Xəbərlər
03 noyabr 2017
3 031


Azərbaycan İstiqlal Muzeyində uşaq hüquqları ilə bağlı möhtəşəm tədbir keçirilib

Dünən Azərbaycan İstiqlal Muzeyində uşaq hüquqları ilə bağlı maraqlı tədbir keçirilib.

 

Aztəhsil.com moderator.az-a istinadən iştirak edən məktəblilər uşaq hüquqları ilə bağlı ətraflı informasiya alıb. "Uşaqlar- gələcəyimizin aynasıdır" şüarı ilə keçirilən tədbiri giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin əməkdaşı Arzu Quliyeva uşaq hüquqları haqqında ətraflı məlumat verib,

 

Azərbaycan dövlətinin uşaqlara göstərdiyi hədsiz qayğıya diqqət çəkib. Daha sonra Heydər Əliyev Fondunun uşaqların müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələrə toxunan A.Quliyeva, bunu dövlətin uşaqlara olan diqqətinin bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan İstiqlal Muzeyində uşaq hüquqları ilə bağlı möhtəşəm tədbir keçirilib

A.Quliyevanın çıxşından sonra tədbir iştirakçıları uşaq hüquqlarından bəhs edən maraqlı filmə baxıblar.

 

"Etiraz və tələb etməyi bacarmalısınız!”

 

Bundan sonra söz çıxış üçün "Polisə Dəstək” İctimai Birliyinin rəhbəri, ehtiyatda olan polis polkovniki, tanınmış hüquqşünas Şəmsəddin Əliyevə verilib.


Dövlətin uşaq hüquqlarının təmininə mühüm önəm verdiyini bildirən Ş.Əliyev qeyd edib ki, uşaqlar da öz növbəsində onlara göstərilən mənfi rəftar və ya yaradılan pis şəraitə etiraz etməyi bacarmalıdır:

Azərbaycan İstiqlal Muzeyində uşaq hüquqları ilə bağlı möhtəşəm tədbir keçirilib

"Konstitusiya və ölkə qanunvericiliyi uşaqlara normal ortamda yaşamaq, təhsil almaq, qidalanmaq, istirahət etmək və s. kimi hüquqları verir. Uşaqlara qayğı, onların cəmiyyətimiz üçün faydalı vətəndaşlar kimi yetişdirilməsi dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biridir.

 

Lakin uşaqlar da öz hüquqlarını bilməli, gərəkirsə öz hüquqlarının pozulmasına etiraz etməlidir. Əgər evdə, ailədə, yaşadığı mühitdə uşağın hüquqları pozulursa, uşağın buna etiraz etmək, bundan şikayət etmək hüququ var.

 

Dövlətimiz uşaq hüquqlarına o qədər geniş yer verir ki, hətta hər hansı bir səbəbdən valideynlər ayrılanda belə uşağın rəyi, onun kimin yanında qalmaq istəyi nəzərə alınır”.

 

"Hüquqlarınız da var, vəzifələriniz də!”

 

Ş.Əliyev uşaqların geniş hüquqlara malik olduğunu bildirməklə yanaşı, onların vəzifələrə də malik olduğunu, öz borc və vəzifələrini də layiqincə yerinə yetirməli olduqlarını qeyd etdi:


"Dövlət uşaqlara pulsuz təhsil verir, onların sağlanlığında hər hansı problem yaranan zaman onun müalicəsinə həyata keçirir. Dövlət uşaqları müharibələrdən, zorakılıqlardan qoruyur.


Dövlət bütün səyi ilə çalışır ki, uşaqlar çətinlik çəkməsin, onlar nümunəvi vətəndaş, cəmiyyətə faydalı şəxslər kimi yetissin. Lakin uşaqlara hüquqlar verən dövlət onlar qarşısında müəyyən vəzifələr də qoyur. Hansı ki, uşaqlar öz hüquqlarından istifadə etdikləri kimi, öz vəzifələrini də yerinə yetirməlidirlər.

Dövlətin uşaqlar, eləcə də bütün vətəndaşlar qarşısında qoyduğu mühüm vəzidələrədn biri vətənə sədaqətlə bağlıdır. Hansı ki, vətənə sədaqət ölkə konstitusiyasında da bir borc kimi yer alır. Uşaqlar ailələrinin, dövlətin onlara sərf etdiyi əməyi düzgün qiymətləndirməli, yaxşı oxumaqla, vətənə sadaqət ruhunda böyüməklə öz borclarını verməlidirlər. Biz vətənimizin, dövlətimizin güclü omasına çalışmalı, bunun üçün əlimizdən gələn hər şeyi etməliyik”.

