Xəbərlər / Digər Xəbərlər
22 avqust 2017
3 540


Özəl ali məktəblər boş qaldı

 

Nə təhsilin keyfiyyətini yüksəldə bilir, nə də qiyməti endirirlər

Bu il özəl təhsil müəssisələrinin plan yerlərinin yarısı boş qaldı. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, 2017/2018-ci tədris ili üzrə 6245 plan yerinə 3666 nəfər qəbul olunub. Onlardan 3506-sı Azərbaycan, 160-ı rus bölməsinin məzunlarıdır.

Özəl ali məktəblərə qəbul olunan 3666 nəfərin 437-si I, 1665-i II, 1408-i III, 108-i IV, 48-i isə V ixtisas qrupunu seçib. Bu il özəl ali təhsil müəssisələrinə qəbulolma faizi 58.70% olub (44.82 %-i I, 52.61 faizi II, 81.39 %-i III, 40.00%-i IV, 45.71 %-i isə V qrup üzrə).
Qeyd edək ki, qəbul imtahanlarının I mərhələsinin nəticələrinə əsasən, özəl ali məktəblərdə 2579 (41.30%) vakant yer qalıb.

Təhsil eksperti Nadir İsrafilov bildirib ki, ölkəmizdə dövlət təhsil müəssisələrinə daha çox üstünlük verilir: "Çox az adam olur ki, kodlaşdırmada özəl təhsil müəssisələrinin adını birinci seçsin. Bununla bağlı Məleykə Abbaszadə hələ 2013-cü il üzrə qəbul imtahanlarının nəticələrinə həsr olunan konfransda demişdi ki, "hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil”. Onun sözlərinə görə, sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 5.02 faiz olub. On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır. Bu gün özəl ali təhsil müəssisələri dövlət ali təhsil müəssisələri ilə dövlət sifarişi əsasında qəbul aparılan yerləri tutmaq üçün rəqabət aparmaq və ümumiyyətlə, daha bilikli gəncləri özlərinə cəlb etmək üçün həm təhsilin səviyyəsini qaldırmalı, həm də yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində əhəmiyyətli güzəştlər etməlidirlər. Lakin, təəssüf ki, bir çox özəl ali təhsil müəssisələri bu məsələdə o qədər də maraqlı deyillər”.

Özəl ali təhsil müəssisələrinin bir müddət fəaliyyət göstərdikdən sonra bağlanmasına gəlincə, İsrafilov qeyd edib ki, bu, ali təhsil müəssisələrinin rəqabətə davamlılığından asılıdır: "Düzdür, bir sıra özəl təhsil müəssisələri müəyyən müddət ərzində tədris prosesinin təşkilində yol verilən nöqsanların aradan qaldırılması istiqamətində bəzi addımlar atdılar, maddi-texniki bazalarının möhkəmləndirilməsi istiqamətində tədbirlər görməyə başladılar. Rəqabətə davam gətirə bilməyənlərin isə fəaliyyətlərinə xitam verilib və bu proses davam etməkdədir”.
Müsahibimiz bildirir ki, özəl təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı çox ciddi problemlər bu gün də qalmaqdadır. Həmin problemlərdən biri bu təhsil müəssisələrində qəbul planının dolmaması ilə bağlıdır. "Bunun əsas səbəblərindən biri həmin təhsil müəssisələrində keyfiyyətin aşağı olması, kadr hazırlığının kifayət qədər səmərəli aparılmaması ilə bağlıdır”.

