Xəbərlər / Müəllim
07 noyabr 2017
3 376


Həyatını müəllimliyə həsr edənlər qəhrəmanlıq göstərən insanlardır

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır. 


Ülkər HÜSEYNOVA- T.Bayrambəyov adına ingilis dili təmayüllü Lənkəran şəhər 2 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi müəllimlik peşəsini ürəkdən sevən, savadlı, yüksək əxlaqi keyfiyyətlərə malik, saf, ülvi duyğulara köklənərək insanlığa, işığa dəstək verən, xeyirxah əməllərdən özünə çələng hörən Ülkər Hüseynova Lənkəran rayonunun hörmətli ziyalı qadınıdır. Millət, cəmiyyət üçün yaşadığına görə hamının gözündə ucadır. Gözəl insani münasibətləridir ki, adı çəkiləndə belə üzlərdə təbəssüm,ürəklərdə mənəvi rahatlıq, fərəh hissi yaranır. Bu cür qəlbində vətəninə, xalqına məhəbbət yaşadan Ülkər müəllimdən bir qədər danışmaq istəyirəm.


Ülkər Hüseynova Lənkəran şəhərində yaşayır, 15 ildir T.Bayrambəyov adına ingilis dili təmayüllü şəhər 2 saylı məktəbində müəllim işləyir. Dil-ədəbiyyat müəllimi olmaqla, ana dilimizin sadəliyini, qədimliyini, şirinliyini, zənginliyini ilahi bir sevgi ilə gənc nəslə öyrədir. Dilində adi söz də füsunkar gözəllik kəsb etməklə tez ürəklərə yol tapır. İstedadının işığından ağızdolusu danışır, əsl müəllimə xas olan insani keyfiyyətlərini nümunə göstərirlər. Onu tanıyanlar deyirlər ki, Ülkər kimi yaxşı müəllim indiki zamanda cəmiyyətə hava, su, çörək qədər lazımdır. Mədəniyyəti, xoş davranışı ona çox şey qazandırıb. Təmiz, ülvi məqsədlərlə yaşayır, bilik və bacarığını böyük həvəslə şagirdlərinə verir. Əxlaqi saflığı, mənəvi zənginliyi, sadəliyi, ən əsası vətənpərvər olması istədiyi vaxtda onu bütün istəklərinə çatdırır.


Sənəti Ülkər müəllim üçün doğma və əzizdir. Məktəbi ikinci evi bilir, uşaqları əsl övlad məhəbbəti ilə sevir. Həyatda düzgün yerini məhz belə ilahi sevgilərdə tapmış, müəllim adını, müəllim şərəfini layiqincə daşımaqla özü də ucalmışdır. Ülkər Hüseynovanı vətənpərvər insan, gözəl pedaqoq, daim axtarışda olan yenilikçi müəllim tək tanıyır, uşaqların taleyini çəkinmədən ona etibar edirlər. Böyük etimad görən gənc müəllim vətənin adını ürəyinin başına yazmaqla daha da müqəddəs əməllərə can atır, xalqa, dövlətə, millətə sədaqətli xidmətlə günlərini mənalı edir, qəlbinin odunu, hərarətini gənc nəslin təlim-tərbiyəsinə verməklə xüsusi zövq alır.


Keçdiyi dərslər həmişə nur çeşməsi tək şagirdləri özünə çəkir. Bu da ondan irəli gəlir ki, zahiri, daxili gözəlliyi, diqqət və qayğısı bütün hərəkətlərində görünür, şəxsiyyəti ilə əməlləri üst-üstə düşür. Dediyi kimi, şagirdləri qarşısında özünü saflığın, ilahi eşqin zirvəsində hiss edir, beləcə xalqın maraqlarını düşünməklə bir çiçəyin işığına yol gedir ki, dünyada insanlıq itməsin, həyat gözəl olsun, insanlar sevda yolçusu olmaqla qurub-yaratsınlar. Ülkər müəllim ömrünün baharlı illərini yola salır. Şagirdlərin qəlbində düzlükdən, təmizlikdən elə bir məşəl yandirib ki, odu, hərarəti heç zaman sönməz. Azərbaycan xanımı olmaqla ürəyinin böyüklüyünə, insanlığına, yüksək estetik zövqünə, dürüstlüyünə, xalqa olan sevgisinə, vicdanlı vətəndaşlıq mövqeyinə söz çatmaz. Olduğu yerdə xoş ülfət, ünsiyyət, mehr-məhəbbət olur. Belə əxlaqi keyfiyyətlərə görə Ülkər müəllimin tərbiyə etməyə gözəl mənəvi haqqı vardır.


Ülkər Hüseynova 1992-ci ildə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini bitiribdir. Əlinə jurnal alıb sinif otağına girdiyi gündən vətənin tərəqqisi, xalqın xoşbəxtliyi naminə çalışmaq bütün arzuların zirvəsində dayanır. Tədris etdiyi fənlərə məhəbbətlə yanaşır, onları şagirdlərə həvəslə, ilhamla öyrədir. İllərin səfində fikri, düşüncəsi günəş tək parlayır, dərs dediyi uşaqların mənəvi dünyasına işıq saçdıqca vətənin ləyaqətli övladları böyüyür. İndi onların sayı bilinmir. Azərbaycanda elə guşə yoxdur ki, Ülkər müəllimin şagirdləri orada vətənpərvərliyini xalq yolunda təmənnasız xidmətə çevirməsin. Bundan müəllim üçün böyük mükafat yoxdur. Həm də şagirdlərin xoş sədaları ölkə hüdudlardan kənardan da eşidilir.