 

"Anasının qədrini bilməyən, vətənin də qədrini bilməz!”

 

Tanınmış hüquqşünas uşaqları valideynlərə hörmət və ehtiram göstərməli olduqlarını, cinayət və cinayətkarlardan uzaq durmalı gərəkdiklərini bildirib:


"Uşaqlar öz valdieynlərinə ehtiram göstərməli, onların əməyini düzgün qiymətləndirməli, öz əməlləri ilə valideynlərinə olan sevgi və ehtiramı ortaya qoymalıdırlar. Çünki vətənə sevgi, dövlətə sevgi evdən, ailədən başlayır. O insan ki, anasını sevmir, o insan ki anasının qədrini bilmir, onun vətəni sevməsi, vətənin qədrini bilməsi də mümkün deyil. Vətənə sevgi evdən, ailədən başlayır.


Bundan başqa, uşaqlar cinayət və cinayətkarlardan uzaq olmalı, pis yolun, pis vərdişlərin insanı yaxşı yerə aparıb çıxartmayacağını anlamalıdırlar. Kim ki, qanunları pozur, kim ki, başqalarının malına, canına qəsd edir, dövlət həmin insanları cəzalandırmaq üçün onları cəmiyyətdən təcrid edir, həbsxanaya salır.

 

Və əmin olun ki, həbsxanada onlar üçün heç də asan olmur. Odur ki, hər bir uşaq cəmiyyət və dövlət üçün faydalı bir insan kimi böyüməyə çalışmalı, pis vərdişlərdən, pis əməllərdən uzaq olmağa çalışmalıdır. Uşaqlar bilməldirlər ki, onları himayə edən, qayğısına qalan dövlət onların hər bir probleminin həllinə hazırdır”.


Tədbirdən sonra çıxış edən Bakıdakı 53 saylı tam orta məktəbin şagirdi Vəliyev Orxan də uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyadan söz açıb, habelə Ombudsman İnstitutunun bu sahədəki xidmətlərini vurğulayıb. O.Vəliyevin çıxşından sonra tədbir bağlı elan edilib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqları mövzusu müzakirə olunur

Uşaq hüquqları mövzusu müzakirə olunur

Ağstafa rayonunda "Uşaq hüquqları aylığı" ilə əlaqədar tədbir keçirilib

Ağstafa rayonunda "Uşaq hüquqları aylığı" ilə əlaqədar tədbir keçirilib

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

Göygöl məktəbliləri ilə uşaq hüquqları haqqında maarifləndirmə tədbiri keçirilib

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Uşaq huquqları və vəzifələri

Uşaq huquqları və vəzifələri

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Ağstafa məktəbliləri Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

Ağstafa məktəbliləri Azərbaycan uşaqlarının IV formunun seçim turunda iştirak edib

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

UŞAQLARLA BÖYÜKLƏR KİMİ DAVRANMAYIN !

Tərbiyədə ailə  yoxsa məktəb? - Mehriban  Məmmədova

Tərbiyədə ailə yoxsa məktəb? - Mehriban Məmmədova

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

Valideyinlərə Pedaqoji məsləhət -1 ÇALIŞIN FİKİR BİRLİYİNƏ ÇATASIZ

6 PEDAQOJİ MƏSLƏHƏT - İTAƏTKARLIQ

6 PEDAQOJİ MƏSLƏHƏT - İTAƏTKARLIQ

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

İnternat uşaqları Beynəlxalq Uşaq Kitabı Günündə

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

Altı PEDAQOJİ Məsləhət -MƏNƏVİYYAT

6 PEDAQOJİ MƏSLƏHƏT-  İNTİZAM VƏ QAYDA

6 PEDAQOJİ MƏSLƏHƏT- İNTİZAM VƏ QAYDA

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

6 PEDAQOJİ MƏSLƏHƏT - VİCDAN

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

"Beynəlxalq Uşaq Kitabı" günü münasibətilə tədbir keçirilib

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır

Abşeron rayonunda məktəbəqədər müəssisələrində cari təmir işləri yekunlaşır