Təhsil ekspertinin sözlərinə görə, özəl ali təhsil müəssisələrinin yaradılmasından xeyli müddət keçməsinə baxmayaraq, ölkə ictimaiyyətində özəl təhsil müəssisələrinə inam, hələ ki, kifayət qədər formalaşmayıb: "Buna misal isə ali məktəblərə sənəd verən abituriyentlərin yalnız son sıralarda, dövlət ali məktəblərindən sonra, hər ehtimala qarşı, özəl ali təhsil müəssisələrini qeyd etmələrini göstərmək olar. Son olaraq onu əlavə edə bilərəm ki, özəl təhsil müəssisələrinin taleyi bir çox halda öz əllərindədir. Əlbəttə, dövlət dəstəyi də bu işdə az rol oynamır”.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin "Ekspress”ə bildirdiyinə görə, özəl təhsil müəssisələrində təhsil haqqı yüksək olduğu üçün tələbə və valideynlər dövlət təhsil müəssisələrini seçir: "Digər səbəb abituriyentlərin dövlət təhsil müəssisəsinə qəbul olunmaq istəyidir. Abituriyentlər kodlaşdırma zamanı ilk növbədə dövlət təhsil müəssisələrini, sonra isə özəl ali məktəbləri seçir. Eləcə də, keçid balının yüksək olması özəl ali təhsil müəssisələrində plan yerlərinin boş qalması ilə nəticələnib”.

"Təhsil Xidmətləri Araşdırma Mərkəzi”nin rəhbəri, təhsil eksperti Kamran Əsədov qəzetimizə bildirib ki, bu il ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsində plan yerlərinin 85%-i dolub və 6 mindən çox boş yer qalıb: "Bu rəqəm isə ötən illərə nisbətən bir qədər yüksəkdir. Belə ki, 2014-cü ildə boş qalan plan yerlərinin sayı 4050, 2015-ci ildə 6500, 2016-cı ildə 7 mindən çox olub. Rəqəmlərə diqqət edən zaman keçən illə fərq çox da deyil deyə düşünə bilərsiniz. Amma ali məktəblər üzrə faizlərə baxanda məlum olur ki, bəzi ali məktəblərdə plan yerlərinin heç 50%-i dolmayıb” deyən ekspertə görə, bundan başqa, ali məktəblərin plan yerlərinin tam şəkildə dolmamasına səbəb sənəd verənlərin sayının ildən-ilə azalmasıdır. "Keçmiş illərə nəzər salsaq görərik ki, 2003-2008-ci illərdə abituriyentlərin sayı 66%-ə kimi artıb. 2008-ci ildən bu günə kimi isə bu rəqəm aşağı düşüb. 2008-2009-cu tədris ilində ali məktəblərə 120 min abituriyent sənəd verirdisə, 2016-cı ildə bu rəqəm 82734, 2017-ci ildə isə 70 min nəfər  olub. Müraciət edənləri sayı azaldığı halda qəbul planı artıb. Bu il bakalavr pilləsi üzrə 497 plan yeri artıb ki, bu, ötən illə müqayisədə 7,21 faiz çoxdur. Lakin plan yerləri, əsasən, dövlət ali təhsil müəssisələrində artıb. Yəni tək səbəb yerlərin sayı deyil. Çünki plan yerləri 50%-dən az dolan ali məktəblərin əksəriyyəti özəl universitetdir. Nəzərə alsaq ki, özəl universitetlərdə ən aşağı təhsil haqqı 1200 manatdır. Tələbələrin məhz təhsil haqqında tərəddüd etmələri versiyası üzərində dayana bilərik”.

Həmsöhbətimizin fikrincə, ali məktəblərin plan yerlərinin boş qalma səbəblərindən biri də təhsilin keyfiyyətidir. Keyfiyyəti yüksəldə bilməyəndə, heç olmasa qiymətdə endirim etmək lazımdır ki, yerlər boş qalmasın.

Əsədov qeyd edib ki, ötən ilin rəqəmlərinə baxsaq, sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4.36% olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0.67% təşkil edib. Bu onu göstərir ki, hələ də, azərbaycanlı ailələr və abituriyentlərin özəl ali məktəblərə marağı azdır. "Bunun əvəzində isə xarici ali məktəblər ancaq attestatla tələbə qəbuluna hazırdır. Bu fürsəti qaçırmaq istəməyənlər də üz tutur xaricə”.

Əsədov vurğulayıb ki, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl ali məktəblər rəqabət mühiti yarada bilmir: "Ötən əsrin 90-cı illərinə qədər Azərbaycanda yalnız dövlət ali məktəbləri fəaliyyət göstərirdi. 1992-ci ildə "Təhsil haqqında” Qanun qəbul olunduqdan sonra kütləvi şəkildə özəl ali məktəblər təsis edildi. Belə ali məktəblərin çoxunun maddi-texniki bazası, professor-müəllim heyətinin tərkibi çox zəif idi. Sonradan özəl ali məktəblərin sahibləri özlərinə böyük və geniş tədris binaları inşa etdirdilər.
 
