Noyabrın 1-dən şagirdlərin sayı “Şagird-məzun” sisteminə daxil ediləcək
Noyabrın 1-dən Azərbaycanın orta ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan şagirdlərin sayının "Şagird-məzun” sisteminə daxil edilməsinə başlanacaq.
Aztəhsil.com apa.-ya istinadən xəbər verir ki, bu proses Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə təqvim planında əksini tapıb.
Həm ümumtəhsil məktəblərinin 1-11-ci siniflərində oxuyan, həm də peşə liseylərində təhsil alanların sayının "Şagird-məzun” sisteminə daxil edilməsi 1-30 noyabr tarixlərində aparılacaq.
Təhsil müəssisələri haqqında "Şagird-məzun” sistemində mövcud olan məlumatların dəqiqliyinin və tamlığının təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən yoxlanması və zəruri hallarda müvafiq düzəlişlərin aparılması isə tədris ili ərzində həyata keçiriləcək.
Bundan əlavə, noyabrın 1-dən ümumtəhsil məktəblərində VIII və X sinif şagirdlərinin, peşə liseylərində I və II kurs şagirdlərinin, həmçinin, ümumtəhsil məktəblərinin istəyi ilə I-VII sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının, o cümlədən cari tədris ilinin illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən "Şagird-məzun” sisteminə əlavə edilməsi və ya mövcud məlumatlarda müvafiq düzəlişlərin aparılması icra olunacaq. Bu proses tədris ilinin sonunadək davam edəcək.
Buraxılış imtahanları və yekun qiymətləndirmə ilə əlaqədar yeni təqvim planı təsdiqlənib
Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək
Bu il 314 şagird təhsildən yayındığı üçün buraxılış imtahanlarına buraxılmayıb
Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?
Bugün orta ümumtəhsil məktəblərində son zəng qeyd olunur
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI
Balakən rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib
Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?
Azərbaycanda şagirdlərin illik xərci artırılır - SƏRƏNCAM YERİNƏ YETİRİLƏCƏK
Bu il 1-ci siniflərə gedəcək şagirdlərin sayı açıqlandı
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi
AMEA-nın ilk magistrlərinin Məzun günü keçiriləcək
Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi
Tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi necə həyata keçiriləcək?
Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?
12 illik təhsil sisteminə keçidə dair təkliflər hazırlanacaq
DİM iyunun 17-də 76636 şagird üçün buraxılış imtahanı keçirib
Təhsil naziri əmr verib -Ümumtəhsil məktəblərinin 2016/2017-ci dərs ilinə aid tədris planlarında qismən dəyişiklik ediləcək.
Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI
Azərbaycanda dərsliklər pulla satılır?
Təhsil Nazirliyi tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi qaydalarını açıqlayıb
Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq
Abşeron rayonunun ümumtəhsil məktəblərinin şagirdləri arasında dama yarışı keçirilib"
"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"