Bakıda şagirdlər arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib
Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fənn müsabiqələrinin I mərhələsi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-ya verilən məlumata görə, fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsinə Bakı şəhəri üzrə 8623 şagird qatılıb.
Onlardan 3654 nəfəri riyaziyyat, 1036 nəfəri kimya, 1303 nəfəri fizika, 1628 nəfəri biologiya, 1002 nəfəri isə informatika fənni üzrə müsabiqədə iştirak edib.
Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər. Fənn müsabiqələrinin ilk mərhələsi paytaxt üzrə 9 mərkəzdə (18, 26, 114, 138, 139, 211, 220, 271, 276 nömrəli tam orta məktəblər) təşkil edilib.
Fənn müsabiqələrinin ilkin mərhələsində şagirdlərə fənlər üzrə müsabiqə tarixinədək keçdikləri məktəb proqramına uyğun tapşırıqlarla yanaşı, məntiqi təfəkkürü, analiz qabiliyyətini və qeyri-standart düşünməni tələb edən suallar təqdim edilib. 50 sualın cavablandırılması üçün şagirdlərə 2 saat vaxt verilib. İki mərhələdən ibarət olan fənn müsabiqələrinin II mərhələsinin dekabr ayında keçirilməsi planlaşdırılır.
Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib
Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək
Respublika fənn olimpiadalarının final mərhələsi keçirilib
Şabran təhsil şöbəsi direktor və müəllimlərlə iclas keçirib
Respublika fənn olimpiadasında iştirak etmiş Samux rayon şagirdlərindən 36 nəfəri olimpiadanın yarımfinal mərhələsinə vəsiqə qazanıb
Yanvarın 15-də Qax rayonunda Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.
Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib.
Şabranda da Respublika fənn olimpiadalarının birinci mərhələsi keçirilib
Fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub
Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb
Yanvar ayının 15-də Samux rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə Respublika fənn olimpiadalarının rayon mərhələsi heyata keçirilib
Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu keçirilib
Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib
İstedadlı şagirdlərin seçimi aparılıb
3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb
Gəncədə Respublika fənn olimpiadalarının Respublika mərhələsinin yarımfinal turu həyata keçirilib
Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK
"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib
Respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib
“Ədəbiyyat biliciləri”müsabiqəsinin ölkə mərhələsi keçirilib
II Məntiq Olimpiadasının ilk turunun nəticələri açıqlanıb
Azərbaycanlı şagirdlərdən növbəti uğur
VII sinif şagirdləri arasında riyaziyyat və məntiq fənlərindən seçim turu keçirilmişdir.
2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA