Xəbərlər
01 noyabr 2017
2 552


Universitetdə Milli Qəhrəmanlar muzeyi açıldı

Noyabrın 1-də Azərbaycan Texniki Universitetində (AzTU) gənclərin milli vətənpərvər ruhda tərbiyələndirilməsi məqsədi ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə AzTU-nun həyətində yerləşən universitet məzunu olmuş şəhidlərin xatirə kompleksi önünə gül dəstələri düzüb, ehtiramlarını bildiriblər.

 

Sonra Azərbaycan Texniki Universitetinin məzunu olmuş şəhid və Milli Qəhrəmanların xatirə muzeyinin açılışı olub. Muzeyin açılışında AzTU-nun prorektoru İlham Pirməmmədov bildirib ki, bu universitetin məzunu olmuş 10 nəfər Milli Qəhrəman var.

 

Onların fəaliyyətinin, döyüş yolunun, qəhrəmanlıqlarının hər zaman tələbələr üçün örnək göstərildiyini qeyd edən prorektor deyib ki, xatirə muzeyində, AzTU-nun məzunu olmuş Milli Qəhrəmanlarla yanaşı, universitetin 1990-cı illərin əvvəllərində Vətənin bütövlüyü, suverenliyi uğrunda canını fəda edən şəhid məzunları, o cümlədən ötən ilin aprel ayında Azərbaycan xalqına şanlı zəfər bəxş edən igidlərin xatirə lövhələri, onlar haqqında məlumatlar var.

 

Açılışda iştirak edənlər muzeyin önəminə diqqət çəkərək vurğulayıblar ki, xatirə muzeyinin məhz universitetdə, tələbələrin gediş-gəlişinin sıx olduğu bir yerdə yaradılması vətənpərvərlik hissini daha da gücləndirəcəkdir.

 

Muzeyin açılışından sonra iştirakçılar 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 xüsusi təyinatlı kəşfiyyatçımıza həsr olunmuş "Səkkiz oğul istərəm...” filminin təqdimat mərasiminə toplaşıblar.


Azərbaycanın ilk hərbi diktoru olan Şəmistan Əlizamanlının aparıcılığı ilə keçirilən təqdimat mərasimində bildirilib ki, 1997-ci il aprel ayının 7-də səkkiz nəfərdən ibarət xüsusi təyinatlı kəşfiyyat qrupu ulu öndər Heydər Əliyevin xüsusi tapşırığı ilə düşmənin arxasına göndərilir və düşmənlə təmas xəttindən təxminən 40-50 kilometr irəliləyərək tapşırığı yerinə yetirir. Bu çox vacib bir əməliyyat idi. Lakin qrup geri qayıdarkən təsadüfən düşmən tərəfindən aşkarlanır.


Kəşfiyyatçılarımız mühasirə şəraitində müxtəlif manevrlər edərək üç gün döyüşürlər. Həmin döyüşlər gedən zaman xüsusi qurğularla düşmənin radio danışıqlarından nə baş verdiyini müəyyənləşdirmək mümkün olur. Alınan məlumatlardan bəlli olur ki, mühasirə həlqəsi daralan kəşfiyyatçılarımız ermənilərə çox ciddi zərbələr endirirlər.

 

Düşmən həm canlı qüvvə, həm də texnika sarıdan itkilər verir. Mühasirə tam daraldıqda isə ermənilər onları təslim olmağa çağırıblar. Amma kəşfiyyatçılarımız onların bu təklifini rədd edib sona qədər döyüşüblər və qumbara ilə özlərini partladaraq şəhid olublar.

 

Onlardan yalnız biri, çavuş Aqil Əhmədov ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür.

Filmdə bəhs olunan kəşfiyyatçılarımız haqqında qısa məlumat verildikdən sonra Rey Kərimoğlunun ssenarisi əsasında çəkilən rejissor Nicat Kərimovun "Səkkiz oğul istərəm...” filmi nümayiş etdirilib.


Filmin nümayişindən sonra qəhrəmancasına, gözünü qırpmadan canını fəda edən həmin kəşfiyyatçıların ailə üzvlərinə "Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” təşkilatı tərəfindən təsis edilmiş medallar verilib. Şəhid kəşfiyyatçımız, leytenant Vüqar Yarəhmədovun adını daşıyan oğlu, AzTU- nun tələbəsi Vüqar Yarəhmədov çıxış edərək atası ilə fəxr etdiyini, şəhidlərin, o cümlədən atasının adının uca tutulduğu üçün dövlət başçısına, universitet rəhbərliyinə təşəkkürünü bildirib.

 

AzTU-nun prorektoru İsa Xəlilov çıxış edərək bildirib ki, universitetdə hərbi vətənpərvərlik ideyası hər zaman önə çəkilib. O, qeyd edib ki, kəşfiyyatçılarımızın şücaəti hətta düşməni də heyran qoyub. Ermənistan hərbi ideoloqları kəşfiyyatçılarımızın bu igidliyini öz əsgərlərinə nümunə göstərmək üçün hərbi qaydada, ehtiramla dəfn ediblər.

 

Çıxış edən millət vəkili Hadı Rəcəbli, QHT-lərə Dəstək Şurasının üzvü Emin Həsənli, ehtiyatda olan polkovnik Şair Ramaldanov və xüsusi təyinatlıların komandiri, polkovnik Xətai Baxışov bu əməliyyatın önəmindən danışıblar və kəşfiyyatçılarımızın nəşinin, həmçinin sağ qalan çavuş Aqil Əhmədovun düşməndən alınması ilə bağlı məlumat veriblər.

 

Bildirilib ki, yalnız altı aydan sonra – oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində onların cəsədləri alınır və iki gün sonra Bakıda, II Şəhidlər Xiyabanında dəfn edilir. Sonda Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnıları ilə tədbirə yekun vurulub.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanların xatirə muzeyi yaradılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

UNEC kollektivi Lələtəpədə - Fotolar

UNEC kollektivi Lələtəpədə - Fotolar

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

100 məktəbdə "Milli Qəhrəmanlar" guşəsi yaradılıb

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Milli Qəhrəmanın qardaşı təhsil haqqından azad olundu

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Deputatlar məzunu olduqları məktəbə getdilər - FOTOLAR

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

Şəhidimizin əmisi Prezdentə müraciət ünvanladı—"Görəsən şəhid Pəncəli Teymurov "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq olan bir hərbçidirmi?"

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

BSU-da Milli Qəhrəmanlara, şəhid ailələrinə, şəhidlərə, Qarabağ müharibəsi veteranlarına həmişə xüsusi hörmət və ehtiramla yanaşılmışdır.

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

Şəhid ailəsini hədələyən kredit təşkilatı məlum oldu...

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

ADPU-nun Quba Filialında 20 Yanvar faciəsinə həsr edilən anım mərasimi keçirilib

Texniki Universitetdə əmək haqqı artırıldı

Texniki Universitetdə əmək haqqı artırıldı

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Universitet müəllimlərinin əməkhaqları artırılacaq

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

Qərb Universitetinin tələbələri cəbhə bölgəsində əsgərlərlə birgə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADU-dan milli dəyərlərimizə daha bir töhfə

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

ADPU-da mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Cocuq Mərcanlıya səfər edilib

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

UNEC-də 31 mart soyqırımı qurbanları anıldı

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

ADPU-da Hüseyn Cavidin 135 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib

ADPU-da 20 yanvarla bağlı anım tədbiri keçirilib