“Google” “ağıllı” rayon yaradır - 1 MİLYARD DOLLARA
"Google”un daxil olduğu "Alphabet Holding”in "Sidewalk Labs” şirkəti dünyanın ən texnoloji rayonunu quracaq.
Aztəhsil.com xarici mediyaya istinadən xəbər verir ki, "ağıllı rayon” Kanadanın Toronto şəhərində, Ontario gölünün sahilində yaradılacaq. Burada modul evlər, kuryer robotlar, adaptiv işıqforlarla bağlı eksperimental texnologiyalar, yer altında hərəkət edəcək yük dronları test ediləcək. Rayon sakinləri öz şəxsi avtomobillərində deyil, pilotsuz marşrut vasitələri və velosipedlərdə hərəkət edəcəklər.
Onlar üçün qışda qızdırılan xüsusi cığır yaradılacaq. "Financial Times” yazır ki, "ağıllı rayon”un əsas problemi yerli sakinlərin məlumatlarının gizliliyini qorumaq olacaq, çünki texnologiyalar insanların həyatının bütün sahələrinə – zibil yığmaqdan tutmuş, evlərdəki səs səviyyəsinə qədər – nəzarət edəcəklər.
Bu, "Google”un şəhər məkanı yaradılması işində ilk böyük sınağıdır. "Google Canada” öz baş ofisini oraya köçürmək fikrindədir. Əvvəlcə rayonun ərazisi 8 kv. km olacaq, sonradan genişləndiriləcək. Layihənin dəyəri 1 milyard dollar həcmində qiymətləndirilir. Şirkət artıq işlərin ilk mərhələsi üçün 50 milyon dollar ayırıb.
Kanadanın baş naziri Castin Trüdo layihəni bəyənib. O bildirib ki, texnologiyaların inkişafı sayəsində gələcəkdə daha təmiz, yaşıl və "ağıllı” şəhərlər qurmaq mümkün olacaq.
“Microsoft”un bazar dəyəri 600 milyard dolları ötdü
«Google» ənənəvi enerji mənbələrindən tamamilə imtina edəcək
Bu gödəkçə telefon zənglərinə cavab verə bilir- FOTOLAR
Dünyanın ən ağıllı insanları bu ölkələrdə yaşayır- SİYAHI
Elan ! Təhsil Nazirliyi Təhsil Könüllülərini axtarır....
Ölkələr üzrə təhsil xərcləri – Siyahı
Təhsilə büdcədən 2.5 milyard pul ayrılacaq- ARTIM GÖZLƏNİR
Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA
"YouTube"da videonu avtomatik işə salan funksiya tətbiq ediləcək
Telefonu enerji ilə dolduran və oğrunun şəklini çəkən “ağıllı” pul kisəsi təqdim olunub
"Simsiz şəbəkələrin yayılma dinamikası sahəsində biz aparıcı dövlətlərin səviyyəsindəyik” İT sahəsinə böyük yatırım
Manatın ucuzlaşmasının qarşısını necə almaq olar? -EKSPERT RƏYİ
“Facebook” siyasi reklam qaydalarını dəyişəcək
Akademiyanın 70 illik tarixində belə bir təşəbbüs olmayıb
Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib
Azərbaycanda yeni institut yaradılacaq
Texnologiya dahilərindən övladlarına qadağalar. Robot kimi yetişirlər!
Texnologiya dahilərindən valideynlərə xəbərdarlıq. Robot kimi yetişirlər!
“Facebook” və “Twitter” istifadəçilərinə — VACİB XƏBƏR
İnstagramda ekran görüntüsü çəkmək fikrindən daşınacaqsınız..bu yeniliklə
Tərtərdə məktəb direktorları yol qəzasına düşüb
Bu il 740-dan artıq SABAH tələbəsi məzun olacaq
Manat niyə ucuzlaşır ? EKSPERT RƏYİ
Azərbaycan təhsili hər il 16 milyon dolları rusa, gürcüyə necə yedirdir?