Xəbərlər / Valideyn / Saglam həyat
28 oktyabr 2017
3 400


”Uşaqlara çörək yedirtməyin!” - VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ

"Çörək bol olarsa, basılmaz vətən!” Demək olar ki, Azərbaycanda hər kəs bu deyimdə də vurğulandığı kimi çörəyin bol olması tərəfdarıdır. Biz həmişə çörəyə müqəddəs bir nemət kimi yanaşmış, yerə düşdükdə dərhal öpüb gözümüzün üstünə qoymuşuq.

 

Yaşlı nəslin nümayəndələri isə çörəyə qarşı daha həssas davranırlar. 1941-45-ci illər müharibəsini görən hər bir yaşlı çörəyə qarşı hansısa hörmətsizlik edən gənc görəndə mütləq məzəmmətlə belə deyir:

 

"Ay bala, çörəyi ziyan etməyin. Vaxt vardı biz bir tikə çörəyi dilimizin altına qoyurduq ki, eləcə dadını duyaq, bəlkə aclığımız az da olsa keçər”...

 

Çörək Azərbaycan süfrələrinin əsas nemətidir. Hər hansı xörəyi çörəksiz yeyəndə "canımıza yatmır” elə bil. Hətta aramızda elələri var ki, plovu, makaronu, hətta xəngəli də çörəklə yeyir. Biz uşaqların da çörəkdən bol istifadə etməsinin tərəfdarıyıq. Hətta uşaqlar çörək yemək istəməyəndə onları buna zorla məcbur edirik: "Çörəklə ye ki, doyasan”.

    

Aztəhsil.com ailəm.az-a istinadən xəbər verir ki, ancaq mütəxəssislər çörək yeməyin əleyhinədirlər. Pediatr Günay Rəsulova isə əla növ unu əla növ zəhər adlandırıb.

 

O, açıqlamasında bildirib ki, uşaqlara çörək yedirtmək doğru deyil:


"Ağ çörəyin hər hansı bir qidalandırıcı dəyəri yoxdur. Vitamin, mineral və lif baxımından olduqca kasıb qidadır. Ağ un və ondan hazırlanan çörək, digər un məmulatları buğdada yer alan bütün vitamin və minerallar atılaraq hazırlanır. Yalnız asan mənimsənilən zərərli şəkər effektindən başqa heç bir faydası yoxdur”.

 

G.Rəsulovanın sözlərinə görə, çörək yalnızca mədəni dolu tutan və aclığı azaldan bir qidadır. Boş kalori yükü qan şəkərini yüksəldir, diabet riskini artırır, mədə-bağırsaq funksiyalarının pozulmasına (qəbizlik, qastrit və s) yol açır, ürək-qan damar sistemi xəstəlikləri, ateroskleroz və yüksək qan təzyiqi riski yaradır:


"Tərkibində olan nişasta bədən tərəfindən çox tez mənimsənilir və piylənməyə səbəb olur. Ağ çörəkdə olan toksinlər- içərisində olan qatqı maddələri- rafinə duzu, yumşaqlığını, görünüşünü və saxlanma müddətini uzatmaq üçün istifadə olunan kimyəvi maddələr bütün xərçəng növləri riskini artırır”.

 

Pediatr deyir ki, çörək taxıllar qrupuna aid bir qidadir. Onu başqa, daha sağlıqlı taxıl növləri ilə əvəz etmək olar:

 

"Məsələn, bir dilim çörək yerinə 3 xörək qaşığı bulqur aşı övladınız üçün çox faydalı və sağlıqlı olacaq. Ağ çörək əvəzinə tam buğda, çovdar və kəpəkli çörək məhdud istifadə edilə bilər. Bundan başqa maya və qlüten mövzusu da var.


İnsanlar arasında çox yayılmış gizli maya və qlüten allergiyasının olması bu mövzunu daha önəmli edir. Beləliklə, qlisemik indeksi çox yüksək olan ağ çörək sağlamlığa ciddi zərər vurur və ciddi asılılıq yaradır. Çörək alışqanlığı siqaret alışqanlığına bənzəyir. Arıqlamaq üçün pəhriz saxlayan insanların məhz bu qidadan imtina etməsinin çox çətin olması bunu sübut edir. Bu səbəbdən uşaq vaxtından etibarən bu asılılığın qarşısını almaq sizin valideynlik borcunuzdur. Uşaqlara çörək verməyin!”

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bir ailənin beş uşağı pulsuzluqdan məktəbdən qaldı

Bir ailənin beş uşağı pulsuzluqdan məktəbdən qaldı

Şəkər xəstəliyinin dərmanı tapıldı... Kaktusun faydaları

Şəkər xəstəliyinin dərmanı tapıldı... Kaktusun faydaları

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

TƏRBİYƏDƏ 10 QIZIL QAYDA

Qəhvənin Sağlamlığa Məlum Olmayan 8 Faydası

Qəhvənin Sağlamlığa Məlum Olmayan 8 Faydası

Masallı Təhsil Şöbəsində nədən narahatdırlar?

Masallı Təhsil Şöbəsində nədən narahatdırlar?

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Kişi sağlamlığı üçün olduqca faydalı , qadınlar üçün də çox xeyirli bitki

Qripdən qorunmaq üçün bu qidaları yeyin - Siyahı

Qripdən qorunmaq üçün bu qidaları yeyin - Siyahı

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?

Hər gün zəncəfil çayı içsəniz, orqanizmdə nə baş verəcək?

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Uşaqlar üçün idman növü seçərkən diqqətli olun- Aqressiya yaradır

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Xərçəngin 12 növünü məhv edir... - DONDURULMUŞ LİMONUN İNANILMAZ TƏSİRİ

Qadağaları uşaqlara  hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

Qadağaları uşaqlara hansı üsullarla izah etmək daha məqsədəuyğun olar?

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

İki–üç diplomlu müəllimənin qızı nazirə müarciət etdi: “Mikayıl əmi, mənim anamı işə götürün”

Cəzadan və ya  fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

Cəzadan və ya fiziki tənbehin uşaqlarımızın psixologiyasına mənfi təsiri varmı?

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

"Onu deyim ki, bu gün Azərbaycanda, müəllimin əməyindən sui-istifadə hallarına rast gəlinmir"

Qeybət və Uşaqlarımız..

Qeybət və Uşaqlarımız..

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

Mobil telefonlar xərçəng yaradır?- XƏBƏRDARLIQ

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Heyvanın möcüzəvi təsirləri- DİQQƏT

Heyvanın möcüzəvi təsirləri- DİQQƏT

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 İÇKİ

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Siz də OXUYUN ! Qəzada dünyasını dəyişən həyat yoldaşına həsr etdiyi məktub ürək dağlayır

Siz də OXUYUN ! Qəzada dünyasını dəyişən həyat yoldaşına həsr etdiyi məktub ürək dağlayır

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Ölümdən başqa hər dərdə çarə- Qara zirə

Ölümdən başqa hər dərdə çarə- Qara zirə