Xəbərlər / Texnologiya
08 noyabr 2017
2 192


Kredit kartına bənzəyən smartfon yaradıldı - VİDEO

Yaponiyada qeyri-adi "Android” smartfon nümayiş edilib.


Məlumata görə, "NichePhone-S” smartfonu kredit kartı ölçüsündə olacaq. Artıq noyabrın 10-da Yaponiya  bazarında "Android” əməliyyat sistemi ilə idarə olunan ağ-qara ekranlı düyməli smartfonun satışlarına start veriləcək.


Təbii ki, bu cihazı smartfon adlandırmaq çox çətindir. Ancaq o, "Android 4.2 Jelly Bean” əməliyyat sisteminə malikdir və onun üzərində "MediaTek MT6572A” prosessoru quraşdırılıb.

 

Bununla belə, onun ekranının genişlənməsi cəmi 128X64 pikseldir və cihaz nəinki əsas funksiyası olan zəng etməyi yerinə yetirə, hətta SMS-lər ala və göndərə bilir.


Bununla belə, belə bir seçimlər funksiyasına hətta ən ucuz telefon da malikdir. Ancaq "NichePhone-S” eksklüzivdir və onu kredit kartı əvəzi portmanatda yerləşdirmək və yaxud hədiyyə qismində vermək mümkündür.

 

Buna görə də şirkət smartfon üçün olduqca dəbli qutu da yaradıb.

Məqalə Göndər








Загрузка...