Bundan sonra xeyli tələbə kütləsi cəlb etdilər. Geniş və yaraşıqlı binalar təhsilin keyfiyyətini dəyişmədi. Başqa sözlə, özəl ali məktəblər rəqabət mühiti yarada bilmədilər”. Onun sözlərinə görə, Azərbaycanda özəl ali məktəblərin yaranması iki problemi həll etməli idi: "Birincisi, kəmiyyət problemidir. Azərbaycan əhalisinin hər 10 min nəfərinə düşən tələbələrin sayı postsovet məkanına daxil olan ölkələrdən və Avropa ölkələrindən geridə qalır. Bizdə hər 10 min nəfərə 156 tələbə düşdüyü halda, Gürcüstan və Ermənistanda bu rəqəm 320 nəfər, Rusiya, Belarus, Ukraynada bu rəqəm 400 nəfər, Qərb ölkələrində isə 500-600 nəfərdir. Özəl ali məktəblərə tələbə axınının xeyli azalması və onların bağlanması kəmiyyət problemini həll edə bilmədi. Keyfiyyət probleminə gəldikdə, yeni yaradılmış ali məktəblər Bakı Ali Neft Məktəbi, Azərbaycan Diplomatiya Akademiyası, Xəzər  Universiteti istisna olmaqla, özəl ali məktəblərin keyfiyyət göstəriciləri bir çox hallarda dövlət ali məktəblərindən seçilmədi. Məsələn, ABŞ-ın ən məşhur universitetləri Harvard, Yell, Prinston universitetləri özəl universitetlərdir. Türkiyənin Koç, Sabancı, Bilkent kimi universitetlərini də misal göstərmək olar. Bizdən fərqli olaraq dünyanın bir çox ölkələrində dövlətin özəl ali məktəblərə maliyyə və başqa formada dəstəyi olur ki, bu da inkişafa səbəb olur”.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Özəl ali məktəbləri 3 min 666 abituriyent seçib

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Bu gündən ali məktəblərdə boş qalan 6242 plan yerinə ixtisas seçimi aparılır

Bu gündən ali məktəblərdə boş qalan 6242 plan yerinə ixtisas seçimi aparılır

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

Son 25 ildə ali məktəblərə qəbul planı 2,47, abituriyent ərizələrinin sayı 2,22 dəfə artıb

DİM: I mərhələdən sonra ali məktəblərdə yerlərin 85 faizindən çoxu tutulub - STATİSTİKA

DİM: I mərhələdən sonra ali məktəblərdə yerlərin 85 faizindən çoxu tutulub - STATİSTİKA

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Mikayıl Cabbarov: "Xaricdə təhsil alanların 60 faizi özəl sektorda çalışır"

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

"İndi ali təhsil kasıb ailələr üçün də əlçatan olacaq"

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

Ali təhsil müəssisələrinin magistraturalarına 6361 bakalavr qəbul olunub

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

"Azərbaycanın təhsil müəssisələrində davamiyyətə nəzarət yüksək səviyyədə olmadığından şagirdlərin təhsildən yayınması gözləniləndir"

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

Təfəkkür Universitetinin bağlanması özəl ali məktəb sferasında ilk hadisə deyil

DİM: Magistraturaya plan yerləri 80.92% dolub

DİM: Magistraturaya plan yerləri 80.92% dolub

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Tələbə qəbulu aparılan ali təhsil müəssisələrinin beşində plan yerləri 100 faiz dolub

Tələbə qəbulu aparılan ali təhsil müəssisələrinin beşində plan yerləri 100 faiz dolub

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

Son 7 ildə Azərbaycanda məktəbi bitirən məzunların sayı 11% azalıb

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb

Azərbaycanda son 6 ildə məzunların sayı 11, abituriyentlərin sayı 10 faiz azalıb