Uğurlu müəllim dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir
Bəzən müəllimlər elə bilirlər ki, şagirdə nə qədər çox ev tapşırığı versələr dərs o qədər də yaxşı mənimsənilər. Əslində isə evdə davam edən dərs atmosferi səbəbindən uşaqda öyrənmə prosesinə qarşı qıcıq yaranır. Daha dəqiq desək evə verilən tapşırıqlar ailə bağlarını zədələyir.
Uşaq ailə üzvləri ilə vaxt keçirməli olduğu halda gününün tamamını dərsə həsr edir, axşam yatarkən belə dərs haqda düşünür. Üstəlik dərsdən evə gəldikdən sonra tez-tez eşitdiyi "ev tapşırıqlarına nə vaxt başlayacaqsan?” sualı uşağı bezdirir, təlimdən soyumasına səbəb olur. Hələ siz bu sualın uşaq bacı və qardaşları ilə oyun oynayarkən verildiyini düşünün. Bu uşağın yaratdığı xəyal dünyasını məhv etmək deyilsə bəs nədir? Uşağa uşaqlığını yaşatmadan onu gecə-gündüz təlimlə məşğul olmağa yönəltmək haqsızlıqdır.
Biz psixoloq olaraq hər zaman yetkin şəxslərə deyirik ki, "evə iş gətirməyin". Hətta qeyd etməliyəm ki, bu fikir insanlar tərəfindən müsbət qəbul olunur. Bəs nəyə görə bizlər uşaqlarımıza "evə dərs gətirməyin” demirik? Özümüzə qarşı bu qədər anlayışlı ikən uşaqları unutmaq ən böyük səhvimiz deyilmi? Evə iş gətirməyən valideynlərin hər gün fəxrlə qarşıladığı qonağıdır dərslər…
Uşaq məktəbdə öyrənməli, evdə isə ailəsiylə vaxt keçirməyin verdiyi xoşbəxtliyi dadmalıdır. Həyətdə qayğılardan kənar oynamağın həzzini duymalıdır…
Uğurlu müəllim uşağı ailəsindən qoparan yox, ona dərs saatları içərisində öyrətməyi bacaran şəxsdir.
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti
"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”
Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi
Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR
Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər
Şagirdlərimiz nə fikirləşir?! - Pedaqoji təcrübə
Direktor olmaq istəyənlər .......Liderlik nədir ?
Bəs digər ölkələrdə təhsil ili nə vaxt başlayır?
Direktor və müavinlər məktəbdə dərs deyə biləcəklərmi?-ekspertlərin rəyi
Sinif rəhbərləri oxuyun ! Şagird şəxsiyyətinin öyrənilməsi qaydaları
Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?
Uşaq psixologiyasını bilirsinizmi ?
Öyrədərkən bildiyinizi bildirməyin!- Bunu əvvəllər bacarmırdım...
Uşaq psixologiyası ...Bildiklərimiz və Bilmədiklərimiz
İbtidai siniflərə əlavə dərs saatı müəyyən olunsunmu?- yeni müzakirə obyekti
Qardaş və qardaş-bacı münasibətlərində nəyə diqqət yetirmək lazımdır?
Uşaqda aqressivlik meyarları
Azərbaycanda müəllim dərs vaxtı ölüb
SEVİLƏN MÜƏLLİM OLMAĞIN 11 QAYDASI
Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."
Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma
Azərbaycanda müəllim dərs vaxtı öldü
Sizcə uşağınınızı kifayət qədər başa düşürsünüzmü?
“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”