Xəbərlər
19 oktyabr 2017
2 139


Azərbaycanlı gənclər Soçidə

Azərbaycanlı gənclər Soçidə

Azərbaycanın nümayəndə heyəti Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr festivalında iştirak edib.


Festivalın şüarı: "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik" olub.  

 

"İrəli” İctimai Birliyinin sədri Mir Həsən Seyidov qeyd edib ki,  erməni gənclər festival çərçivəsində keçirilən sərgidə Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistan ərazisi olduğunu göstərən broşürlar nümayiş etdiriblər.

 

Festival çərçivəsində təxribatı hiss edən Azərbaycan nümayəndə heyəti nümayişdən əvvəl xüsusi bəyanatla çıxış edib və forum iştirakçılarına məlumat veriblər. 

 

Sədr onu da qeyd edib ki, ermənilərin təxribatının qarşısı alınması məqsədi ilə Azərbaycan nümayəndə heyəti razılıq əldə edərək 18 oktyabr Dövlət Müstəqillik gününün festivalda qeyd olunmasına nail olubdur.

 

Müstəqillik günümüzdə Dağlıq Qarabağ və onun ruhunu, Azərbaycanı əks etdirən çıxışlar olub,  Azərbaycanın milli musiqiləri, həmçinin "Sarı gəlin” ifa olunub. Həmçinin Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu sübut edən materiallar paylanılıb, iştirakçılara bəyanat nüsxələri verilib, Azərbaycan mətbəxinin zənginliklərini əks etdirən –şəkərbura, paxlava kimi milli mətbəximizin nümunələri öz əksini tapıb.

 

M. Seyidov bildirib ki, əlavə olaraq tərəfimizdən sosial şəbəkələrdə festival iştirakçıları xüsusi məlumatlandırma həştagları müəyyənləşdiriblər.

 

Festivalda Azərbaycan xüsusi stendlə iştirak edib. Stenddə Azərbaycan haqqında qeyd edilən məlumatlar yüksək diqqətə səbəb olubdur.  Forumda Azərbaycan stendinə, sərgi yerinə yaxınlaşan şəxslərə ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb, Azərbaycanın dövlət gənclər siyasəti haqqında məlumatlar çatdırılıbdır.

 

XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalının açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmiləri iştirak edirlər. 

 

 Festivalda "İrəli” İctimai Birliyinin, həmçinin Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) nümayəndə heyəti iştirak edir.  

 

XIX Ümumdünya gənclər və tələbə festivalı Soçi şəhərində 14-22 oktyabr tarixlərində keçirilir və dünyanın 150 ölkəsindən, müxtəlif sahələrdən 20 mindən çox  gənc mütəxəssisi öz ətrafında toplayacaq. 

 

 

Azərbaycanlı gənclər Soçidə

 

Azərbaycanlı gənclər Soçidə

 

Azərbaycanlı gənclər Soçidə

 

Azərbaycanlı gənclər Soçidə

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

ADU-da Çin nümayəndə heyəti ilə görüş keçirildi

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

Beynəlxalq kitab sərgisində Azərbaycana qarşı təxribat - FOTO

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

ADU tələbələri üçün “Gənc Elçilər” proqramı çərçivəsində təqdimat keçirilib

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

Böyük Britaniyanın Lester Universitetinin nümayəndə heyəti UNEC-də olub

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

2 yaşlı şəhidimiz Zəhraya görə Gürcüstanda tələbə həmyerlilərimiz aksiya keçirib

İndoneziyanın nümayəndə heyəti ADU-nun tələbələri ilə görüşüb

İndoneziyanın nümayəndə heyəti ADU-nun tələbələri ilə görüşüb

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

BANM-də Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

UNEC-lə Süleyman Dəmirəl Universiteti arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

Tələbə və şagirdlərin bədii yaradıcılıq festivalı keçirilib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-nun Quba Filialının nümayəndələri 2 Fevral -Azərbaycan Gənclər Gününə həsr olunmuş tədbirdə iştirak edib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

ADPU-da Xocalı soyqırımının iyirmi beşinci ildönümünə həsr edilən anım mərasimi keçirilib

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

Şimali Kiprdə 28 May Respublika Günü qeyd olunub

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

“Peşəm mənim karyeramdır- gənc qızlara dəstək” adlı layihə çərçivəsində sərgi keçirilib

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

Qərb Universitetində Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf  konsepsiyası” layihəsi təqdim olunub

AzMİU-da “Azərbaycanın işğal altında olan ərazilərinin gələcək inkişaf konsepsiyası” layihəsi təqdim olunub

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

Azərbaycanlı tələbələr birinci oldular

Azərbaycanlı tələbələr birinci oldular

ADU-da Şahin İsmayılovla görüş keçirilib

ADU-da Şahin İsmayılovla görüş keçirilib

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verildi

Putin İlham Əliyevə məktub göndərdi

Putin İlham Əliyevə məktub göndərdi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

Sumqayıtda gənclər üçün “Sosial Mühəndislik” peşəsi təlimi

ADPU-da TGT üzvləri mükafatlandırılıb

ADPU-da TGT üzvləri mükafatlandırılıb