Xəbərlər / Digər Xəbərlər
29 sentyabr 2017
6 354


“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

 

"Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi 2019-cu ildə buraxılış imtahanlarının hansı fənlərdən aparılması ilə bağlı qərar verib".
 
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası olacaq: "İclasda imtahanların yeni modelinə baxılacaq, verilən qərardan sonra ictimaiyyətə yeni qərarlar açıqlanacaq"
 
M.Abbaszadə qeyd edib ki, 2019-cu ildən ali təhsil müəssisələrinə qəbul zamanı buraxılış və qəbul imtahanın birgə nəticəsi götürülsə də, abituriyentlərin qiymətləndirilməsində yekun nəticə 700 bal olacaq.
 
Qəbul imtahanlarında fənlərin sayının 5-dən 3-ə endirilməsinə və bunların hansı fənlər olmasına gəlincə, M.Abbaszadə deyib: 

"İki ildən sonra ali məktəblərə qəbul imtahanları 2 hissədən ibarət olacaq. Birinci mərhələdə buraxılış imtahanında aparılan qiymətləndirmə nəticəsində şagirdlərin topladığı ballar ikinci mərhələdə olan fənlərin üzərinə əlavə ediləcək. Ümumi qəbul birinci və ikinci hissənin ümumi nəticələrinə əsasən aparılacaq. Buraxılış imtahanlarında tətbiq edilən imtahan fənləri elan edilib. 
Lakin qəbul imtahanlarında olacaq fənlərin sayı Təhsil Nazirliyi ilə birgə müzakirə edilib və ümumi razılığa gəlinib. Bununla bağlı tam model hazırdır. Sabah Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının iclası keçiriləcək və bu məsələyə baxacaq. Bu iclasda yekun razılıq əldə olunndan sonra ictimaiyyətə təqdim ediləcək”.


M. Abbaszadənin sözlərinə görə, buraxılış imtahanları və qəbul imtahanlarının vaxtı ilə bağlı indidən fikir söyləmək olmaz.
"Hər ilin əvvəlində qəbul imtahanlarının vaxtı ilə bağlı elan verilir. 2 ildən sonra tətbiq ediləcək yeni imtahanların keçiriləcəyi vaxt da 2018-2019-cu tədris ilinin əvvəlində elan ediləcək”.
 
DİM sədri bildirib ki, iki ildən sonra tətbiq ediləcək yeni növ qəbul imtahanlarında açıq tipli test suallarının sayı daha da çox olacaq.
Onun sözlərinə görə, imtahanda bu suallarla yanaşı, müxtəlif növ tapşırıqlar və yazı işləri də tətbiq ediləcək:
"İki ildən sonra buraxılış imtahanları verən XI sinif məzunları yeni növ imtahanlarında iştirak edəcək. Buraxılış imtahanları 3 fəndən Ana dili, Riyaziyyat və Xarici dildən (ingilis, fransız, alman dili) olacaq. Bununla bağlı dünyada olan təcrübə öyrənilir".
M.Abbaszadə qeyd edib ki, son 20 il ərzində kütləvi imtahanlarda yalnız qapalı test istifadə edilirdi. Son 10 ildə hər bir fənn blokunda 1-2 açıq ipli sualdan başlayaraq, bu il hər bir fəndən 5 olmaqla açıq tipli test sualları istifadə edilib:
"Yeni imtahanlarda belə sualların sayı daha da çox olacaq. Bu suallarla yanaşı imtahanlarda təkcə açıq tipli suallar yox, müxtəlif yazı işləri, müxtəlif növ tapşırıqlar da tətbiq ediləcək. Amma bunu tətbiq edəndə Azərbaycanın reallığını, təhsil sistemindən bunun mümkünlüyünü və praktik olaraq imtahanın təhlükəsizliyinin necə qorumaq lazım olduğunu düşünməliyik. Yeni tip tapşırıqların tətbiqi ölkədə təhsil sistemində 9 il əvvəl kurikulum sisteminə keçid, yeni standartların tətbiqi ilə əlaqədardır. Buna əsasən imtahanlar da yeni tapşırıqlara, yeni sistemə əsasən aparılacaq”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Test imtahanı ləğv edilir: Məleykə Abbaszadə açıqladı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

Buraxılış imtahanlarında ediləcək dəyişikliklər açıqlanıb

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

"Əvvəlki ilə müqayisədə “Yeni model” daha sadə, müasir və mütərəqqidir…"

DİM ittihamlara cavab verdi

DİM ittihamlara cavab verdi

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Qəbul imtahanlarında 700 bal sistemi ləğv olunur?

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

Məleykə Abbaszadə - 9-cu sinifdən kolleclərə getmək istəyən şagirdlər buraxılış imtahanlarını mütləq verməlidirlər ....

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Məleykə Abbaszadə nə etmək istəyir – deputatdan ŞƏRH

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Test imtahanı ləğv edilir? - Mikayıl Cabbarov AÇIQLADI

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Qəbul imtahanları ilə bağlı dəyişilik gözlənilən ,hətda gecikmiş bir qərardır.

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Hamlet İsaxanlı Məleykə Abbaszadəni DƏSTƏKLƏDİ: “Mətbuat təhrif edir”

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Məleykə Abbaszadə: Dövlət qulluğuna qəbulla bağlı müsabiqənin oktyabrın sonlarında keçirilməsi nəzərdə tutulur

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb

Qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb