Xəbərlər / Digər Xəbərlər
21 sentyabr 2017
6 314

Bakının orta məktəblərində bit yayıldı - Valideynlər həyəcanda

Dərs ilinin açılması özülə bərabər problemlər də gətirdi. Bu dəfə bit problemindən yazacayıq.

Yay tətilini şəhərdən kənarda və regionlarda keçirənlərin hamısı şəhərə qayıdıblar. Üstəlik də özlərilə bərabər kiçik bir problem gətiriblər.

Könül Məmmədzadə (ad şərtidir) adlı valideyn övladını məktəbə göndərib və uşaq məktəbdən qayıtdıqdan sonra saçında sirkə tapıb. Valideyn deyir ki,  məsələ ilə bağlı digər valideynlərə də xəbər verib. Məlum olub ki,  bit təkcə bir məktəbdə deyil,  şəhərin müxtəlif yerlərində yayılıb. Uşaq bağçalarında da bu problem var.

Qeyd edək ki,  bir neçə gün bundan əvvəl deputat Araz Əlizadə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında ölkədə bit təhlükəsinin olduğunu gündəmə gətirmişdir.
 
 Bakının orta məktəblərində bit yayıldı  - Valideynlər həyəcanda

Millət vəkili bu şikayətləri araşdırdığını qeyd etmişdir.  "Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəng etdim, bildirdilər ki, əvvəllər onlar müqavilələr əsasında zirzəmiləri, zibil yeşiklərini dərmanlayıblar. Amma indi müqavilə yoxdur. Səhiyyə Nazirliyindən də dedilər ki, onlarla kimsə müqavilə bağlamayıb. Mənzil Kommunal İdarəsinə də getdim. Oradan da dedilər ki, İcra Hakimiyyəti bunun üçün pul ayırmayıb. Həmin İcra Hakimiyyətinin adını çəkmək istəmirəm, amma ora da getdim. Dedilər ki, bunun üçün İcra Hakimiyyəti başçısının adına ərizə yazmalıyam, qəbula düşməliyəm. Adamı yorurlar, bu, biabırçılıqdır”.

Məsələ ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxladıq.  Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov açıqlamasında bildirdi ki,  hansı nömrəli bağça və ya məktəbdirsə,  hansı uşaqda tapılıbsa bizə məlumat verilməlidir. Biz bundan sonra araşdırma apara bilərik. Biz müqavilə əsasında dezinfeksiya işləri aparırıq. Mərkəzə bitin yayılması ilə bağlı konkret müraciət daxil olmayıb. Rayonlarda fəaliyyət göstərən şöbələrimizə konkret olaraq bitin yayıldığı müəssisə, sinif haqqında məlumat verilməlidir,  biz bundan sonra yoxlamalar aparırırıq”. 

Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Mən məzuniyyətdə ola ola yerim vakant verilib

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Ali məktəblərə imtahansız qəbul mümkün olmayacaq – Spiker aydınlıq gətirdi

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Təhsil Nazirliyi: İbtidai siniflərdə ev tapşırığı verilməməlidir, 1-ci sinfə isə...

"Heç bir dövlət qurumunun rəhbəri qanunla "gizlənpaç" oynaya bilməz"

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Birinci sinif müəllimi: "Elə çimdik alacam ki..."

Təhsil Nazirliyi: “İbtidai siniflərdə oxuyan şagirdlərə ev tapşırığı verilməməlidir”

“Məktəbəqədər təhsil haqqında" qanun layihəsi qəbul olunub

Qənirə Paşayeva Tovuz məktəblərində "Son Zəng"lərində iştirak etdi

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

İsa Həbibbəyli: Ölkədə məktəbəqədər təhsil şəbəkəsi genişlənəcək

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Millət vəkili müəllimlərin müraciətini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə söz verdi

Deputat ali məktəblərə qəbulu asanlaşdırıb, bitirməyi çətinləşdirməyi təklif edib

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Bakı kəndlərində qız uşaqlarının oxumasına qadağa qoyulub

"Müstəqillikdən sonra təhsil sahəsində də boşluqlar yarandı"

"Xaricilərin məktəbəqədər təhsil müəssisələrinə sərmayə ayırması tam doğrudur"-ekspertlərdən cavab