Xəbərlər / Mədəniyyət
23 oktyabr 2017
2 774


MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

 

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli neyrofizioloq alim, akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş "Akademik Hüseyn Həsənov” və "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı” adlı kitabların təqdimatı keçirilib.

 

 

AMEA Mərkəzi Elmi Kitabxanasının və AMEA Fiziologiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə  Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova açıb. L.İmanova  MEK-də elm aləmində xidmətləri ilə seçilən, Azərbaycan zəkasını dünya səviyyəsinə çıxaran alimlərin zəngin elmi irsinin, şəxsi kitabxanalarının, sənəd kolleksiyalarının akademik oxucu icmasının diqqətinə təqdim olunmasından, kitabxananın strateji hədəflərindən biri olan Milli Rəqəmsal Yaddaş (MRY) layihəsi çərçivəsində rəqəmsallaşdırılmasından və etibarlı şəkildə gələcək nəsillər üçün mühafizə olunaraq oxucu auditoriyasının istifadəsinə verilməsindən danışıb.

 

O, akademik H.Həsənovun xatirəsinə həsr edilən "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı”nın çap və elektron formatda kitabxanaya təqdim olunmasının önəmini xüsusi qeyd edib. "Əsas məqsədimiz MEK  fondlarında mühafizə olunan milli irsimiz, tariximiz, mədəniyyətimiz haqqında mənbələri dünya oxucusunun istifadəsinə verməkdir” – deyən L.İmanova bu istiqamətdə son illər MEK-də həyata keçirilən  layihələrə və əldə edilən nailiyyətlərə diqqət çəkib.


Sonra AMEA A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova çıxış edib. Akademik H.Həsənovun fiziologiya sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında böyük rolu olduğunu qeyd edən Ulduz Həşimova alimin keçmiş ittifaq respublikaları ilə, o cümlədən "İnterbeyin” proqramı çər­çivəsində Rusiya, Macarıstan, Polşa, Çexoslovakiya, Yaponiya, Amerika, İngiltərə və digər ölkələrin elmi-tədqiqat müəssisələri ilə yaratdığı əlaqələrdən bəhs edib. Qeyd edib ki, Akademik H.Həsənovun rəhbərliyi dövründə institutun fəal iştirakı ilə AMEA-da "Baş beynin uyğunlaşma funksiyaları” üzrə Ümumittifaq simpoziumu (1980), İnterbeyin xətti ilə "Axtarış aktivliyi, motivasiya və yuxu” beynəlxalq simpoziumu (1981), Ümumittifaq Fizioloqlarının XXIV qurultayı (1983), Zaqafqazi­ya Gənc Fizioloqlarının I, IV konfransları (1990, 1992) kimi bir sıra beynəlxalq əhəmiyyətli simpo­zium və konfranslar keçirilib.

 

Nitqinin sonunda U.Həşimova akademik H.Həsənovun xatirəsinə həsr olunmuş "AMEA Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar Cəmiyyətinin elmi əsərlərinin külliyyatı”nın çap və elektron formatda nəşrini kitabxanaya təqdim edib.  Böyük alimin  85 illik  yubileyinə həsr edilmiş külliyyatın XXXV cildində Ə.İ.Qarayev adına Fiziologiya İnstitutunda, Bakı Dövlət Universitetində, Azərbaycan Tibb  Universitetində aparılan, həmçinin Azərbaycan Fizioloqlar Cəmiyyətinin üzvlərinin elmi tədqiqat işlərinin nəticələrinə aid məqalələr toplanıb.


Sonra alimin həyat yoldaşı Arifə Həsənovanın dəstəyi və araşdırmaçı yazar Şəlalə Məhyəddinqızının müəllifliyi ilə hazırlanmış "Akademik Hüseyn Həsənov” kitabının video təqdimatı  nümayiş olunub. H.Həsənovun elmi fəaliyyətinə həsr olunmuş kitabda alimi yaxından tanıyan iş yoldaşlarının, yaxın dostları olmuş fizioloq həmkarlarının, aspirantlarının  xatirələri toplanıb, alimin beynəlxalq konfranslarda iştirakı, qazandığı mükafatlar, arxivində olan sənədlər və fotolar əksini tapıb.


