdaşlara maddi yardımın verildiyini, üzvlərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə ölkəmizdə və xaricdə tur səfərlərinin, müxtəlif idman növləri üzrə yarışların, bayram şənliklərinin təşkil edildiyini vurğulayıb.


Məruzə dinlənildikdən sonra açıq səsvermə yolu ilə beş illik fəaliyyət qənaətbəxş hesab edilib.


Qurultayda Nəzarət-təftiş komissiyasının hesabatı da dinlənilib. Məruzəni təqdim edən komissiyanın sədri, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru Nağı Nağıyev ötən beş il ərzində İlk təşkilatlardan daxil olan üzvlük haqları və bu vəsaitlərin hansı istiqamətdə sərf edilməsindən danışıb.


Səsvermə yolu ilə Nəzarət-təftiş komissiyasının hesabatı da Qurultay nümayəndələri tərəfindən qənaətbəxş hesab edilib.


Daha sonra Fizika İnstitutunun Həmkarlar Təşkilatının sədri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Sitarə Bağırova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatının sədri, kimya üzrə elmlər doktoru,  professor Arif  Əfəndi, İnformasiya Texnologiyaları İnstitutunun Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev, Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov çıxış edərək rəhbərlik etdikləri qurumların fəaliyyətləri haqqında məlumat veriblər.


Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili, iqtisad üzrə elmlər doktoru, professor Səttar Möhbalıyev uzun illik elmi və ictimai fəaliyyətinə görə akademik Akif Əlizadəyə Ümumrusiya Həmkarlar İttifaqının 25 illiyi münasibətilə təsis edilmiş gümüş medalı təqdim edib. Qurultayın işinə uğurlar arzulayan natiq AHİ-nin son beş ildəki fəaliyyətinə dair hesabatın qənaətbxəş olduğunu, qurum tərəfindən xüsusilə gənclərlə bağlı, əməkdaşların sosial vəziyyəti ilə bağlı həyata keçirilən tədbirləri yüksək dəyərləndirib. Görülən bu işlərin ölkə rəhbərliyinin diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. Son dövrlərdəki uğurlu fəaliyyətə görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə və AHİ rəhbərliyinə təşəkkürünü bildirib. AHİK-in hər zaman AMEA AHİ-nin müraciətlərinə baxıldığını söyləyən Səttar Möhbalıyev bundan sonra da öz köməklərini əsirgəməyəcəklərini əlavə edib. 


Sonra AMЕA AHİ-nin sədri vəzifəsinə seçki keçirilib. Səsvermə yolu ilə Habil Qurbanov qurumun sədri seçilib.


AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxış edərək Səttar Möhbalıyevə və  tədbir iştirakçılarına təşəkkürünü bildirib. AMEA əməkdaşlarının istirahəti, sağlamlığı,  maddi rifahının günün tələblərinə uyğun səviyyəyə qaldırılması, iş və mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirildiyini söyləyən akademik bu yaxınlarda 60-dan çox əməkdaşa mənzil verildiyini diqqətə çatdırıb. AMEA rəhbəri bundan sonra da əməkdaşların sosial problemlərlərinin həllinin diqqət mərkəzində saxlanılacağını və işlərin davam etdiriləcəyini vurğulayıb.


Qurultayda, həmçinin AMЕA AHİ-nin Rəyasət Heyəti seçilib, qurumun məclisinin və Nəzarət-təftiş komissiyasının yeni tərkibləri və Nizamnaməsinə edilən əlavə və dəyişikliklər təsdiqlənib.

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

MEK-də AMEA-nın Azad Həmkarlar İttifaqının VII Qurultayı keçirilib

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

ADPU-da Tələbə Həmkarlar İttifaqı Komitəsi tədbir keçirib

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Tələbələrə adlı təqaüdlər təqdim olunub

Tələbələrə adlı təqaüdlər təqdim olunub

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

Akademik Möhsün Nağısoylu: Orfoqrafiya lüğətinin akademik nəşrini Dilçilik İnstitutu hazırlamalıdır

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

ADU-da gənc qadınlarla işin təhlilinə dair dəyirmi masa keçirilib

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Azərbaycanda bəzi sözlərin yazılışı dəyişdirilir- TƏKLİF

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

Binəqədidə “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” adlı məlumat saatı keçirilib

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

ADPU-nun rektoru,professor Cəfər Cəfərov Dissertasiya Şurasının üzvləri ilə görüşüb

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

ADPU-da hesabat-seçki iclası keçirilib

ADPU-da hesabat-seçki iclası keçirilib

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

AMEA əməkdaşlarının mənzil problemi..-İsa Həbibbəyli aydınlıq gətirib

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Fəlsəfə doktoru proqramı üzrə təhsil alanların 56,3 faizi 30 yaşadək gənclərdir

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

Ötən il ölkədə 2723 nəfər doktorantura təhsili alıb

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADPU-də Aprel hadisələrinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

ADPU-nun TGT-si ilin ən fəal TGT-si seçilib

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

ADPU-da doktoranturaya və dissertanturaya qəbul imtahanları və müsahibə başa çatıb

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

AMEA-da yeni orfoqrafiya lüğətinin hazırlanması haqda qərar qəbul edilib

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb

Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb