Xəbərlər / Digər Xəbərlər / Ekspert
30 sentyabr 2017
3 259

DİM-in elan etdiyi yeni qaydalar ,VDİ-yə niyə getmirik ?

DIM və Təhsil Nazirliyinin 2019-cu ildə IX və XI-ci siniflər üçün buraxılış imtahanları eləcə də qəbul imtahanları ilə bağlı, verdiyi bəyanatda bir çox qaranlıq məqamlar var.
Əvvəla, IX-cu siniflər üzrə buraxılış imtahanlarda xarici dil imtahanı salınması müsbət addımdır.
Təhsil Nazirliyi Azərbaycan Respublikasının təhsil haqqında Qanununu 19-cu maddəsində(aşağıda qeydə baxın ) eləcə də Azərbaycan Respublikasında Təhsilin İnkiafı üzrə Dövlət Strategiyasının müddəalarına uyğun olaraq, ümumitəhsil məktəblərində xarici dillərin tədrisinin keyfiyyətinin yaxşılaşdırılması , eyni zamanda xarici dil müəllimlərinin peşəkarlığının inkişafı ilə bağlı, ciddi sistemli addımlar atmalıdır.
Bu gün xarici dili bilmək gələcək karyerasını qurmaq üçün hər bir gəncimizə vacibdir. 2019-cu ildə ediləcək dəyişikliklərin vahid dövlət imtahanına keçid olacağını düşündüyümüz halda, qəbul edilmiş qərarda bir çox boşluqlar var.
XI-ci sinifi bitirən məzunlar riyaziyyat, ana dili və xarici dildən buraxılış imtahanı verəcəklər. Qəbul imtahanında hər bir qrupda üç fənnin salınması və həm buraxılış həm qəbul imtahanının ümumi nəticəsi olaraq, abituriyentlərin ali məktəblərə qəbul prosesi baş tutacağı ilə bağlı fikir bildirilir. Maksimum balın 700 bal olması ilə əvvəlki qayda ilə saxlanılır. I və II qruplarda həm buraxılış, həm də qəbulda riyaziyyat fənninin ,III qrupda isə həm buraxılış, həm də qəbul imtahanında ana dilinin saxlanılması əlavə suallar yaradır.
Belə ki, I və II qrupa sənəd verəcək abituriyent həm buraxılı. Həm də qəbul imtahanında riyaziyyatdan imtahan verməli olacaq. Bu zaman ballar necə hesablanacaq?
Eyni vəziyyəti III qrupda ana dilinə də aid etmək olar. Fikirlərimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, məsələnin ən optimal yolu Rusiya Federasiyasında olduğu kimi Vahid Dövlət İmtahanı təşkil olunmalıdır.
İstər IX istər XI-ci siniflərin yazı vərdişlərini yoxlamaq üçün eyni zamanda ( hər birinə 1 saat olmaqla cəmi 3 saat ) inşa, imla və ifadə yazdırmaqla bir gün, başqa bir gündə isə ana dili, riyaziyyat və ingilis dili əsas olmaqla, daha üç fənn isə məzunlar üçün könüllü seçim etməklə, vahid dövlət imtahanı təşkil olunmalıdır. 
QEYD : Təhsil Qanunu Maddə 19 :-Maddə 19. Ümumi təhsil
19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir.
19.2. Ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafina, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və dünyəvi dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət, dövlət və ətraf mühit qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır.

19.3. Ümumi təhsil müvafiq təhsil prоqramları əsasında həyata keçirilir.
19.4. Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi оrta təhsil və tam оrta təhsildən ibarətdir.
19.5. Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyəsindən digər səviyyəsinə keçid qaydaları müvafiq icra hakimiyyəti оrqanı tərəfindən müəyyən edilir.
19.6. Ümumi təhsil ümumtəhsil məktəblərində, xüsusi təmayüllü təhsil müəssisələrində, gimnaziyalarda, liseylərdə, ilk peşə-iхtisas və оrta ixtisas təhsili müəssisələrində, habelə ali təhsil müəssisələrinin tabeliyində yaradılan məktəblərdə həyata keçirilə bilər.
19.7. Ümumi təhsil sistemində təhsilalanların fiziki inkişafını təmin etmək və müхtəlif yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək məqsədi ilə məktəbdənkənar təhsil proqramları tətbiq olunur.
19.8. Ümumi təhsili хüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif оlunurlar.
19.9. İbtidai təhsilin məqsədi təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaqdan ibarətdir.
19.10. İbtidai təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
19.11. Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır.
19.12. Valideynlərin və ya uşaqların digər qanuni nümayəndələrinin arzusu ilə təhsil müəssisəsi хüsusi istedadlı uşaqları müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edə bilər.
19.13. Ümumi оrta təhsilin məqsədi təhsilalanların şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, təhsil proqramına daxil olan fənlər üzrə və eləcə də dünya sivilizasiyasının inkişafı haqqında müvafiq bilik və təsəvvürlərinin formalaşdırılmasını, müasir informasiya-kommunikasiya vasitələrindən istifadə etmək qabiliyyətini, hadisələri qiymətləndirmək və öz gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir.
19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir.
19.15. Ümumi orta təhsil müvafiq təhsil prоqramına əsasən həyata keçirilir.
19.16. Ümumi оrta təhsil səviyyəsində yekun qiymətləndirmə aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi verilir. Ümumi оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə və səviyyədə davam etdirilməsi üçün əsas sayılır.
19.17. Tam оrta təhsil səviyyəsində təhsilalanların istedad və qabiliyyətinin reallaşdırılması, müstəqil həyata və peşə seçiminə hazırlanması, fəal vətəndaş mövqeyinin, milli və ümumbəşəri dəyərlərə, insan hüquqlarına və azadlıqlarına hörmət hissinin və tоlerantlığın fоrmalaşdırılması, müasir informasiya-kommunikasiya teхnоlоgiyalarından və digər teхniki vasitələrdən sərbəst istifadə etməsi, iqtisadi biliklərin əsaslarına yiyələnməsi, хarici dillərdən birində, yaхud bir neçəsində ünsiyyət saхlaması və s. təmin оlunur.
19.18. Tam оrta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil prоqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam оrta təhsil pulsuzdur.
19.19. Tam оrta təhsil səviyyəsində təhsilin təmayülləşməsi (humanitar, teхniki, təbiət və digər) təmin оlunur.
19.20. Tam оrta təhsil umumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsilalanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
19.21. Tam оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
 
Elşən Qafarov Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru.Aztehsil.com saytının rəhbəri
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları NK-nin 115 №-li QƏRARI

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Maddə 1. Əsas anlayışlar    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Təhsil naziri Mikayıl Cabbarov yeni əmr imzaladı!!

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

9 illik bazadan kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

“Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları təsdiq edilmişdir”.

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Azərbaycanda təhsil sistemi və təhsil sahəsində dövlət siyasətinin prinsipləri

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Hansı məzunlar fərqlənmə attestatı alacaq?

Hansı məzunlar fərqlənmə attestatı alacaq?