4 ilə iki diplom almaq imkanı...
Qərbi Kaspi Universiteti (Qərb Universiteti) Avropanın nüfuzlu universitetləri ilə birgə həyata keçirdiyi tərəfdaşlıq layihələri çərçivəsində ikili diplomlar təqdim edir.
Belə ki, universitet Böyük Britaniyanın "Koventri” və İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə birlikdə ikili diplom layihələrini həyata keçirir.
Böyük Britaniyada 15 ən yaxşı universitet sırasında olan Koventri Universiteti dövlət ali təhsil müəssisəsidir. Saziş əsasında yaradılan proqramla tələbələr "İşgüzar inzibatçılıq” ixtisası üzrə 4 il ərzində 2 müxtəlif bakalavr dərəcəsi ala bilirlər.
İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə isə MBA proqramı çərçivəsində əməkdaşlıq edilir. Proqram çərçivəsində dərslər Qərbi Kaspi Universiteti və UBIS-in professor-müəllim heyəti tərəfindən aparılır. Təhsil proqramının yekununda məzunlar hər iki universitetin magistr diplomlarını əldə edirlər.
Onu da əlavə edək ki, Qərbi Kaspi Universitetinin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, İrlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilirlər.
Ümumiyyətlə, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir.
Eyni zamanda iki diploma sahib olmaq istəyirsinizmi?
Qərbi Kaspi Universitetində Texnopark qurulur
Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb
Qərbi Kaspi Universitetində “Ekoklub” yaradıldı
Qərbi Kaspi Universitetində Tətbiqi Politologiya Mərkəzi yaradılıb
Universitet seçimində tərəddüd edənlər üçün
ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb
Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub
Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər
ADAU ilə Sloveniyanın Nova Gorica Universiteti arasında əməkdaşlıq genişlənir
“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”
Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük
UNEC-lə Ankara və Qazi universitetləri əməkdaşlığın yeni mərhələsində
Qərb Universiteti bu aktual istiqamət üzrə də kadr hazırlayacaq
BSU rektoru beynəlxalq mükafata layiq görülüb
Daha bir universitet təhsil haqlarını aşağı saldı
700 bal toplayan abituriyentlər UNEC-də
BANM Hyuston Universiteti ilə əməkdaşlığı genişləndirir
“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”
Qərb Universitetinin tələbələri üçün iş imkanı
İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı
Bakıda Amerika təhsil sərgisi keçirilib- FOTOLAR
BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb
Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür