Xəbərlər
18 oktyabr 2017
2 853


ATU-da I kurs tələbələrinin dərs sistemində yenilik edilib

Bu ildən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) I kurslarının tədrisində yeni bir sistem tətbiq olunur.

 

Aztəhsil.com report-a istinadən xəbər verir ki, universitetdən verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin əmrinə əsasən, I kurs tələbələri artıq ilkin tibbi yardım kimi vacib dərsi mulyajlar vasitəsilə praktiki bacarıq formasında keçəcəklər.


ATU-nun ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımovun sözlərinə görə, yeni sistem tələbələrin praktiki biliklərini artırmasına yardımçı olacaq:

 

"Bu dərs sistemi bu il pilot proqram tətbiq olunur. Güman edirəm ki, nəticəsi müsbət olacaq. Məsələn, biz bu gün dərsdə tələbələrimizə ürəyin qapalı masajı və süni tənəffüs verilməsi prosesini öyrədirik. Bu dərs dünyada qəbul olunmuş terminə əsasən "CPR” adlanır. Tələbələri məhz beynəlxalq terminlərə alışdırmaq, bütün dünyada qəbul olunmuş sistemləri öyrətmək istəyirik. Düzdür, ola bilər ki, Azərbaycan dilimizdə bu termin aydın səslənmir Lakin beynəlxalq standartlara uyğun olaraq bu dərsin adı "CPR” kim tanınır. Bu dərsin tədrisində əsas məqsəd, hələ həkim olmadan zərər çəkmiş insana ilk tibbi yardımı göstərə bilmək bacarığının aşılanmasıdır”.


O, qeyd edib ki, Amerika Ürək Assosiasiyasının tərtib etdiyi protokola əsasən, ATU tələbələrinə ardıcıl standart qaydalarla bu dərs keçirilir:

 

"Protokolda əsas şərt - insanlara –vaxtında, korrekt və dəqiq şəkildə ilk yardımı göstərə bilməkdir. Çünki bu yardım vaxtında olmazsa, beyin ölümünə gətirib çıxarır və bundan sonra yardımın heç bir köməyi olmur. Beyin ölümü ilə klinik ölüm arasında 3-4 dəqiqə vaxt var. Bu dəqiqələr ərzində biz həkimlər pasiyentin xilası üçün əlimizdən gələni etməliyik. Ona görə də tələbələrimiz bu proseduru dəqiq şəkildə mənimsəməlidirlər ki, yolda və ya hardasa bir hadisə ilə üzləşdikdə təcili tibbi yardım göstərə bilsinlər”.


"Bu pilot layihəsi çərçivəsində I kurs tələbələrinə əsas 9 bacarıq öyrədilir. CPR (ürək masajı), Hemlix manevrası (nəfəs tıxılması nəticəsində qarının üstünü basma bacarığı), aseptika, antiseptika qaydaları və sarğıların qoyulması, qanaxmaların dayandırılması, nəbzin, tənəffüsün və arterial təzyiqin ölçülməsi, iynələrin vurulması (əzələ və vena daxili), sınmış və çıxığı olan xəstələrə ilk yardım, şinaların qoyulması, belə xəstələrin daşınma qaydaları və nəhayət, dəm qazı ilə zəhərlənmiş, yanmış insanlara ilk yardımın göstərilməsidir” -  mütəxəssis əlavə edib.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakıda məktəblini vuran motosiklet sürücüsü: Qəfil qarşıma çıxdı

Bakıda məktəblini vuran motosiklet sürücüsü: Qəfil qarşıma çıxdı

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Azərbaycanda müəllim dərs vaxtı öldü

Azərbaycanda müəllim dərs vaxtı öldü

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Ali məktəbin tələbələri arasında kütləvi dava düşüb, bir nəfər bıçaqlanıb - YENİLƏNİB

Azərbaycanda müəllim dərs vaxtı ölüb

Azərbaycanda müəllim dərs vaxtı ölüb

Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)

Millət vəkilinin oğlu avtomobillə tələbəni vurdu (TƏFƏRRÜAT)

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

Rezidentlərin yekun attestasiyasının vaxtı AÇIQLANDI

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən yataqxananın əsaslı təmirdən sonra açılışı olub

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Odlar Yurdu Universitetinin tələbələri İsveçrə Ali məktəbinin də diplomunu ala biləcəklər

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

Gözdən əlil abituriyentlər üçün dövlət hesabına plan yerləri ayrılıb

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Osmanlı sultanlarının ölüm səbəbləri- Acı və müəmmalı gerçəklər

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Qərb Universitetinin tələbələri “Açıq kitab” üsulu ilə imtahan veriblər +FOTOLAR

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi  QAYDALARI

İşçilərə məzuniyyət vaxtı əlavə sosial - məişət şəraitinin yaradılması məqsədilə müavinət, yardım və digər ödənclərin verilməsi QAYDALARI

Məktəblərdə və digər müəssələrdə DALANDAR işinin xüsusiyyətləri

Məktəblərdə və digər müəssələrdə DALANDAR işinin xüsusiyyətləri

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

ADU-nun rektoru Norveçə gedən tələbələrlə görüşdü

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Milli Məclisin deputatı Aydın Mirzəzadə ADU-da oldu

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN