Xəbərlər / İKT
07 noyabr 2017
2 211


“Samsung” “Apple” fanatlarını lağa qoydu

"Samsung” şirkətinin "Yeniyetməlik" adlı yeni çarxının tərtibatçıları əsas rəqibləri olan "Apple”in fanatlarını lağa qoyublar.

 

Məlumata görə, onlar bu smartfonların ilk versiyalarından başlayaraq bir çox ənənəvi çatışmazlıqlarına ironiya ilə yanaşıblar.

 

Misal üçün, onlar "iPhone”un kiçik yaddaşa sahib olduğunu, toz və nəmdən mühafizənin olmadığını, həmçinin digər nöqsanlarını xatırladıblar.

 

Bundan başqa, Cənubi Koreya istehsalçısının marketoloqları bu günlərdə satışa çıxarılan yeni "iPhone X” smartfonunu da xatırlayıblar. Onlar onu mübahisəli dizayner qərarı kimi xarakterizə ediblər.

Məqalə Göndər








Загрузка...