Çıxış edənlərdən AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov, AMEA-nın müxbir  üzvü Rafiq Qasımov, professorlar Ədalət Fərəcov, Arif Məmmədov, Fəxrəddin Əsgərov, Əli Allahverdiyev, Zakir Məmmədov, Xədicə İsmayılova, Arif Mehdiyev Hüseyn Həsənovla bağlı xatirələrini bölüşüb, onun yüksək elmi fəaliyyətinin və şəxsi keyfiyyətlərinin xarakterik cizgilərini yada salıblar.


Sonda alimin həyat yoldaşı Arifə Həsənova və ailə üzvlərindən Rasim Müzəffərli  çıxış edərək akademik Hüseyn Həsənova həsr edilmiş hər iki kitabın ərsəyə gəlməsində əməyi olanlara və keçirilən təqdimata görə MEK və AMEA Fiziologiya İnstitutu kollektivinə minnətdarlıqlarını bildiriblər.


Qeyd edək ki, Hüseyn Heydər oğlu Həsənov 300-dən artıq elmi işin, 5 monoqrafiyanın, mərkəzi sinir sisteminin fiziologiyasına aid dərsliklərin, fiziologiya sahəsinə aid elmi kitabların müəllifi olub. Onun rəhbərliyi altında 5 doktorluq, 40-dan artıq elmlər namizədi dissertasiyası müdafiə edilib. Elmi nailiyyətlərinə görə 1972-ci ildə "Azərbaycan Dövlət mükafatı” na layiq görülüb,  1978-ci ildən başlayaraq Azərbaycanı YUNESKO-da "Beyinin öyrənilməsi” üzrə beynəlxalq təşkilatda təmsil edib. Çoxşaxəli elmi fəaliyyəti nəticəsində H.Həsənov nəinki fi­ziologiya, eləcə də səhiyyə və fizika sahəsində çalışan alimlərlə elmi əməkdaşlıq edib. Bu da ali sinir fəaliyyətinin patologiyası və psixi sinir pozğunluqlarının müalicəsi üzrə kompleks tədqiqatlar aparılmasına imkan yaradıb. Hüseyn Həsənov yaradıcılığının məhsuldar bir dövründə, 1995-ci ildə 62 yaşında vəfat edib.

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib 

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib 

MEK-də akademik Hüseyn Həsənovun xatirəsinə həsr olunmuş kitabların təqdimatı keçirilib

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
AMEA-da yeni TƏYİNATLAR

AMEA-da yeni TƏYİNATLAR

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

İyulun 7-də AMEA-nın magistraturasında ilk buraxılış olacaq

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

Akademik Siddiqə Məmmədova ilə vida mərasimi keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

ADPU-nun Quba Filialında akademik Zərifə Əliyevanın 94 illik yubileyinə həsr edilən məqalə müsabiqəsi keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

LDU-da “İnsan və ətraf mühit münasibətləri” mövzusunda respublika elmi konfransı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

MEK-də professor Aleksandr Umnyaşkinin kitab kolleksiyasının təqdimatı keçirilib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəfat edib

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

Mərkəzi Elmi Kitabxanada “MEK fondlarında mühafizə olunan təhsil, tədris, təlimə dair sənədlərin təqdimatı “ adlı tədbir keçirilib

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

“Azərbaycan bayrağı” kitabının təqdimatı olub

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-nın iki institutuna yeni direktor seçiləcək

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA-dan Tarix İnstitutunun xəritə bəyanatına CAVAB- YALNIŞ RƏY

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

AMEA üzvlərinə müraciət edilir ki, dərslik yazın, yazan yoxdur

Alimlər üçün layihə müsabiqəsi elan edilib

Alimlər üçün layihə müsabiqəsi elan edilib

AMEA-nın bir institutu digərini ittiham edib

AMEA-nın bir institutu digərini ittiham edib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

MEK-də Cümhuriyyətimizin 100 illik yubileyinə həsr edilmiş sərgi təşkil olunub

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

Əlyazmalar İnstitutu Xətainin nəvəsinin “Divan”ının surətini əldə edib

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA-nın şöbə müdiri vəfat edib

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

AMEA Bakı Mühəndislik Universiteti ilə əməkdaşlıq edəcək (FOTO)

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

Firəngiz Əlizadənin yaradıcılığına həsr olunan tədbir keçirilib

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub

AzMİU-da dünya şöhrətli alim akademik Roald Saqdeyevlə görüş olub