Şagirdlərini çox sevir. Deyərdim ki, bu, sevginin həddi-hüdudu yoxdur. Təcrübəsi, istedadı məktəbin uğurlarında mühüm rol oynayır. Gördükləri vətənpərvərliyə, düzlüyə, mənəvi təmizliyə bağlanır. Əqli, zəkası, mənəvi dünyası ilə Ülkər müəllimi məktəbdə kamillik mücəssəməsi bilirlər. Dərs zamanı birinci ona ilham verən qüvvə doğru düşünməyi, düzgün yanaşmağıdır. İndiyə qədər gəldiyi bu müqəddəs yolda qazandıqları xalqın məhəbbəti və şagirdlərin ona olan sonsuz sevgisidir. Qürur duyduğu cəmiyyət içində başıuca yaşamasıdır. Harada olursa olsun, bəşər övladına məxsus gözəl, təkrarolunmaz xasiyyəti həmişə ona hörmət gətirir. Tanrının Ülkər müəllimə bəxş etdiyi işıqlı zəkadan, ədəb-ərkandan, nəcib təlim-tərbiyədən xoşbəxt həyat naminə başqalarına səxavətlə pay verir. Ötən ömürdən razıdır. Deyir ki, özümü biləndən sonra keçən illər mənə insanların sevgisini, sevincini yaşadıb. Yüzlərə, minlərə gərək bir həyat günəşdən, aydan da əzəmətlidir.


2016-2017-ci tədris ilində rəhbəri olduğu sinfin şagirdləri– Zeynəb Qənbərli, Şahanə Əhmədzadə 600-dən yuxarı bal toplayıb tələbə adını qazanıblar. Daha bir şagirdi – İnarə Hüseynzadə (Rayon ədəbiyyatçı biliciləri arasında birinci yerə çıxıb) Bakıda keçirilən "Ədəbiyyat biliciləri” arasında Təhsil Nazirliyi tərəfindən təltif olunubdur. Ülkər müəllimin belə sevindirici uğurları çoxdur. O, məktəbimizdə, eləcə də şəhərdə yaxşı müəllim olmağın özünəməxsusluğu ilə seçilir, çox şaxəli fəaliyyəti, qazandığı uğurlar nümunə, örnək sayılır. Müəllim şəxsiyyətinin ucalığını əməllərində inamla qoruyur.


Ülkər müəllim insanı xoşbəxt edən bütün mənəvi dəyərləri özündə toplayıb. Həyatı sevə-sevə yaşayır ki, hər kəs dünyanın necə gözəl, yaşamalı bir aləm olduğunu bilsin. Və şagirdlərinə başqaları üçün yaşamağı öyrətməklə arzularına nail ola bilir. Ömrünü-gününü verməklə keçdiyi yol şərəflidir. Bu nəcib adam, yaxşı müəllim xalqına fayda verməkdən doymur. Dərsdən sonra şəhərin ictimai həyatına qaynayıb-qarışır. İnsanların güzəranı yaxşı olsun deyə, çox işdən yapışır. Ürəyi həmişə yenilik həvəsi ilə döyünür. Yüksək pedaqoji məharəti, hər gün görüşdüyü insanların istək və arzuları ona arayıb-axtarmaya qanad verir. Bir-birinin ardınca elmi yazıları Rusiyanın, Türkiyənin müxtəlif mətbu orqanlarında çap olunur. Lənkəran Dövlət Universitetinin aspirantıdır. Elmi fəaliyyətini "Qövsi Təbrizi divanının elmi-filoloji tədqiqi” mövzusuna həsr etmişdir. Zəngin biliyi, əzmkarlığı deməyə əsas verir ki, Ülkər müəllim bu işin öhdəsindən layiqincə gələcəkdir.


Ülkər Hüseynova iki qız anasıdır, ikisi də ali təhsil alıbdır. Onlar artıq cəmiyyətdə nəcib əməl sahibi kimi yaxşı tanınırlar.

 

Ülkər müəllim elin gözündə gördüyü dəyərli əməlləri ilə ucalıbdır. Həyatın xoşbəxtliyi bu cür yaşamaqdır. Onun halal ocağından boy verən işığa doğru getməyə dəyər.


Zəfər ORUCOĞLU, 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

"Biliksiz müəllim susuz bulağa, işıqsız lampaya bənzəyir" - Y.A.Komenski

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllim kimdir ?

Müəllim kimdir ?

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Qurani-Kərimə, Peyğəmbərimizin(s) və İmamların(ə) hədislərinə əsasən yaxşı müəllim aşağıdakı xislətlərə malik olmalıdır:

Şərəfli adlar sahibi

Şərəfli adlar sahibi

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Həqiqi müəllim adını daşıyan insan həmişə......

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Müəllim şəxsiyyəti hər zaman, hər yerdə tamlıq, mükəmməllik istəyir

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Qloballaşma dövründə şagird   şəxsiyyətinin formalaşması və  səriştəli müəllim amili

Qloballaşma dövründə şagird şəxsiyyətinin formalaşması və səriştəli müəllim amili

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

Ucqar kəndin gənc müəllimi “Uşaqlıqdan müəllimliyə həvəsim böyük idi”

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

ƏSL PEDAQOQ VƏ TƏLƏBKAR DİREKTOR- Lənkəran təhsili dedikdə...

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

Müəllim olmaq fədakar olmaq deməkdir - Gənc müəllim Zahir Abbasov.

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

“Yenidən dünyaya gəlsəm yenə müəllim olaram” -Xalidə İsmayılova

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Sinif rəhbəri və müəllim əməkdaşlığı

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Müəllim şagirdlərinin mənəvi dünyasının memarı olmalıdır.

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagirdlərinə öyrətdiklərindən razıdırlar

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

MÜƏLLİM-ŞAGİRD MÜNASİBƏTLƏRİ NORMAL OLARSA ....VİDEO

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI

SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI